AUS9195 Azərbaycan Respublikası Azərbaycanda yüksək sürətli internet xidmətlərinin inkişafının sürətləndirilməsi 18 dekabr 2014-cü il Qeyd: Bu hesabat ingilis dilində dərc olunmuş hesabatın qeyri-rəsmi tərcüməsidir. Hər-hansı uyğunsuzluq olduğu halda, hesabatın ingilis variantı üstün hesab olunur. Dünya Bankı Nəqliyyat və Kommunikasiya Texnologiyaları üzrə Qlobal Təcrübə Mündəricat Minnətdarlıq...............................................................................................................................................i Qısa icmal .................................................................................................................................................. ii I. Giriş ........................................................................................................................................................ 1 II. İKT sektorunun iqtisadi profil və inkişafı ................................................................................. 2 III. Genişzolaqlı internetə çıxış xidmətlərinin əlyetərliyi və mövcudluğu ................................. 7 3.1. Genişzolaqlı şəbəkə xidmətlərinin əlyetərliyinin təhlili ...................................................................... 7 3.2. Genişzolaqlı şəbəkə xidmətlərinin əlyetərliyi və keyfiyyətinin təhlili .......................................... 12 3.2.1. Sabit genişzolaqlı şəbəkə xidmətlərinin təminatının xarakteristikaları ........................................... 12 3.2.2. Mobil genişzolaqlı xidmətlərinin təminatının xarakteristikası ........................................................... 25 3.2.3. İnternet qoşulmalarının sürətinin qiymətləndirilməsi ........................................................................... 32 IV. İdarəetmə modeli və tənzimləyici sistem ............................................................................... 37 V. Sektor məsələləri və tövsiyələr ...................................................................................................... 41 Minnətdarlıq Bu qiymətləndirmə sənədi (bundan sonra, sektor üzrə qiymətləndirmə qeydi, ya da qeyd) Nataliya Gelvanovskanın rəhbərliyi altında (İKT siyasəti üzrə baş mütəxəssis, Nəqliyyat & İKT QT) Yeganə Bağırova (məsləhətçi, Nəqliyyat & İKT QT) və Yevgeniya Vətchaninova (məsləhətçi, Nəqliyyat & İKT QT) daxil edən Nəqliyyat, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Qlobal Təcrübənin (QT) tədqiqat qrupu tərəfindən hazırlanmışdır. Qrup bu tapşırıq üzrə faydalı əməkdaşlığı üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) öz səmimi təşəkkürünü bildirir. Tədqiqatçılar bu qiymətləndirmə sənədinin müxtəlif mərhələlərin hazırlanmasına hədsiz dəstək göstərən və dəyərli fikirlərini bildirən Evan O’Haloran (ölkə üzrə proqram koordinatoru, ECCU3), Mona Prasad (ölkə üzrə baş iqtisadçı, ECSP1), Larisa Leşenko (ölkə üzrə menecer, Dünya Bankının Bakı ofisi), Səidə Bağırlı (əməliyyatlar üzrə baş mütəxəssis, ECCU3) , Nista Sinha (baş iqtisadçı, ECSP3) və Kevin Kərini (baş iqtisadçı, MNSED) daxil etməklə Dünya Bankındakı həmkarlarını təşəkkür edir. Tədqiqat qrupu bu qeydin hazırlanmasında öz rəhbərliyini təmin etmiş Karlo Mariya Rossotto (regional koordinator, ECA/MENA, Nəqliyyat & İKT QT) və bu sənədə rəyçi qismində ətraflı baxışlarını bildirmiş Jérôm Bezzinaya (baş tənzimləyici iqtisadçı, Nəqliyyat & İKT QT) öz minnətdarlığını bildirir. Son olaraq tədqiqat qrupu Xankişi Kişiyev (BTRİB/Baktelekom-un direktor müavini), Yurgen Pits (Azərtelekom-un baş direktoru), Ramazan Vəliyev (Delta Telecom-un baş direktoru), Qalib Qurbanov (Azərbaycan İnternet Cəmiyyətinin direktoru), və Sübhan Qaragözova (SMART Systems Technology şirkətinin baş direktoru) müsahibələrdə iştirakları və bu qeydə aid olan qiymətli məlumatlarla paylaşdıqları üçün təşəkkür edir. Bundan əlavə, qrup məlumat sorğularına cavab verən və bununla bu sektor qiymətəndirilməsi qeydinə əhəmiyyətli məlumatları təmin edən bütün internet xidmət provayderlərinə öz minnətdarlığını bildirir. i Qısa icmal Azərbaycanın XXI əsrin əvvəllərində inkişafı Azərbaycanı Avropa və Mərkəzi Asiyada ən sürətli inkişaf edən ölkələr səviyyəsinə çıxaran neft sənayesinin yüksək uğuru ilə xarakterizə olunur. Neft və qaz ehtiyatları məhdud olsa və onların hasilatı və daşınması ekzogen amillərin təsirinə ciddi məruz qalsa belə, Azərbaycan Hökuməti son zamanlar öz siyasətini digərləri ilə birgə informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına dəstək üçün dövlət tərəfindən investisiya xərclərinə diqqət yetirən iqtisadi diversifikasiyasına (fəaliyyət dairəsinin genişləndirilməsi) yönəltmişdir. 2020-ci ilə Azərbaycanın İKT sektorunun qeyri-ÜDM-un əsas ödəyicilərindən birinə çevriləcəyi və ölkənin bilik (məlumat) iqtisadiyyatına keçidinə təkan verəcəyi gözlənilir. Telekommunikasiyanın liberalizasiyası, müasirlərşdirilməsi və milli telekommunikasiya infrastrukturunun genişləndirilməsi, elektron hökumət xidmətinin tətbiqi və sektor üzrə digər siyasətlər 2005-ci ildən bəri orta hesabla 25-30% artmış yerli İKT sektorunun inkişafını gücləndirməyə kömək etmişdir. Telekommunikasiya sənayesi, xüsusilə onun mobil rabitə seqmenti ümumi İKT sektorunun inkişafını gücləndirmişdir. Internet istifadəçilərinin sayı 2008- ci ildə sadəcə 17%-dən 2013-cü ildə 73%-ə qalxmışdır. 2014-cü ildə əhalinin adambaşına düşən mobil rabitənin yayılması səviyyəsi 100%-dən çox artmış, ölkə əhalinin təxminən üçdə biri mobil genişzolaqlı şəbəkə xidmətləri ilə əhatə olunmuş və Azərbaycan ailələrinin 30%-i sabit (simli) genişzolaqlı internet şəbəkəsinə abunə olmuşdur. Ölkənin internet xidməti provayderləri (İXP-ləri) və müştərilərinin genişzolaqlı çıxış üzrə topdansatış və pərakəndə qiymətlərində ciddi azalma ilə birgə mobil və sabit genişzolaqlı şəbəkələrin tədrici genişləndirilməsi yayılma dərəcəsinin artması və qiymət əlyetərliyi göstəricilərinin yaxşılaşması ilə nəticələnmişdir. Mərkəzi Asiya həmkarları ilə müqayisədə, Azərbaycan qalan orta aylıq gəlirə əsasən sabit və mobil genişzolaqlı çıxış üçün ən aşağı qiymətləri ilə öyünür. Buna baxmayaraq, genişzolaqlı şəbəkə xidmətin keyfiyyəti son dərəcədə aşağıdır: yüksək sürətli qoşulmaların sayı (4Mbps-dən yuxarı) son iki ildə çox az artımla səciyyələnir və ölkənin bütün qoşulmalarının 10%-dən aşağı olaraq qalmaqdadır. Aşağı sürətli genişzolaqlı qoşulmaların geniş yayılması məhdudlaşdırılmadan onlayn iş yerlərinin yaradılması, bacarıqların inkişaf etdirilməsi, birbaşa xarici investisiyanın cəlb edilməsi və s. daxil olmaqla, yüksək sürətli genişzolaqlı şəbəkə xidmətlərinin tətbiqi ilə bağlı ictimai-iqtisadi faydaların da qarşısını alır. Bu sektor üzrə qiymətləndirmədə yerinə yetirilmiş təhlil zamanı müəyyən edilmişdir ki, infrastruktura əsaslanan və texnologiya rəqabətinə dəstək olan ölkələr sabit və mobil genişzolaqlı şəbəkələrin yayılması üzrə son dərəcədə irəlidir və aşağı və əlyetərli qiymətlərlə yüksək keyfiyyətli xidmətlərə malikdirlər (məs., Litva, Norveç). Infrastruktura əsaslanan rəqabət bir qayda olaraq bazar iştirakçılarını bit axınından (bitstream access) istifadə etməklə milli magistral infrastruktura və yerli kanal ayrılması yolu ilə (local loop unbundling) regional infrastruktura investisiya qoyulmasına təşviq edən tənzimləyici yanaşmalarla möhkəmləndirilir. Müqayisə edilən ölkələr arasında ən üstün göstəricilərə malik olan ölkələr telekommunikasiya üzrə Aİ-nin tənzimləyici sistemin təsisinə ciddi töhfə vermiş və tənzimləyici müstəqillik və genişzolaqlı şəbəkə strategiyasının ifadəsinin həmin strategiyanın icrasından ayrı olması ilə səciyyələnir. ii Dövlətə məxsus olan mövcud operatorlar və alternativ operatorlar arasında bərabər hüquqlu rəqabət mühitinin olmaması səbəbindən, gorünür tənzimləyici yollar vasitəsilə öz sabit çıxış şəbəkələrini yaratmaq və bununla xidmətlərinin keyfiyyətini artırmaq üçün can atmaq istiqamətdə Azərbaycan İXP-lərinə kifayyət qədər şərait yaradılmamışdır. Topdansatış satış səviyyəsində tənzimləyici problemlər və Bakı xaricində sabit genişzolaqlı infrastrukturun aşağı əhatə dairəsi əlavə olaraq çıxış şəbəkələrinin özəl sektorda tətbiqinə mane olur. RYTN həm qərarverici, həm də icraedici orqan olaraq elektron kommunikasiya üzrə dövlət siyasətinin hazırlanması və tətbiqi üzrə öhdəlik daşıyır. Nazirlik eyni zamanda dövlətə məxsus iki şirkətin sahibi olduğu sektorda dövlət investisiyalarına dair təkliflər irəli sürür. Bu maraq toqquşmasının nəticəsində əmələ gəmiş əsas problem uzun müddət ərzində sağlam rəqabətin və özəl investisiya axımının dəstəklənməsidir. Azərbaycan hökumətinin İKT sektorunun əsas dayağı olan telekommunikasiya sektoruna güclü təsirini nəzərə aldıqda, Azərbaycan siyasətçilərinə bu sektorun idarə edilməsi islahatlar və sabit genişzolaqlı şəbəkə bazarında infrastruktura əsaslanan rəqabəti stimullaşdıran tədbirlərin tətbiq edilməsi üzrə ölkədəki genişzolaqlı şəbəkə potensialının genişləndirilməsi istiqamətdə müvafiq işlərin həyata keçirilməsi tövsiyə olunur. Belə “üsul” sektorun uzunmüddətli sabit inkişafını, həmçinin qeyri-neft ÜDM-ın artımına yönəlmiş uğurlu dövlət diversifikasiyası hədəflərinin yerinə yetirilməsini təmin edəcəkdir. iii I. Giriş 1. Bugün Azərbaycan öz ixracatının 92%-i, ÜDM-un 42%-i və büdcə gəlirlərinin 70%- ində enerji sektorundan asılıdır. 1 Ölkənin karbohidrogenlərin ixracatından asılılığını azaltma zərurətini dərk edən Azərbaycan hökuməti qeyri-neft sənayesinin inkişafına yönəlmiş uzunmüddətli iqtisadi diversifikasiya (fəaliyyət dairəsinin genişləndirilməsi) planını qəbul etmişdir. Planda İKT kimi qeyri-neft sektorlarının inkişafına hədəflənmiş ikinci nəsil tənzimləyici ishalatlar və iqtisadi stimulların tətbiqi nəzərdə tutulur. Güclü İKT infrastrukturunun əsası ölkədə diversifikasiyanın ilkin şərtidir, belə ki, o, ölkənin fiziki kapitalının gücləndirilməsi, inkişaf tempinin sürətləndirilməsi və gəlirlərdə bərabə rsizliyin azaldılması yolu ilə sıçrayışlı inkişaf imkanları yaradır. İKT bütün sektorlarda təşkilatlarda əmək məhsuldarlığı, iqtisadi inkişaf və gəlirlərin artmasına kömək edir. 2. Digər sahələrlə yanaşı, “Azərbaycan 2020 – Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının əsas məqsədlərindən biri olan İKT-dən istifadə etməklə gələcək 8-10 il müddətində qeyri-neft sektorundan ÜDM-i ikiqat artırmaqdır. 2 İKT infrastrukturuna böyük dövlət investisiyasının İKT sektorunun inkişafının sürətləndirəcəyi və hal-hazırda 4.74% təşkil edən qeyri-neft ÜDM payının artıracağı gözlənilir.3 2005-2012-ci illər ərzində İKT sektoru hər il 25-30% artmış, bu da bazarın liberallaşmasına yol açan iqtisadiyyat və tənzimləyici islahatların ümumi sürətli inkişafını əks etdirir.4 Hökumət bu planın bir hissəsi olaraq 2014-2016-cı illərdə 550 milyon ABŞ dolları məbləğində ölkənin xidmət olunmayan və aşağı səviyyədə xidmət olunan kənd ərazilərində fiber-optik kabel üzərindən genişzolaqlı şəbəkələrin tətbiqini nəzərdə tutan milli genişzolaqlı internetin inkişafı (fiber-to-the-x, FTTx) layihəsini hazırlamış və yaxın vaxtlarda bu layihənin tətbiqinin başlanmasını planlaşdırır. 3. Ölkələr genişzolaqlı xidmətlərin yayılmasını sürətləndirilməsinə yönəlmiş müvafiq siyasətlər hazırlamaqla, yerli səviyyədə rəqabəti və əsaslı iqtisadi inkişaf ehtimallarını artıra bilər. Son bir neçə ildə genişzolaqlı internetin ÜDM-in artımında iştirakını təhlil edən araşdırmalar ciddi şəkildə artmışdır (Dünya Bankı,5 Beynəlxalq Telekommunikasiya Birliyi,6 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, McKinsey7 və digərləri8). Müəyyən zidd fikirlərə baxmayaraq, fakt inandırıcıdır – genişzolaqlı şəbəkə ÜDM-in artımında müsbət təsirə malikdir.9 1 Azərbaycan Respublikasının Statistika Komitəsi (AzSTAT), 2013, http://www.stat.gov.az/. 2 Əli Abbasov, “Nazir Əli Abbasovun 17-ci Avrasiya İqtisadi Forumunda çıxışı," ICT News, 16 fevral 2014-cü il, http://www.ictnews.az/read-28977-news-2.html. 3 Qeyd: 2012-ci il üçün nominal qeyi-neft ÜYM-un məbləği ilkindir. Beynəlxalq Valyuta Fondu (BVF), “Azərbaycan Respublikası – Heyətin səfərinin memorandumu,” 15 noyabr 2013-cü il, https://www.imf.org/external/np/ms/2013/111513.htm 4 AzSTAT, “İKT sektoru və İKT mallarının ticarətində əsas göstəricilər,” 2013, http://www.stat.gov.az/source/communication/indexen.php. 5 C. Z. Qiang və C. M. Rossotto, Genişzolaqlı şəbəkənin iqtisadi təsirləri (Vaşinqton, D.C.: Dünya Bankı, 2009) 6 R. Katz, Genişzolaqlı şəbəkənin iqtisadiyyata təsiri (BTB, 2012), http://www.itu.int/ITU-D/treg/broadband/ITU-BB- Reports_Impact- of-Broadband-on-the-Economy.pdf. 7 McKinsey & Company, “Çoxluq üçün genişzolaqlı mobil şəbəkə,” fevral 2009 -cu il, http://www.mckinsey.com/clientservice/telecommunications/mobile_broadband.asp. 8 N. Czernich, et al., Genişzolaqlı şəbəkə infrastrukturu və iqtisadi artım (2009), www.ifo.de/DocCIDL/cesifo1_wp2861.pdf 9 Charles Kenny, “Sürətə ehtiyac yoxdur,” Xarici siyasət, 2011, http://www.foreignpolicy.com/articles/2011/05/16/no_need_for_speed. 1 4. Bu sənəddə Azərbaycanda genişzolaqlı 10 internet bazarı və onun davamlı müsbət inkişafı üçün ilkin şərtlər təhlil edilir. Sənəd müvafiq iqtisadi inkişaf və iqtisadiyyatda İKT sektorunun göstəriclərinin qısa icmalı ilə başlayır. III-cü Bölmədə Azərbaycanın genişzolaqlı bazar göstəriciləri Mərkəzi Asiya, Avropa və Fars Körfəzi həmkarları ilə müqayisə edilir. Müqayisə yolu ilə Azərbaycanda müəyyən yerli bazar quruluşu, yerli rəqabət səviyyəsi, idarəetmə modeli və ölkənin ən yoxsul əhalisi üçün xidmətlərin əlyetərliyi və mövcudluğu üzrə genişzolaqlı şəbəkə bazarının qiymət zəncirinin təchizatı hissəsi üzrə genişzolaqlı şəbəkəyə çıxışın qəbul edilməsi ilə bağlı maneələr şərh olunur. Telekommunikasiya və İT-də vergilər və ticarət siyasəti, həmçinin istifadəçi tələblər daxil olmaqla genişzolaqlı şəbəkə bazarının inkişafına təsir edən bir sıra amillər mövcud olsa belə, bu qiymətləndirmədə əsasən təklif aspekti maneələrinə diqqət yetirilir. Sənəd Azərbaycanın genişzolaqlı şəbəkə bazarının fəaliyyətinin sürətləndirilməsi və onu uzun müddət ərzində müsbət traketoriyada saxlanmasına dair bir sıra tövsiyələrlə tamamlanır. II. İKT sektorunun iqtisadi profil və inkişafı 5. Azərbaycan hökuməti tək enerji sektorundan asılılığının uzunmüddətli perspektivdə davamlı olmayacağını dərk edərək, iqtisadi diversifikasiyaya yüksək diqqət yönəltmişdir. Bugün Azərbaycan öz ixracatının 92%-i, ÜDM-in 42%-i və büdcə gəlirlərinin 70%-ində enerji sektorundan asılıdır. 11 2013-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə öz gəlirlərinin 83.5%-ni yatırmışdır.12 6. Son illər ərzində xüsusilə tikinti sahəsində böyük həcmdə dövlət xərcləri qeyri-neft sektorunun ÜDM-dəki payının və qeyri-neft ixracatlarıın davamlı artmasının səbəbi olmuşdur. Lakin azalan neft istehsalı və digər sabit hökumət gəliri mənbələri olmadan, qeyri- neft sektorunun inkişafı tezliklə dayana bilər.13 Ölkə qeyri-neft sektorunun inkişafında təkan rol oynayan illik energetika gəlirlərindən getdikcə daha artıq asılıdır.14 7. Neft sərvəti Azərbaycanın sürətlə üst orta gəlirli ölkələr səviyyəsinə çıxmasına imkan yaratmışdır. 15 2012-ci ildə Azərbaycanda adambaşına düşən Ümumi Milli Gəlir 6,220 ABŞ dollarına çatmaqla, 6,968 ABŞ dolları həcmində qiymətləndirilmiş üst orta gəlir qrupunun orta göstəricisinə yaxınlaşmış, Mərkəzi Asiyada yalnız Qazaxıstandan geri 10 Beynəlxalq Telekommunikasiya Birliyinə (BTB) əsasən, genişzolaqlı şəbəkə üçün ümumi qəbul olunmuş tezlik zolağı göstəriciləri ən azı 256 Kbps təşkil edir. Bu genişzolaqlı şəbəkə göstəricisi (“hər zaman açıq”, yükləmə sürəti 256 Kbps-dan yüksək) bu sənəddə istifadə ediləcəkdir. Mənbə: BTB, Əsas İKT göstəriciləri (Jeneva, İsveçrə: 2010); BTB, “ICT4D ölçülməsi üzrə əməkdaşlıq,” http://www.itu.int/dms_pub/itu-d/opb/ind/D-IND-ICT_CORE-2010-PDF-E.pdf; BTB, Telekommunikasiya göstəriciləri üzrə rəhbərlik (Jeneva, İsveçrə: BTB, 2011), http://www.itu.int/dms_pub/itu-d/opb/ind/D- IND-ITC_IND_HBK- 2011-PDF-E.pdf. 11 Bax yuxarıda qeyd 1. 12 Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF), “ARDNF 2013 -cü il büdcəsi,” http://www.oilfund.az/en_US/hesabat- arxivi/rublukh/2013_1/2013_1_4/. 13 Dünya Bankı, “Azalan neft istehsalının yol açdığı problemlər,” Azərbaycan İqtisadi Hesabatı No. 3, aprel 2013 -cü il, 4, http://intresources.worldbank.org/INTECASUMECSPE/Resources/ECSP1AZE.pdf. 14 Bax Cədvəl 6 “Birgə büdcə xərcləri” və Cədvəl 7 “Birgə büdcə gəlirləri”, Dünya Bankının “Azalan neft istehsalının yol açdığı problemlər” sənədində, 11. 15 Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri, “Üst orta gəlir, 2012,” http://data.worldbank.org/income- level/UMC. 2 qalmışdır (Şəkil 1).16 Şəkil 1: Adambaşına düşən ÜMG, Atlas üsulu (cari ABŞ dolları): Azərbaycanın üst orta gəlir qrupu və Mərkəzi Asiya ölkələri ilə müqayisəsi Mənbə: Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri 8. Dünya Bankının Avropa və Mərkəzi Asiyada yoxsulluğun qiymətləndirmələrinə (ECAPOV) əsasən, Azərbaycan 2005-2008-ci illərdə orta yoxsul (həssas) əhalinin əmsalının gözəçarpan 47%-ə qədər azalmasına nail olmuşdur, 17 bu da ölkənin orta sinfinin gücləndirilməsinə yol açmışdır. Belə bir nəticə sosial təminat köçürmələrinin üstün göstəriciləri və hökumətin regionların ictimai-iqtisadi inkişafı planının icrası ilə izah edilə bilər. 9. 2002-ci ildə 11.5% təşkil edən ifrat yoxsulluq 2013-cü ildə 5.3%-ə qədər düşmüş və əsasən şəhər ərazilərində cəmləşir.18 Üst orta gəlirli ölkələrə bənzər, lakin Mərkəzi Asiyadakı əksər ölkələrdən fərqli olaraq, Azərbaycan əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır (əhalinin 54%-i və ya 5 milyondan artıq əhali). Bundan əlavə, şəhər əhalisinin 40%-i paytaxtda – Bakı şəhərində yaşayır. 19 Bakı şəhərindən başqa (ümumi yoxsulluq göstəricisinin 6.6%-i), Lənkəran (5.1%) və Yuxarı Qarabağ (5.2%) 20 yerli ictimai-iqtisadi quruluşda ən yüksək yoxsulluq payı olan iki regiondur.21 10. 2005-ci ildən bəri Azərbacanın İKT sektorunda orta artım göztəricisi 25-30% olmaqla, 16 Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri “Adambaşına düşən ÜMG, Atlas üsulu (cari ABŞ dolları), 2012.” 17 Gündəlik 5 ABŞ dollarından az məbləğə yaşayan əhali hissəsi orta yoxsulluq həddi göstəricisinə uyğundur. Dünya Bankının ECAPOV üzrə analitik sənədində Avropa və Mərkəzi Asiyada yoxsulluğun beynəlxalq müqayisəsi təqdim olunur. Bax : Dünya Bankı, “Avropa və Mərkəzi Asiya ölkələrində beynəlxalq yoxsulluq göstəriciləri,” ECAPOV, 2002-2008. 18 ECAPOV hesablamasına görə, günə $2.5 Avropa və Mərkəzi Asiya regionunda ailələr üçün hədsiz yoxsulluq həddini təşkil edir. 2008-ci ildə çox yoxsul insanların 5.4%-i şəhər sakinləri idi və çox yoxul insanların 3.4%-i kənd ərazilərində yaşayırdı. Eyni yerdə. 19 Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri, “Böyük şəhərlərdə əhali (şəhər əhalisinin %-i), 2012,” http://data.worldbank.org/indicator/EN.URB.LCTY.UR.ZS/countries. 20 Yuxarı Qarabağ mərkəzi hökumətin nəzarəti altında deyildir, təktərəfli elan edilmiş rejim tərəfindən idarə edilir. 21 AzSTAT, Əmək bazarı, “İqtisadi regionlar: İşçilərin iqtisadi regiona görə orta aylıq nominal maaşları və əmək haqları,” http://www.stat.gov.az/source/labour/indexen.php. Dünya Bankı, ECAPOV, “Azərbaycanda yoxsulluq, 2001-2008: Cədvəl 2.2.,” “Coğrafi rayonlara görə yoxsulluq, 2008” və “Azərbaycanda yoxsulluğun xəritəsi, 2008.” 3 sabit müsbət inkişaf müşahidə edilmişdir. Bu inkişaf telekommunikasiya lisenziyası islahatları, İXP sektorunun liberallaşdırılmasına təkan verən İKT-nin inkişafı üzrə üç dövlət proqramının həyata keçirilməsi, milli telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və İKT üçün əsas istehlakçı tələblərinin stimullaşdırılması daxil olmaqla, bir sıra səbəblər ilə izah edilmişdir. 2008-ci il ilə müqayisədə 2013-cü ildə internet istifadəçilərinin sayı 17%-dən 73%-ə, eyni dövrdə kompüter istifadəçilərinin sayı isə 24.9%- dən 62%-yə yüksəlmişdir. Azərbaycanın beynəlxalq sıralamada tutduğu yer fərdi internet istifadəsinin artmasının göstəricisidir (Şəkil 3).22 11. İKT sektorunun inkişafı özəl sektorunun ümumi İKT bazarına getdikcə daha çox cəlb olunması ilə xarakterizə olunur. Belə ki, özəl sektorunun İKT bazarındakı payı 2003-cü ildə 67.3%-dən 2011-ci ildə 80%-ə qədər artmışdır.23 Telekommunikasiya sektorunda mobil operatorlar özəl şirkətlərdir, ən böyük sabit genişzolaqlı şəbəkə provayderləri isə dövlətə məxsusdur. 2002-2013-cü illərdə telekommunikasiya sektoruna ümumi olaraq 3 milyard ABŞ dollarından artıq investisya qoyulmuş, bu məbləğin dörddə bir hissəsini xarici investisiyalar təşkil etmişdir. 24 İnvestisiyanın böyük hissəsi mobil şəbəkə infrastrukturuna ayrılmışdır. 12. 2013-cü ildə informasiya və rabitə xidmətlərinin gəliri real qiymətlərlə 1,528 milyon AZN və ya təxminən 1,960 milyon ABŞ dolları 25 olmaqla maksimuma çatmış, burada telekommunikasiya xidmətlərindən (məs., mobil telefoniya, trank və beynəlxalq telefoniya, genişzolaqlı internet və s.) gələn gəlirlər ümumi gəlirin təqribən 88%-i təşkil etmişdir (Şəkil 2). Son iki onillik ərzində kommunikasiya xidmətləri ümumilikdə ümumi İKT xidməti sahəsinin gəlirlərinin 90%-ni etmiş, 2007-ci ildə 96% edərək, kulminasiyaya çatmışdır. 2008-ci ildən etibarən genişzolaqlı internet xidmətlərindən əldə olunan gəlir tədricən qalxmaqdadır və 2012-ci ildə ümumi telekommunikasiya xidmətərində payının 7% təşkil etməklə ilk dəfə sabit telefoniyanın gəlir payını ötüb keçmişdir.26 22 State Statistical Committee of the Republic of Azerbaijan. Information & Communication Technology Statistical Yearbook [ENG] . 2014. http://www.stat.gov.az/source/information_society/indexen.php. 23 R. Əliquliyev və G. Qurbanov, “Sürətlə dəyişən dünyada böyük hədəflər: Azərbaycan,” Dünya İqtisadi Forumu, 2012 24 V. Zhavoronkova, “Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə fəaliyyət planı BTB -nin tələblərinə cavab verir,” Trend, 10 may 2012-ci il, http://en.trend.az/capital/it/2024414.html. Qeyd: Əliquliyev və Qurbanov (2012) investisiya dinamikası üzrə bənzər fikir bildirmişdir, istisna olaraq onlar telekommunikasiya investisiyalarına deyil, 2004 -2011-ci illər üzrə təxminən 2 milyard ABŞ dolları həcmində İKT üzrə investisiyalara istinad edir . 25 Dünya Bankın 2013-cü il üzrə rəsmi valyuta mübadiləsi faizi US1$ = 0.78AZN etmiş (dövr üzrə ABŞ dollarına dair yerli valyuta vahidinin orta göstəricisi), http://data.worldbank.org/indicator/PA.NUS.FCRF. 26 AzSTAT, “Gəlirlər üzrə informasiya və kommunikasiya xidmətləri, 2012” http://www.stat.gov.az/source/industry/indexen.php. 4 Şəkil 2: Azərbaycanda 2005 və 2012-ci illərdə kommunikasiya xidmətləri üzrə gəlirlərin payı 2012 18 4 68 7 2005 25 5 67 2 0% 10% 20% 30% 40% 50% 60% 70% 80% 90% 100% Trank və beynəlxaq telefoniya Sabit telefoniya Mobil telefoniya Internetə çıxış xidmətləri Məlumat xidmətləri Digər xidmətlər Qeyd: Teleqraf rabitəsinın gəlir payı son illərdə 1%-dan da aşağı olduğu üçün nəzərə alınmamışdır. Mənbə: AzSTAT 13. Azərbaycanın İKT sektorunun inkişafı Dünya İqtisadi Forumunun (DİF) Global İnformasiya Texnologiyaları reytinqində öz əksini tapmış: Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sırasından Azərbaycan Qazaxıstandan bir az geri qalaraq, ən yüksək ümimi İKT göstəricilərinə malikdir. DİF-nin şəbəkə hazırlığı indeksi üzrə 2012-ci ildə 9 pillə, 2013-cü ildə 5 pillə, 2014-cü ildə isə 7 pillə irəliləyərək 27 Azərbaycan dünya üzrə 148 ölkə sırasında 49-cu pillədə yer almışdır. Son illər ərzində ölkə təqribən bütün indekslər üzrə ümumi artım göstərmiş, göstəricilərdə ən yüksək müsbət dəyişiklik infrastruktur və rəqəmli kontent, habelə fərdi İKT istifadəsində qeydə alınmışdır. Ölkə əlyetərlik indeksi üzrə üstün göstərici əldə etmiş (qlobal olaraq 40-cı yer), baxmayaraq ki, 2013-cü ildə əvvəlki il ilə müqayisədə bu göstərici bir qədər aşağı düşmüşdür. Digər sahələr üzrə Azərbaycanın göstəriciləri daha aşağıdır, harada İKT-nin iqtisadi təsiri zəncirin ən zəif halqasıdır. 14. Bu sektor qiymətləndirməsində Azərbaycan Mərkəzi Asiya ölkələri, neft istehsal edən ölkələr (Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Norveç), habelə seçilmiş Avropa ölkələri (Litva, Türkiyə və Norveç) ilə genişzolaqlı şəbəkə bazarının inkişafının müxtəlif aspektləri üzrə müqayisə edilir. Müqayisə üçün ölkələrin seçimi aşağıdakılara əsaslanır: Azərbaycan ortaq Sovet mirasını və qarşıda duran inkişaf probemlərini paylaşan (Mərkəzi Asiya və bir qədər Litva), oxşar coğrafiyası olan və iqtisadiyyatı neft ixracatına əsaslanan (Birləşmiş Ərəb Əmirlikləri, Qatar və bir qədər Norveç) və rəqabətli mühit yaratmaqla genişzolaqlı şəbəkə xidmətlərinin yayılması üçün Avropa tənzimləmə sistemini uğurla tətbiq edən və Azərbaycan siyasətçiləri üçün nümunə ola biləcək ölkələr (Litva, Türkiyə və Norveç) ilə tutuşdurulur. Mərkəzi Asiya və Fars Körfəzi ölkələrinin seçilməsi intuitiv olaraq izah edilə bilər, Litva, Türkiyə və Norveçin seçilməsi isə əlavə olaraq şərh olunmalıdır. 27 Dünya İqtisadi Forumu. "Qlobal İnformasiya Texnologiyası üzrə Hesabat,“ 2012, 2013 və 2014, http://www.weforum.org/reports. 5 Şəkil 3: Azərbaycanda İKT göstəriciləri, 2012-2014-cü illər üzrə şəbəkə hazırlıq indeksi 1. Siyasi və normativ baza 7 2. Biznes və innovasiya mühiti 10. İctimai təsirlər 6 5 3.7 4.1 4 4.1 3 3. Infrastruktur və rəqəmli kontent 9. İqtisadi təsirlər 2 4.6 3.6 1 0 8. Hökumət idarələrində istifadə 4.8 4. Əlyetərlik 6.0 3.8 4.2 5.1 7. Biznes məqsədləri üçün 5. istifadə Bacarıqlar 6. Fərdi istifadə Mənbə: DİF, 201428 15. Həm Litva, həm Azərbaycanda telekommunikasiya bazarında inkişaf 1990-cı illərin əvvəlində Sovet İttifaqından ayrılıb müstəqillik əldə etdiklərindən sonra başlanmışdır. İllər keçdikcə Litva öz telekommunikasiya üzrə tənzimləyici sistemini Aİ Təlimatlarına əsasən uyğunlaşdıraraq və infrastruktura əsaslanan rəqabətə dəstək göstərmişdir. 2009-cu ildən bəri Litva FTTx yayılması üzrə Avropa reytinqlərində liderdir və tənzimləyici nəticələr üzrə qabağcıl örnək təşkil edir. 29 Türkiyə və Norveç Litvadan fərqli olaraq Avropa İttifaqının üzvü deyil, lakin hər iki ölkə bütün texnologiyalar və operatorlar üçün bərabər şərtlər olan rəqabət mühiti yaratmaq üçün Avropa tənzimləyici sistemini tətbiq edir. Aİ-nın telekommunikasiya üzrə tənzimləyici sisteminə müvafiqlik hər iki ölkədə üstün inkişaf göstəricilərinin əldə olunması ilə nəticələnmişdir: məsələn, Norveç həm sabit, həm mobil genişzolaqlı şəbəkə xidmətləri üzrə ən aşağı genişzolaqlı şəbəkə qiymətləri və ən yükək yayılma göstəriciləri ilə öyünür. 28 Bax yuxarıda qeyd 27. 29 Fibre to the Home (FTTH) Avropa Şurası, http://www.ftthcouncil.eu/. 6 III. Genişzolaqlı internetə çıxış xidmətlərinin əlyetərliyi və mövcudluğu 3.1. Genişzolaqlı şəbəkə xidmətlərinin əlyetərliyinin təhlili 16. Genişzolaqlı şəbəkə xidmətlərinin qiyməti genişzolaqlı şəbəkənin yayılmasında mühüm rol oynayır. Beynəlxalq Telekommunikasiya İttifaqına əsasən, genişzolaqlı şəbəkənin yayılması pərakəndə genişzolaqlı şəbəkə qiymətinin səviyyəsinin orta aylıq gəlirdəki payının 3-5%-dən aşağı düşdükdən sonra sürətlə artmağa başlayır.30 Genişzolaqlı şəbəkə paketlərinin qiyməti və sabit və mobil genişzolaqlı şəbəkələrin yayılması arasında qarşılıqlı əlaqə seçilmiş ölkələrin imüqayisəsində yaxşı müşahidə olunur (Şəkil 4). 17. Azərbaycan və Qazaxıstan sabit genişzolaqlı şəbəkə xidmətlərinin xərclərinin (qiymətlərinin) aşağı salınmasında ciddi irəliləyişlər əldə olunmuşdur: Azərbaycanda 2009-2012-ci illər ərzində qiymətlər 13 qat aşağı düşmüşdür. 31 (Şəkil 5) Mobil genişzolaqlı şəbəkə üzrə orta qiymətlər daha münasib olmuşdur və nəticə etibarilə, hal - hazırda ölkədə həm sabit, həm mobil genişzolaqlı şəbəkəyə çıxış qiymətləri Mərkəzi Asiyada ən aşağı qiymətlərdir (Cədvəl 1). 1 Mbps qoşulma sürəti ilə ən ucuz orta sabit genişzolaqlı şəbəkəyə çıxış paketinin qiyməti qalan orta aylıq gəlirin 13.82%-ni təşkil edir, oxşar mobil genişzolaqlı şəbəkə paketin qiyməti isə qalan orta aylıq gəlirin 10.36%-ni təşkil edir. Avropa ölkələrinin, məsələn, Norveç və ya Litvanın infrastruktura əsaslanan rəqabətə təkan verən təcrübəsi sübut edir ki, qiymətlərin səviyyəsi daha da aşağı ola bilərdi. Əlavə araşdırma göstərir ki, bazar konsentrasiyası aşağı olduqda, genişzolaqlı internetə çıxış qiymətlərin səviyyəsi də aşağıdır (bax Şəkil 9c). Şəkil 4: Azərbaycanda və seçilmiş ölkələrdə sabit və mobil genişzolaqlı şəbəkəyə çıxışın qiymətləri və yayılmasının müqayisəsi, 2014-cü il 140 120 Norway 100 Penetration, % Qatar 80 Turkey 60 Lithuania 40 Azerbaijan Tajikistan 20 Turkmenistan R² = 0.8073 Turkmenistan 0 0 20 40 60 80 100 120 140 Price, PPP USD 30 Beynəlxalq Telekommunikasiya Birliyi (BTB), Rəqəmli sistemin inkişafı üzrə komissiya, “2015 -ci il üçün genişzolaqlı şəbəkə üzrə hədəflər,” http://www.broadbandcommission.org/Documents/Broadband_Targets.pdf. 31 Ülkər Sadıqova, “Telekommunikasiya sahəsində tənzimlənmədə mövcud vəziyyət,” [Onlayn təqdimat], Tənzimləmə şöbəsi, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi, aprel 2013-cü il. 7 Qeyd: Özbəkistan üzrə mobil genişzolaqlı şəbəkəyə çıxış qiymətlər mövcud deyildir. Mənbə: Dünya Bankının araşdırması 32 Şəkil 5: Azərbaycanda sabit (simli) genişzolaqlı şəbəkəyə çıxış üzrə qiymət artımının seçilmiş Mərkəzi Asiya ölkələri ilə müqayisəsi, 2006-2014-cü illər 450 400 Azərbaycan 386,19 Sabit (simli) genişzolaqlı internet xidmətinin qiyməti, PPP USD Qazaxıstan 350 Qırğızıstan 300 Tacikistan 250 Türkmənistan 200 157,82 150 100 85,15 54,17 50 0 2006 2007 2008 2009 2010 2011 2014 Qeyd: Özbəkistan üzrə mobil genişzolaqlı şəbəkəyə çıxış qiymətləri mövcud deyildir. Mənbə: Dünya Bankının araşdırması33 Cədvəl 1: Azərbaycanda və Mərkəzi Asiya ölkələrində ən ucuz sabit və mobil genişzolaqlı şəbəkəyə çıxış təkliflərinin müqayisəsi, 2014-cü ilin apreli Ölkə Sabit Mobil Qalan orta Qalan orta Qalan orta genizşolaqlı genişzolaqlı aylıq gəliri, aylıq gəlirinin aylıq gəlirinin şəbəkəyə şəbəkəyə PPP faizi olaraq faizi olaraq çıxışın çıxışın sabit mobil qiyməti, PPP qiyməti, PPP genişzolaqlı genişzolaqlı şəbəkəyə şəbəkəyə çıxışın çıxışın qiyməti, % qiyməti, % Azərbaycan 27.78 20.83 201.06 13.82 10.36 Qazaxıstan 23.37 36.26 196.33 11.9 18.47 Qırğız 30.74 18.41 116.34 26.42 15.82 Respublikası Tacikistan 72.77 46.60 99.56 73.10 46.80 Türkmənistan 144.10 71.9 83.52 172.54 86.08 Litva 19.17 10.69 445.83 4.3 2.4 Norveç 34.13 11.30 4,430.24 0.77 0.26 32 TeleGeography, “Genişzolaqlı şəbəkə,” 2014, http://www.TeleGeography.com/products/globalcomms/data/country- profiles/ee/azerbaijan/broadband.html. TeleGeography, „Simsiz şəbəkə,“ 2014, http://www.telegeography.com/products/globalcomms/data/country-profiles/ee/azerbaijan/wireless.html. Qiymətlər üçün bax Cədvəl 1, Qeydlər. 33 Eyni yerdə. 8 Türkiyə 33.98 27.79 286.57 11 9 Qatar 120.97 26.21 7,146.12 1.69 0.37 Birləşmiş Ərəb 75.38 56.63 3,196.30 2.36 1.77 Əmirlikləri Qeyd: Sabit və mobil genişzolaqlı şəbəkəyə çıxış qiymətləri adambaşına düşən qalan orta aylıq gəlirinin faizi olaraq göstərilir; Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri: Əhali (ümumi),34 PovcalNet (1998 – 2011), 35 TeleGeography Globalcomms məlumatlar bazası 2013, 36 sabit operatorlar üçün 30% və mobil operatorlar üçün 20% bazar payı ilə milli telekommunikasiya operatorlarının rəsmi internet səhifələri. Norveçin orta aylıq gəlir göstəricisi Aİ SILC microdata, 37 Qatarınkı Qatar İnkişafın Planlaşdırılması və Statistika Nazirliyinin 38 təmin etdiyi məlumatlar və Birləşmiş Ərəb Əmirliklərininki ölkənin Milli Statistika İdarəsinin təmin etdiyi məlumatlara əsaslanır. 39 Ölkə üzrə ən aşağı qiymətli sabit və mobil genişzolaqlı şəbəkəyə çıxış paketlərinin orta hesabla dəyəri bütün endirimlər və xüsusi təklifləri çıxmaqla və vergiləri əlavə etməklə hesablanmışdır. Özbəkistanın sabit və mobil genişzolaqlı şəbəkəyə çıxış qiymətləri qalan orta aylıq gəlirinin faizi olaraq real PPP olmaması səbəbindən hesablana bilinməmişdir (bax PovcalNet). Hər ölkə üzrə 2012-ci il üzrə PPP dəyişmə əmsalı, ÜDM (LCU beynəlxalq $)40 yerli valyutada qiymətlərə tətbiq edilmişdir. Təhlilin əsaslandığı PovcalNet üzrə xərc məlumatlarında müəyyən qeyri-dəqiqliklər ola bilər. Mənbə: Dünya Bankının araşdırması 18. Diqqətli müşahidə göstərir ki, Azərbaycanda ən yoxsul orta ailənin nümayəndəsi (gəlirə görə ümumi əhalinin ən aşağı 40%-i) ən ucuz mobil genişzolaqlı şəbəkəyə çıxış paketini almaq üçün öz qalan aylıq gəlirinin 20.64% -ni, ən ucuz sabit genişzolaqlı şəbəkəyə çıxış paketi üçün isə qalan aylıq gəlirinin 27.52%-ni ayırmalıdır. Orta yoxul ailənin üzvü (gəlirə görə ümumi əhalinin ən aşağı 60%-i) ən ucuz mobil və sabit genişzolaqlı şəbəkəyə çıxış paketi üçün müvafiq olaraq qalan aylıq gəlirinin 17.16% və 22.87% ödəməlidir (Cədvəl 2). Cədvəl 2: Aylıq gəlirin %-i olaraq sabit və mobil genişzolaqlı şəbəkəyə çəxəş paketlərinin qiyməti, 2014-cü ilin iyunu Xidmət / Provayderlər Qalan aylıq gəlirinin Əhalinin ən aşağı Əhalinin ən aşağı 60%-i %-lə qiyməti, % 40%-i üçün qalan üçün qalan aylıq aylıq gəlirinin %-lə gəlirinin %-lə qiyməti, qiyməti, % % Sabit genişzolaqlı şəbəkə: iki ən böyük operator Aztelekom və 13.82 27.52 22.87 Baktelekomun tək ən ucuz təkliflərinin orta dəyəri Mobil genişzolaqlı şəbəkə: üç ən 34 Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri, “Əhali (Ümumi),” 2009-2013, http://data.worldbank.org/indicator/SP.POP.TOTL. 35 PovCalNet:Dünya Bankının inkişaf üzrə tədqiqat qrupu tərəfindən hazırlanmış onlayn yoxsulluğun ölçülmə üsulu. Ətraflı məlumat üçün bax: http://iresearch.worldbank.org/PovcalNet/index.htm. 36 Bax yuxarıda qeyd 32. 37 Avropa Komissiyası, Eurostat, “Avropa İttifaqının gəlir və yaşayış şəraiti üzrə statistikası,” 24 iyun 2013 -cü il tarixində əldə edilmişdir, http://epp.eurostat.ec.europa.eu/portal/page/portal/microdata/eu_silc. 38 Qatarın İnkişafın Planlaşdırılması və Statistika Nazirliyi, “Ailə xərcləri və gəlirin nümunəlik araşdırılması, 2006-2007,” 17, 24 iyun 2014-cü il tarixində əldə edilmişdir, http://www.qix.gov.qa/portal/page/portal/QIXPOC/Documents/QIX%20Knowledge%20Base/Publication/Population%20Stati stics/Household%20survey/Source_QSA/Household_Expenditure_Income_Survey_QSA_Bu_AE_2007.pdf. 39 BƏƏ-nin Milli Statistika İdarəsi, “Ehtiyat kapital və qalan milli gəlir,” 24 iyun 2013-cü il tarixində əldə edilmişdir, http://www.uaestatistics.gov.ae/EnglishHome/ReportDetailsEnglish/tabid/121/Default.aspx?ItemId=2253&PTID=104&Menu Id=1. 40 Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri, “PPP dəyişmə əmsalı, ÜDM (LCU beynəlxalq $),” 2012, http://data.worldbank.org/indicator/PA.NUS.PPP. 9 böyük operator Azercell, Bakcell və 10.36 20.64 17.16 Azerfonun tək ən ucuz təkliflərinin orta dəyəri Qeyd: PovcalNet (2008),41Dünyada İnkişaf Göstəriciləri: Əhali (Ümumi),42 telekommunikasiya operatorlarının rəsmi internet səhifələri. Operatorların ən böyük bazar payı olan ən aşağı qiymətli sabit və mobil genişzolaqlı şəbəkəyə çıxış paketləri seçilmiş və hər proyavder üzrə tək ən aşağı qiymətləndirilmiş təklifin dəyəri orta hesabla hesablanmışdır. Seçilmiş ən aşağı qiymətləndirilmiş sabit və mobil genişzolaqlı şəbəkəyə çıxış paketlərinə endirimlər və xüsusi təkliflər daxil deyildir.43 PPP dəyişmə əmsalı, ÜDM (LCU beynəlxalq $)44 yerli valyutadakı qiymətlərə tətbiq edilmişdir. Əlyetərlik üzrə təhlilin əsaslandığı xərc məlumatlarında müəyyən qeyri-dəqiqliklər ola bilər. Mənbə: Dünya Bankının araşdırması 19. Ölkə üzrə əmək haqlarında fərq əhəmiyyətlidir, çünki bu fərq əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Əlavə olaraq, bəzi rayonlarda əhali sıxlığının seyrək olması şəbəkə operatorlarının biznes davamlılığına təsir göstərir. Daha aşağı əmək haqqı alan regionların sakinləri üçün genişzolaqlı şəbəkə xidmətlər əlyetərli deyildir və belə regionlarda genişzolaqlı şəbəkədə tələbatın artması daha yüksək gəlirli rayonlarla müqayisədə çətindir. Məsələn, ölkənin ən yoxsul rayonlarında – Yuxarı Qarabağ və Dağlıq Şirvanda yerləşən orta ailə ildə müvafiq olaraq 2,691.6 AZN və ya 3,450.77 ABŞ dolları və 2,767.2 AZN və ya 3547.69 ABŞ dolları qazanır, bu da Bakıda orta ailənin qazancının 40- 41%-ni təşkil edir. Azərbaycanın ən sıx əhalisi olan, həmçinin işçisinin orta illik gəlirinin Bakıdakı eyni işçinin gəlirindən 52% və 56% müvafiq olaraq aşağı olan Abşeron və Lənkəranda rayonlarında genişzolaqlı internetə çıxış təklifinin qiymətinin azaldılması sabit genişzolaqlı şəbəkənin yayılmasına dərhal müsbət təsir göstərə bilər (Şəkil 6).45 Genişzolaqlı şəbəkənin əlyetərliyi ilə bağlı qeyri-bərabərlik əlavə olaraq ailələrin orta gəlirlərindən asılı olan ailələr üzrə şəxsi kompyuterlər/noutbukların qeyri-bərabər yayılmasında özünü əks edir. AzSTAT-ın 2013-cü ildə keçirilmiş araşdırmasına əsasən, 200 AZN-dən aşağı və ya təxminən 256 ABŞ dollardan aşağı həcmində aylıq gəlirə malik olan ailələrin sadəcə 5.4%-i, 200-399 AZN və ya 256-512 ABŞ dolları həcmində aylıq gəliri olan ailələrin isə 39.8%-i kompyuter almaq imkanına malikdir.46 41 Bax yuxarıda qeyd 35. 42 Bax yuxarıda qeyd 34. 43 Seçilmiş ən aşağı qiymətləndirilmiş paketlər aşağıdakılardır: (i) Aztelekom və BakInternet tərəfindən təmin edilən ADSL 1024 Kbps paketləri və (ii) Azercell, Bakcell və Azerfon tərəfindən təmin edilən 4Gb, 3Gb və 1Gb mobil genişzolaqlı şəbəkə paketlə ri. 44 Bax yuxarıda qeyd 40. 45 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (AzSTAT), “Azərbaycanda İnformasiya Cəmiyyəti: İnformasiya və Kommunikasiya Texnologiyaları. Statistik Məcmuə, 2013) (Bakı: AZSTAT, 2013), cədvəl 3.14, 37 . 46 Bax yuxarıda qeyd 22. 10 Şəkil 6: 2012-ci il üzrə iqtisadi rayonlara görə orta aylıq nominal əmək haqları və əhalinin sıxlığı Qeyd: ABŞ dollarında əmək haqları rəsmi valyuta məzənnəsinə (LCU ABŞ dolları, müddət üzrə orta dəyər, Dünya Bankının məlumatları) əsasən göstərilir. 47 Xəritə Dünya Bankının Kartoqrafiya Xidmətlərindən götürülmüşdür. Mənbə: AzSTAT48 20. Hər il Dövlət Statistika Komitəsi RYTN-in dəstəyi ilə cəmiyyətdə İKT-nin tətbiq səviyyəsinin ölçülməsi və inkişafı ilə bağlı problemlərin araşdırılması üzrə sorğu keçirir. 2013-cü ilin sorğusuna əsasən, yüksək kompyuter qiymətləri internetin ölkədə istifadəsinə maneə yaradan əsas səbəblər arasında göstərilmişdir: sorğu iştirakçılarının 38.8%-i kompyuterlərin yüksək qiymətinin internetə çıxmadıqlarının səbəbi kimi göstərmiş. Qarşılıqlı olaraq, sorğuda iştirak edənlərin yalnız 7.0% -i internetdən az 47 Bax yuxarıda qeyd 25. 48 Bax yuxarıda qeyd 45. 11 istifadə etmələrini genişzolaqlı şəbəkə xidmətinin yüksək qiyməti ilə izah edir. 49 Beynəlxalq səviyyədə müqayisə etdikdə, Azərbaycanda ailələrin 53.2%-nin evdə kompyuteri və 71.6%-nin internetə çıxışı vardır,50 inkişaf etmiş ölkələrdə isə ailələrin 75.5%-i kompyuterə və 77.7%-i evdə internetə çıxışa malikdir. 51 İnternet istifadəçiləri payının kompyuter istifadəçiləri payı ilə müqayisədə daha yüksək olması hətta kompyuter almağa imkanı olmayanlar arasında mobil genişzolaqlı şəbəkəyə çıxış tələbatının sürətlə yayılması ilə izah oluna bilər. Bu da öz növbəsində, bütün ailələrin təqribən 29%-nin internetə mobil telefon ilə qoşulması, 52 ən ucuz mobil genişzolaqlı şəbəkəyə çıxış paketlərinin oxşar sabit şəbəkəyə çıxış paketlərinə nisbətən daha münasib qiymətə təklif olunması və şəhərlərdən kənar olan sabit genişzolaqlı şəbəkələrinin tətbiqinin bir qayda olaraq məhdud olması ilə dəstəklənir. 21. Genişzolaqlı internetə çıxışın əlyetərliyi Azərbaycanın yaşayış səviyyəsi aşağı olan rayonlarında genişzolaqlı şəbəkənin istifadəsinin yayılmasına maneəçilik törədən amillərdən biridir. Əksinə, ölkənin daha zəngin hissələrində internet bağlantısı və cihazlarına xərcləri təşviq edən gəlir səviyyəsinin artması bu regionlarda genişzolaqlı internetə çıxış xeyli əlyetərli hesab olunur. Bundan başqa, genişzolaqlı internetin dəyərinin və onun əlavə xidmətlərinin (məs., onlayn ödənişlər, birləşdirilmiş hesab (consolidated billinq), məzmunun çatdırılması (content delivery) və mesajlaşma) az tanınması, əsas şəhərlərdən kənarda genişzolaqlı şəbəkənin məhdud əhatə dairəsi və aşağı gəlirli əhalinin bir hisəsi üçün kompyuter qiymətlərinin yüksək olması inkişaf yolundakı çətinliklərə əlavə təsir göstərir. 3.2. Genişzolaqlı şəbəkə xidmətlərinin əlyetərliyi və keyfiyyətinin təhlili 3.2.1. Sabit genişzolaqlı şəbəkə xidmətlərinin təminatının xarakteristikaları 22. 2002-ci ildə həyata keçirilmiş lisenziya islahatı telekommunikasiya bazarına daxil olmaqla bağlı inzibati maneələri azaltmış, məsələn, internet xidmətlərinin lisenziyalaşdırılması ləğv olunmuş və bununla demək olar ki, hər hansı təşkilata İXP olmaq üçün imkan yaratmışdır. 53 Bazarda 40-a yaxın İXP fəaliyyət göstərir, 54 onların əksəriyyəti özəl şirkətlərdir (Cədvəl 3).55 Dövlətə məxsus Aztelekom və Bakı Telefon Rabitə İstehsalat Birliyi (BTRIB) birlikdə bazar payının (abonentlərin) 56%-dən çoxunu idarə edir; özəl İXP-ləri bazarın qalan hissəsinə xidmət edir (Şəkil 9). Aztelekom və BTRIB arasında bazar coğrafi xətlərə görə bölüşür: birincisi Azərbaycanın rayonlarında, ikincisi isə paytaxtda xidmət göstərir.56 49 AzSTAT, “Reasons of Unavailability of Home Internet Access, as % of total,” http://www.stat.gov.az/source/information_society/indexen.php. 50 AzSTAT, “İKT sistemlərinin əsas göstəriciləri və evlərdə istifadəsi,” http://www.stat.gov.az/source/information_society/indexen.php. Qeyd: ən son məlumatlar 2012-ci il tarixlidir. 51 BTB, “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə və dünyada əsas KT göstəriciləri,” http://www.itu.int/en/ITU- D/Statistics/Documents/statistics/2013/ITU_Key_2005-2013_ICT_data.xls. 52 AzSTAT, “Evlərdə internetə çıxış,” http://www.stat.gov.az/source/information_society/indexen.php. 53 Bax yuxarıda qeyd 32. 54 Dünya Bankı tərəfindən dekabr 2013 və may 2014 -cü il tarixlərində keçirilmiş alternativ İXP -ləri ilə müsahibələrə əsaslanır 55 Azərbaycan İnternet Cəmiyyəti ilə müsahibə, 6 may 2014 -cü il. 56 Bax yuxarıda qeyd 32. 12 23. 2008-ci ildən bəri RYTN-nin həyata keçirdiyi tədbirlər nəticəsində pərakəndə genişzolaqlı şəbəkəyə qoşulma tarifləri xeyli azalmış, bu da öz növbəsində abonent xidmətlərinin 2010-cu ildə pik nöqtəsinə çatan 162.5% artımını stimullaşdırmışdır. Pərakəndə qiymətlərinin azalması bazarın inkişafını sürətləndirmişdir və 2011-ci ildə əsas milli operator Delta Telecom-un beynəlxalq kanallarının lizinq qiymətlərinin aşağı salınması qərarınından sonra bu inkişaf daha da genişlənmişdir. 2013-cü ilin sonunda sabit genişzolaqlı şəbəkə abonentlərinin sayının 605,233-ə çatmaqla və ev qoşulmalarının 30.26%-ni təşkil etməklə, Azərbaycan Mərkəzi Asiyadakı ölkələrlə müqayisədə ən yüksək ev qoşulmalarına malik olmuşdur. Azərbaycanda genişzolaqlı şəbəkələrin ev qoşulmaları üzrə yayılması dərəcəsi müqayisə olunan ölkələrdən fərqli olaraq əhəmiyyətli dərəcədə aşağıdır: məsələn, Litvadan iki dəfə, Qatar və ya Birləşmiş Ərəb Əmirliklərindən üç dəfə və Norveçdən dörd dəfə aşağıdır57 (Şəkil 7). Cədvəl 3: 2013-cü il üzrə Azərbaycanda ən böyük sabit genişzolaqlı şəbəkə proyavderləri, həmin provayderlər tərəfindən istifadə olunan internetə çıxış texnologiyaları və onların sahibliyi Operator Texnologiya Sahiblik* xDSL FTTx Kabel WiMax Aztelekom + + 100% dövlət Bakı Telefon + + 100% dövlət Rabitə İstehsalat Birliyi (BTRIB) UniNet + 100% fərdi Azeronline + + 100% fərdi ULTEL MMC + 100% fərdi Delta Telecom + 100% fərdi Qeyd: * milli qanunvericiliyə əsasən sahiblik haqda məlumat məxfi sayılır Mənbə: Açıq ictimai məlumat, TeleGeography GlobalComms məlumatlar bazası, http://www.telegeography.com Şəkil 7: 2008-2013-cü illər üzrə Azərbaycanda sabit genişzolaqlı şəbəkənin yayılmasının seçilmiş ölkələr ilə müqayisəsi 57 Eyni yerdə. 13 31 Azərbaycan, 30.26 26 Qazaxıstan, 26.49 Sabit genişzolaqlı şəbəkənin yayılması dərəcəsi, ev 21 qoşulmaların % 16 11 Özbəkistan, 6.00 6 Qırğızıstan, 4.28 Tacikistan, 0.42 Türkmənistan, 0.10 1 2008 2009 2010 2011 2012 2013 -4 90 Norveç, 83.88 Sabit genişzolaqlı şəbəkənin yayılması 80 Birləşmiş Ərəb Əmirlikləri, 69.46 dərəcəsi, ev qoşulmaların % 70 Qatar, 68.67 60 50 Litva, 51.80 40 Türkiyə, 41.58 30 Azərbaycan, 30.26 20 10 0 2008 2009 2010 2011 2012 2013 Qeyd: Sabit genişzolaqlı şəbəkə qoşulmalarına modem (dial-up) qoşulmaları daxil deyildir. AzSTAT-ın 2013- cü il üzrə məlumatına əsasən, bütün ev abonentlərinin 11.2%-i və şirkətlərin 24.4%-i internetə dial-up ilə qoşulmuşdur.58 Mənbə: TeleGeography GlobalComms məlumatlar bazası, 2014-cü ilin mayı 24. Azəbaycanda sabit genişzolaqlı şəbəkənin güclü inkişafı daha effektiv rəqabətli mühitlə müşayiət oluna bilərdi. Alternativ iştirakçılarının birgə bazar payı 2014-cü ilin 1-ci rübü və 2013-cü ilin 1-ci rübü arası 7% düşmüş, həmin zaman ərzində bazar konsentrasiyası indeksi (HHI və ya Herfindahl-Hirschman İndeksi) isə 2753-dən 3443-ə yüksəlmişdir (Şəkil 9c). Ən böyük alternativ İXP-lərin bazar payı (abonentlərin sayı ilə) əhəmiyyətli deyil və əslində sürətlə azalmaqdadır. Məsələn, 2010-cu ilin mart ayında UniNet şirkətinin bazar payı 24%, Ultel MMC şirkətinin isə 15% olmuş, halbuki həmin ay 2014-cü 58 Bax yuxarıda qeyd 22. 14 ildə birinci şirkətin bazar payı sadəcə 6.4%, ikinci şirkətin bazar payı isə 3.8% təşkil etmişdir.59 Müsbət tərəfi odur ki, Azərbaycanda genişzolaqlı şəbəkə bazarının strukturu xırda (bazar payı <2%-dən az olan) İXP-lərin olduqca yüksək kumulyativ payı ilə səciyyələnir (Şəkil 8). Şəkil 8: 2012-ci ilin mart ayı və 2013-cü ilin mart ayı üzrə Azərbaycan provayderlərinin sabit genişzolaqlı şəbəkədə bazar payları (abonentlərin sayı ilə) 2013-cü ilin mart ayı 2014-cü ilin mart ayı Digər AzTelecom iştirakçılar, AzTeleko 25% 26.00% m30.00% Digər iştirakçılar 30% Ultel BTRİB MMC, Ultel MMC 26% 4.00% 5% Azeronline BTRİB, 7% 29.00% Azeronline, 5.90% UniNet UniNet, 6.40% 7% Mənbə: TeleGeography GlobalComms məlumatlar bazası, 2014-cü il 25. Bazarda dövlətə məxsus şirkətlərin dominantlığı və pərakəndə səviyyədə bazar tənzimlənməsinin olmaması güclü inkişaf traektoriyasının təminatı üçün zəruri olan alternativ operatorların inkişafı və rəqabətinə təsir göstərir. Ölkədə müstəqil tənzimləyici orqanın mövcud olmaması sektorun əskik tənzimlənməsi ilə nəticələnir, bu da öz növbəsində bazarda rəqabətin təmin olunmasını çətinləşdirir. Tənzimləyici funksiya əsasən RYTN daxilindəki tənzimləmə şöbəsi tərəfindən yerinə yetirilir. RYTN-nə əsasən, ayrılmış telefon abonent xəttlərinə topdansatış qoşulma (local loop unbundling), yerli qoşulma şəbəkələrində xDSL avadanlıqlarının quraşdırılması (bitstream access), ayrılmış kanalların çıxış və trank seqmentlərinə pərakəndə qoşulma kimi sabit genişzolaqlı şəbəkələrə aid olan topdansatış bazar hal-hazırda tənzimlənmir.60 59 Tim Kelly və Siddhartha Raja, ed., “Azərbaycan, Ermənistan və Gürcüstanda genişzolaqlı şəbəkə bazarının və bağlantı nöqsanlarının qiymətləndirilməsi,” Kalba International, Inc., InfoDev üçün hesabat, sentyabr 2011-ci il. 60 Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), “Telekommunikasiya sahəsində tənzimlənmədə mövcud vəziyyət: Tənzimləmə şöbəsi,” aprel 2013-cü ildə əldə edilmişdir, http://www.mincom.gov.az/nazirlik-ru-RU/page- 419/page-601/. 15 26. Regional həmkarları ilə müqayisədə Azərbaycanda hər İXP-nin payına düşən ev qoşulmalarının sayı alternativ operatorların daha yüksək bazar payı olan Özbəkistan və Qırğız Respublikasından daha yüksəkdir (Cədvəl 4). Hər İXP-ə düşən ev qoşulmalarının sayı müqayisə edilən ölkələr arasında ən yüksək sabit genişzolaqlı şəbəkənin yayılması ilə öyünən Litva və Norveçdə daha da azdır. Buna baxmayaraq, sabit genişzolaqlı şəbəkə bazarının ümumilikdə mühüm artması nöqteyi nəzərdən İXP-lərinin az olması Azərbaycan üçün əsas problem hesab edilməməlidir. Əvəzinə, dövlətə məxsus şirkətlər, bazarda böyük gücə malik olan əsas provayderlər və artıq bazarda mövcud olan aternativ özəl şirkətlər arasında bərabər şərtli rəqabət mühitinin dəstəklənməsinə daha çox diqqət yetirilməlidir. Onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması rəqabəti artıracaq və təbii olaraq bazara daha çox şirkətlər cəlb edəcəkdir. Cədvəl 4: 2013-cü ilin dekabr ayı üzrə müqayisə edilən ölkələrdə İXP-lərin sayı və alternativ iştirakçıların bazar payı Alternativ İXP-a əsasən ev İkinci ən operatorların İXP-lərin qoşulmalarının böyük İXP-nin ümumi bazar Ölkə sayı sayı bazar payı payı Azərbaycan 40* 50.000 6.6% 43.9% Qazaxıstan 110 60,909.09 10.4% 12.7% Qırğız Respublikası 210 6,190.48 18.9% 47.2% Tacikistan n.a. n.a. n.a. n.a. Türkmənistan 1 1600.000 - - Özbəkistan 924 5,411.26 11.8% 61.3% Litva 101 13,861.39 8.3% 50.8% Norvegiya 150 15,333.33 17.0% 55.2% Türkiyə 237 85,654.01 10,6% 24.6% Qatar 2 150,000 2.4% 2.4% Birləşmiş Ərəb Əmirlikləri 2 750,000 14.9% 14.9% Qeyd: *Saylar təxminidir. Real sayların ofis və sahə tədqiqatlarına əsasən daha aşağı olduğu ehtimal olunur. Mənbə: Dünya Bankının araşdırması 61 27. Ən iriləri daxil olmaqla, alternativ operatorların əksəriyyəti ilk əvvəl ölkənin paytaxtı və əsas şəhər mərkəzlərində genişzolaqlı şəbəkə bazarının biznes seqmentində rəqabət aparır, bu da bazar yetkinliyinin aşağı səviyyəsi ilə uzlaşır. Paytaxt və əsas şəhər 61 TeleGeography GlobalComms məlumatlar bazasına əsasən, Bax yuxarıda qeyd 32. 16 mərkəzlərinin xaricində olan qoşulmaların yayılmasının stimullaşdırılmasına töhfə verən müvafiq topdansatış giriş təkliflərinin olmaması daxil olmaqla kənd infrastrukturunun inkişafında potensial çətinliklər alternativ operatorların ölkənin kənd və ucqar bölgələrində xidmət göstərilməsində marağlı olmadıqlarının səbəbindən biridir.62 28. Bütün sabit genişzolaqlı qoşulmaların əksəriyyəti hazırkı operatorların xDSL infrastrukturu vasitəsilə təmin edilir ki, bu da infrastruktura əsaslanan rəqabətin zəif olduğunun göstəricisidir (Şəkil 9a). Oxşar şəkildə, fiber-optik qoşulmaların əksəriyyəti hazırkı operatorlar Aztelekom və BTRİB tərəfindən həyata keçirilir. Xidmətlərin təminatında alternativ iştirakçılar çox məhdud səviyyədə belə olsa da, əsasən dövlətə məxsus hazırkı operatorların xDSL infrastrukturundan asılıdır. Məsələn, UniNet Bakı şəhərində fəaliyyət göstərir və ev və dövlət və fərdi şirkətlərə əsas etibarilə xDSL vasitəsilə pərakəndə xidmət təklif edir. Ultel MMC əsasən Bakıdakı şirkətlərə xDSL vasitəsilə genişzolaqlı şəbəkə xidməti göstərir. Yalnız ikinci ən böyük alternativ operator Azeronline ölkənin ən böyük mobil operatoru olan Azercell-ə məxsus olduğu üçün xDSL (milli səviyyədə) və fiber-optik (Sumqayıtın müəyyən hissələrindəki evlərə və Bakıdakı şirkətlərə) xətlər üzərində genişzolaqlı şəbəkə xidmətləri təklif edir. 63 İnfrastruktura əsaslanan rəqabətin şəbəkənin əhatə dairəsi, qiymətlər və xidmətlərin keyfiyyətinə müsbət təsir göstərdiyini nəzərə alaraq, bu rəqabətin Azərbaycanda da tətbiq olunması səmərəli ola bilərdi (bax Qutu 1). Şəkil 9a: 2008-2013-cü illər üzrə Azərbaycanda sabit genişzolaqlı qoşulmaların texnologiyaya görə bölünməsi 2013 2012 2011 2010 2009 2008 0% 10% 20% 30% 40% 50% 60% 70% 80% 90% 100% Sabit genişzolaqlı şəbəkənin texnologiya görə artımı, % xDLS Cable Fiber / LAN WiMax Mənbə: TeleGeography GlobalComms məlumatlar bazası, 2014-cü il 62 Bax yuxarıda qeyd 54. 63 Azeronline rayonlarda istifadıçilərə xidmət etmək üçün Azercell-in şəbəkəsindən asılıdır. 17 Qutu 1: Infrastruktura əsaslanan rəqabət: Litva Infrastruktura əsaslanan rəqabət yeni investisiyaların cəlb olunmasına və nəticədə əhatə dairəsinin genişlənməsinə töhfəsinə görə tanınır. O, eyni zamanda daha davamlı rəqəbətli mühitə yol açır və qiymətlər və xidmətlərin keyfiyyətinə güclü təsirə malikdir. EU27 üzv ölkələri üzrə bu yaxınlarda keçirilmiş analyzin (2005- 2011-ci illərə dair) nəticəsinə görə, infrastruktura əsaslanan rəqabət Gələcək Nəsil Çıxışı ( Next Generation Access – NGA) şəbəkələrinin tətbiqinə müsbət təsir göstərir, halbuki xidmətə əsaslanan rəqabətin təkcə xərclərə əsaslanan çıxışın tənzimlənməsi yolu ilə stimulyasiyası NGA şəbəkəsinin geniş tətbiqi üçün tələb olunan böyük həcmdə yeni investisiyaların goyulmasına müvafiq şərait yaratmayacaq. Litva infrastruktura əsaslanan rəqabəti dəstəkləyən ölkələr arasındadır. 20 04-2005-ci illərdə sektor boyu passiv infrastrukturun paylanması sisteminin tətbiqindən sonra, Litvada FTTx -in tətbiq olunması alternativ operatorlar tərəfindən mövcud passiv infrastrukturun istifadəsi ilə idarə olunmuşdur. FTTx 2008 -ci ilin ortasında Litvada üstün genişzolaqlı texnologiyaya çevrilmiş və xüsusilə böyük şəhərlərdə İXP -lər arasında infrastruktura əsaslanan güclü rəqabətə təkan vermişdir. 2013-cü ilin sonunda FTTx bütün sabit genişzolaqlı qoşulmaların 52.21%-ni təşkil etmiş, bütün FTTx qoşulmaların 60%-dən çoxu alternativ operatorlar tərəfindən təmin olunmuşdur. 2012-ci ilin sonunda Litvada FTTx-in əhatə dairəsi ev qoşulmalarının 100%-i çatmış, bir ildən sonra isə ümumi genişzolaqlı şəbəkələrin yayılması ev qoşulmalarının 87%-ni əhatə etmişdir. Nəticədə, hazırda Litva genişzolaqlı şəbəkə xidmətlərinə ən münasib qiymətli çıxış və yüksək sürətli genişzolaqlı şəbəkədə ən yüksən tələbatı olan ölkələr sırasındadır – Litva Respubikasının Kommunikasiya üzrə İcraedici İdarəsinə (RRT) əsasən, 2013-cü ilin sonunda qoşulmaların 37.3%-i 30-100 Mbps arası olmuş və 9.6%-i 100 Mbps-dən də sürətli olmuş, bütün qoşulmaların yalnız 4.4%-i 2 Mbps-dən aşağı olmuşdur. Mənbə: Litva Respublikasının Kommunikasiya üzrə İcraedici İdarəsi (RRT), “İnfrastruktur və xidmətə əsaslanan rəqabətin Gələcək Nəsil Çıxışı şəbəkələrinin tətbiqinə təsiri: Avropa İttifaqının üzv ölkələrindən alınan son məlumatlar,” Wolfgang Briglauer, Georg Ecker, Klaus Gugler, İnformasiya iqtisadiyyatı və siyasəti , Cild 25, buraxılış 3 (sentyabr 2013): 142–153. 29. Güclü rəqabət səviyyəsi olan müqayisə onunan ölkələrin təcrübəsi ğöstərir ki, onlar həmçinin yüksək texnoloji müxtəlifliyi və daha yaxşı xidmət keyfiyyəti ilə səciyyələnir, halbuki yüksək bazar konsentrasiyası olan ölkələrdə platformalar arası rəqabət üçün məkan yoxdur (Şəkillər 9b və 9c). Şəkil 9b: 2008-2013-cü illər üzrə müqayisə olunan ölkələrdə sabit genişzolaqlı qoşulmaların texnologiyaya görə bölünməsi 18 Azərbaycan Qazaxıstan Litva Norveç Türkiyə Qatar Birləşmiş Ərəb Əmirlikləri 0% 20% 40% 60% 80% 100% xDSL Cable Fiber / LAN WiMax Other Qeyd: Özbəkistan, Qırğız Respublikası, Türkmənistan və Tacikistan üzrə məlumat mövcud deyildir. Mənbə: TeleGeography GlobalComms məlumatlar bazası, 2014 -cü ilin mayı Şəkil 9c: Müqayisə olunan ölkələrdə 2012-2013-cü illərdə sabit genişzolaqlı şəbəkələrin bazar konsentrasiyası və 2013-cü ildə sabit genişzolaqlı şəbəkənin yayılması dərəcəsi 1.200 90 Abonentlər üzrə yayılma dərəcəsi, % 80 1.000 70 0.800 60 50 HHI 0.600 40 0.400 30 20 0.200 10 0.000 0 2012 2013 Sabit genişzolaqlı şəbəkənin penetrasiyası Mənbə: Dünya Bankının araşdırması 64 64 Məlumatlar TeleGeography GlobalComms məlumatlar bazasında alınmışdır, Bax yuxarıda qeyd 32. 19 30. Mövcud texnologiyadan söz düşmüşkən, FTTx/LAN, DSL, kabel və WiMax Azərbaycanda mövcud olduğuna baxmayaraq, bazarın inkişafı əsasən xDSL qoşulmalarının sayının artması ilə bağlıdır (Şəkil 10). Türkmənistan və Tacikistan xaric olmaqla digər bazarlara oxşar olaraq, Azərbaycanda FTTx şəbəkəsinin bir qədər nkişafı müşahidə edilir (bax Cədvəl 5). Bakı şəhəri və qonşu kəndlərdə əsas FTTx şəbəkələri yaşayış məntəqələrdəki müştərilərin qoşulmalarla təmin olunması məqsədilə Az.StarNet, Ailə Net, CityNet, Aktiv-Ol, Eurosel, Connect və digər kiçik iştirakçılar tərəfindən yaradılmış və istifadə olunmaqdadır. Bakı xaricində, FTTx şəbəkələri Sumqayıt (Azeronline, Eurosel tərəfindən), Gəncə (Ailə Net tərəfindən), digər regional şəhər mərkəzləri (DataPlus, Eurosel tərəfindən) və bir sıra kənd və kiçik şəhərlərdə (AzTelekom tərəfindən) inkişaf olunur. FTTx qoşulmalarının daha geniş inkişafı dövlət tərəfindən idarə olunacaq FTTx genişzolaqlı şəbəkə planının AzTelekom, BakTelekom və Naxçıvan RYTN tərəfindən yerinə yetirilməsinin başlanmasından sonra gözlənilir. 31. Azərbaycanda PSTN sabit telefoniya xətlərinin ev qoşulmaları üzrə yayılması yüksəkdir (72.6%), lakin bütün genişzolaqlı şəbəkə qoşulmalarının yalnız 27%-nin PSTN xətləri vasitəsilə xDSL texnologiyası ilə təmin olunmasını nəzərə alaraq, mövcud infrastukturun daha da geniş istifadəsi mümkündür (Şəkil 11). 65 Müqayisə olunan nümunədə yalnız Birləşmiş Ərəb Əmirlikləri və Qatar daha yüksək PSTN tətbiqinə malikdir. Son onillikdə AB, xüsusilə Qərbi Avropada sabit xətli qoşulmaların sayı sabit-mobil əvəzlənməsi səbəbindən azalmışdır. Azərbaycanda isə sabit genişzolaqlı xətlərinin tətbiqi sahəsində vəziyyət düzəlmiş və stabil şəkildə saxlanılmıaqdadır. Buna baxmayaraq, Azərbaycanda mövcud qoşulmaların sadəcə kiçik bir hissəsi topdansatış satılır, Avropa ölkələrində isə bu göstərici orta hesabla 65% təşkil edir. Bu onu göstərir ki, mis şəbəkələrin yaxşı saxlanıldığı halda, Azərbaycan ailələrinin əlavə 30%-i münasib qiymətli genişzolaqlı internetə qoşula bilər. Bu alternativin həyata keçirilməsi üçün aidiyyəti tənzimləyici qərarların mövcud olunması zəruridir. Aİ təcrübəsi sübut edir ki, ayrılmış telefon abonent xəttlərinə topdansatış qoşulma (local loop unbundling – LLU) genişzolaqlı şəbəkənin qısa müddət ərzində və əlyetərli qiymətlə yayılmasının təmin olunması üçün praqmatik həll yolu ola bilər (Qutu 2 və Qutu 3). LLU vasitəsilə yerli kanalların ayrılması istifadə olunmamış potensialı olan PSTN şəbəkəsinin geniş əhatə dairəsini nəzərə alaraq Azərbaycan üçün daha da faydalı ola bilərdi. Şəkil 10: 2008-2013-ci illər üzrə sabit genişzolaqlı şəbəkə qoşulmalarının texnologiyaya görə artımı 65 Telegeography, “Wireline,” 2014, http://www/telegeography.com/products/globalcomms/data/country/country- profiles/ee/azerbaijan/wireline.html. 20 400 xDLS, 397 350 Sabit genişzolaqlı bağlantılar, min 300 250 200 150 Fiber / LAN, 116 100 Cable, 47 50 WiMax, 45 0 2008 2009 2010 2011 2012 2013 Mənbə: TeleGeography GlobalComms məlumatlar bazası, 2014-cü ilin sentyabrı Cədvəl 5: Azərbaycanda genişzolaqlı internet seqmentində istifadə olunan texnologiyalar qarışığı və abonent artımının seçilmiş ölkələr ilə müqayisəsi 2013-cü ilin dekabr ayında istifadə olunan texnologiyalar qarışığı və bu qarışığın 2012-ci ilin dekabr ayındakı səviyyəsi ilə müqayisədə artımı Ölkə Digər ( FTTx / LAN DSL Kabel Qeydlər WiMAX daxil olmaqla) Azərbaycan 19% ↑ 27% ↑ 8% ↑ 7% ↑ FTTx və ADSL-in aktiv tətbiqi Qazaxıstan ~24% ↑ 65% ↓ ~10% ↑ 1%↓ Qırğız t/o (tətbiq FTTx-in aktiv tətbiqi. DSL Respublikası olunmur) t/o t/o ↓ bazarda dominantdır Tacikistan t/o t/o t/o t/o DSL və WiMAX bazarda dominantdır Türkmənistan - 100% - - - FTTx şəhər ərazilərində Özbəkistan t/o t/o t/o t/o inkişaf edir; ADSL-in aktiv yenilənməsi Litva 62% ↑ 24% ↓ 5% ↓ 8%↑ FTTx və WiMax-ın aktiv 21 tətbiqi (şəhərətrafı və yarı- kənd ərazilərində) Fiber və kabel Norveç ~26%↑ 41%↓ 30%↑ ~3%↑ texnologiyaları xDSL-ı bazardan kənara sıxışdırır Yüksəksürətli genişzolaqlı Türkiyə 14%↑ 79%↑ ~6%↓ 1%↓ şəbəkənin tətbiqi. Bazarda WiMax operatorları mövcud deyil FTTx-in tətbiqinə qədər Qatar 53%*↑ ~46%*↓ t/o 1%↑ ADSL dominant idi Birləşmiş Ərəb ~85%*↑ ~15%*↓ t/o t/o FTTx-in aktiv tətbiqi; DSL Əmirlikləri bazardan sıxışdırılır Mənbə: TeleGeography, GlobalComms məlumatlar bazası, 2014-cü ilin sentyabrı Şəkil 11: 2013-cü ilin dekabr ayına görə Azərbaycanda sabit genişzolaqlı şəbəkənin yayılması ilə qarşılaşdırılan PSTN yayılmasının seçilmiş ölkələr ilə müqayisəsi 160.0% 138.0% 140.0% Sabit genişzolaqlı şəbəkənin ailələr üzrə yayılması 119.0% 120.0% PSTN (mis) şəbəkəyə abunə 100.0% 84.9% 80.0% 73.0% 65.0% 69.5% 69.0% 66.7% 60.0% 53.5% 40.0% 45.4% 41.6% 30.0% 36.0% 38.0% 34.3% 40.0% 31.0% 26.5% 20.0% 6.0% 4.3% 0.1% 0.4% 0.0% Mənbə: TeleGeography, GlobalComms məlumatlar bazası, 2014-cü ilin sentyabrı 22 Qutu 2: PSTN infrastrukturunun istifadəsi: Almaniya və Fransa Mövcud olan sabit xətli PSTN infrastrukturu adatən sürətli genişzolaqlı şəbəkənin münasib qiymətə inkişafı üçün potensial yaradır. Sabit telefoniya infrastrukturu (PSTN yerli kanalları) adətən xDSL texnologiyalarının mis şəbəkələr üzərində tətbiq olunması vasitəsilə genişzolaqlı şəbəkə xidmətlərinin təmin olunması üçün təkmilləşdirilir. Məsələn, 2012-ci ilin sonunda Almaniyada Deutsche Telekom AG (DTAG) tərəfindən təmin olunan 28,7 milyon PSTN qoşulmalarından 23,3 milyon xDSL xətlərinin təminatında istifadədə olmuş və bu xDSL qoşulmalarından təxminən 12.4 milyonu DTAG -ın rəqibləri tərəfindən son istifadəçilərə pərakəndə satılmışdır. xDSL-ın sabit genişzolaqlı şəbəkənin təminatında Almaniyada üstün texnologiya qalmaslna baxmayaraq, ümumi qoşulmaların 80%-dən çoxunun 2 Mbps sürətindən yuxarı, qoşulmaların 40% -dən çoxunun isə 10 Mpbs sürətindən yuxarı olmaqla, ölkədə genişzolaqlı şəbəkə qoşulmaların sürəti yüksəkdir. Almaniya ilə oxşar şəkildə, Fransada müasir genişzolaqlı şəbəkə France Telecom (FT) telefon şəbəkəsi vasitəsilə xDSL texnologiyaları vasitəsi ilə təmin olunur. Ölkədə istifadə olunan 33 milyon PSTN xətlərindən 88% -i xDSL üzərində üçlü xidmətlərin göstərilməsi üçün münasibdir. 2012 -ci ildə Fransadakı bütün mövcud PSTN xətlərinin 80%-dən çoxu topdan satılmışdır. Mənbə: İllik hesabat, 2012, Bundesnetzagentur für Elektrizität, Gas, Telekommunikation, Post und Eisenbahnen, 2013; İllik hesabat 2012, Autorité de régulation des communications électroniques et des postes (ARCEP), 2013. 23 Qutu 3: İnvestisiya və tənzimlənən topdansatış genişzolaqlı şəbəkə təkliflərinin şkalası Telekommunikasiya sektorunda "investisiya şkalası" (Cave 2006) xidmətə əsaslanan rəqabətin (harada yeni bazar iştirakçıları mövcud operatorların qurğu və avadanlıqlarına qoşulma icazəsini icarəyə götürür) və qurğu və avadanlıqlara əsaslanan rəqabətin (harada yeni bazar iştirakçıları öz infrastrukturunu yaradır ) uzlaşdırmasına hədəflənən tənzimləyici yanaşmaya istinad edir. DSL üzrə tənzimlənən topdansatış qiymətlərin aşağı təyin olunması xidmətə əsaslanan rəqabətə dəstək göstərir. Müştəri bazasını qurduqdan və bazar üzrə məlumatın əldə etdiklərindən sonra, yeni bazar iştirakçıları “investisiya şkalasını” üzrə inkişaf etməyə davam edir və öz qurğu və avadanlıqlarına investisiya etməyə imkan əldə edir. Bunun ardınca tənzimləyici orqan şəbəkəyə qoşulma qiymətini qaldırmalıdır kı, yeni bazar iştirakçılarının şkala üzrə növbəti pilləyə qalxmasına təkan verilsin, məsələn, yerli qoşulma şəbəkələrində xDSL avadanlıqları quraşdırılmaqla (bitstream access) milli magistral infrastruktura investisiyaların, habelə ayrılmış telefon abonent xəttlərinə topdansatış qoşulmanın (local loop unbundling) təmin olunması ilə regional infrastruktura investisiyaların qoyulmasına. Nəticədə, yeni bazar iştirakçıları qurğu və avadanlıqlara əsaslanan tam rəqabətlə xarakterizə olunan öz qoşulma şəbəkələrini yarada bilər. Mənbə: Gelvanovska, Rogy and Rossotto, 2014 Mənbə: Gelvanovska, Natalija, Michel Rogy və Carlo M. Rossotto. Orta Asiya və Şimali Afrikada genişzolaqlı şəbəkələr: Yüksək sürətli internetə sürətləndirilməsi. Vaşinqton, Kolumbiya Dairəsi.: Dünya Bankı, 2014. https://openknowledge.worldbank.org/handle/10986/16680. Cave, M. 2006. “İnvestisiya şkalası ilə infrastruktur rəqabətinin təşviqi.” Telekommunikasiya siyasəti 30 (3-4): 223- 37. 24 32. Mövcud infrastruktura qoşulma genişzolaqlı şəbəkədə tələbatı yalnız qismən dəstəkləyə bilsə belə, xüsusilə Bakının xaricində genişzolaqlı qoşulmaların çox sayda tətbiqində ehtiyac vardır. Şəhər və kənd yerləri arasında, həmçinin sabit telefoniyanın əhatə dairəsinə dair Bakı və ölkənin qalan hissəsi arasında ciddi fərqlər mövcuddur. 2012-ci ilin sonunda bütün yerüstü rabitə xətlərinin 80%-i şəhər yerlərində, qalan 20%-i isə regionlarda yerləşmişdir. Ümumi sabit yerüstü rabitə xətlərinin 47%-nin tək Bakıda yerləşdiyini və bu vəziyyətin son onillikdə çox dəyişmədiyini nəzərə alsaq, sabit genişzolaqlı şəbəkəyə qoşulmanın bölünməsi daha da nəzərə çarpacaq görünür. 66 Ən zəif xidmət olunan bələdiyyədə (Salyan rayonu) on iki kənd ailəsindən sadəcə birisinin telefon xətti vardır.67 33. Ümumilikdə Azərbaycanın sabit genişzolaqlı şəbəkə bazarı hələ də inkişaf mərhələsindədir. Bazar konsentrasiyasının artmasını və xüsusilə mövcud və alternativ operatorlar arasında bərabər şərtli rəqabət mühitinin olmamasını nəzərə alaraq, davamlı inkişafın təmin olunmasında tənzimləyici islahatların zərurəti daha da çox artır. Sektorun hökumət tərəfindən nəzarət olunması sabit genişzolaqlı sektorunun zəif inkişafının əsas səbəblərindən biri olaraq göstərilmişdir; RYTN-nin qərarverici və tənzimləyici orqan kimi və iki ən böyük hazırkı operatorun sahibi kimi mandatları yerli və xarici investorlar arasında narahatlıq yaradır.68 3.2.2. Mobil genişzolaqlı xidmətlərinin təminatının xarakteristikası 34. Sabit şəbəkədəki vəziyyətdən fərqli olaraq, Azərbaycanda mobil rabitə bazarının inkişafı hal-hazırda bazar artımına və əlyetərli və yüksək keyfiyyətli xidmətlərin təminatına təkan verən effektiv rəqabətin bir yaxşı nümunəsidir. Azərbaycanda ilk mobil şəbəkə 1994-cü ildə fəaliyyətə başlamış və 1996-cı ildən 2005-ci ilə qədər ölkədə sadəcə iki operator – Azercell və Bakcell – mövcud idi. 2005-ci ildə üçüncü iştirakçının (Azerfon) bazara daxil olması ilə 2006 və 2007-ci illərdə abonentlərin ümumi sayı orta hesabla 45%, sonrakı iki il ərzində isə 25% artmışdır. Bu artımı eyni zamanda 2008-ci ildə ən böyük şəbəkə operatorunun özəlləşdirilməsini sürətləndirmişdir. Son vaxtlar bazarın doyması nöqtəsinə çatmasının yaxınlaşması ilə illik artım tempi azalmağa başlamış – 2011-ci ildə 9.0%-ə qədər düşmüş, sonrakı ildə 6.2% olmuş və 2013-cü ildə 2%-dən aşağı enmişdir.69 35. Buna baxmayaraq, Azərbaycanda mobil telefon şəbəkələrinin yayılması Şərqi Avropadakı orta yayılma göstəricisi (157.1%) 70 və ya seçilmiş Mərkəzi Asiya ölkələrindəki orta göstəricisindən (116%) çox aşağıdır. 71 Hər 100 adama düşən 108 72 mobil abonentı olan Azərbaycan hər 100 adama düşən 120-dən artıq abonent ilə öyünən 66 AzSTAT, istinad TeleGeography, „Simli rabitə xətti,“ 2014, http://www.telegeography.com/products/globalcomms/data/country-profiles/ee/azerbaijan/wireline.html. 67 AzSTAT, “100 kənd ailəsinə düşən telefon xətlərinin sayı,” http://www.stat.gov.az/source/communication/indexen.php. 68 Bax yuxarıda qeyd 54. 69 Bax yuxar;da qeyd 32. 70 Bax yuxarıda qeyd 51. 71 Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistan üzrə orta göstərici. TeleGeography, 2013 72 Dünya Bankı məlumatları, Dünyada İnkişaf Göstəriciləri, “Mobil rabitə abonentləri (hər 100 nəfərə düşən), 2012,” http://data.worldbank.org/indicator/IT.CEL.SETS.P2. 25 inkişaf etmiş dünya ilə müqayisədə geridə qalmışdır.73 Cədvəl 6: 2013-cü il üzrə Azərbaycanın mobil operatorları, şəbəkələrin əhatə dairəsi və sahibliyi Operator Əhatə dairəsi Sahiblik Mobil telefoniya Mobil genişzolaqlı şəbəkə 3G / 3.5G 4G Azercell 99.8% əhali, Bütün əsas Bakı, 100% dövlət 80% ərazi şəhərlər Dənizkənarı milli park, Abşeron yarımadası Azerfon 80% ərazi Əsas kiçik və Tətbiq 0.03% dövlət, 99.97% fərdi böyük şəhərlər edilməkdədir Bakcell 99% əhali, 93% 2014-cü ilin Kommersiya 10% dövlət, 90% fərdi ərazi fevral ayında: əsasənda 2014-cü 80% əhali, 55% ildə fəaliyyətə ərazi / Bakı başlamışdır Mənbə: İctimai açıq məlumat, TeleGeography Globalcomms məlumatlar bazası, 2014 -cü ilin iyunu 36. Mobil telefoniya bazarı əhəmiyyətli bazar gücünə malik olması hesab olunan bütün üç mobil operator tərəfindən tənzimlənir. Mobil tamamlanma qiymətlər ilk olaraq dəqiqə üzrə 0,05 AZN kimi müəyyən edilmiş, lakin 2009-cu ildə dəqiqə üzrə 0,02 AZN-yə düşmüşdür ki, bu da Aİ-da orta qiymətdən aşağıdır. 74 Bazar seçiminə gəldikdə, Nazirlik görünür tənzimləyici orqan tərəfindən bazara güclü müdaxilə etmək seçimi ilə səciyyələnən ex-ante tənzimləsinə həssas olan 18 qabağcadan təyin olunan bazarlar siyahısını daxil edən bazarın araşdırılmasına dair Avropa İttifaqının (Aİ) yanaşmasının seçilmiş qaydalırını izləyir. 75 Bazarın araşdırılması və telekommunikasiya operatorları arasında qarşılıqlı əlaqə Nazirlik tərəfindən qəbul edilmiş ikinci dərəcəli qanunvericiliklə tənzimlənir. Mobil telefoniya bazarının araşdırılmasına dair ümumi tənzimləyici çərçivə qanuni etibarlığa imkan verir və şəffaf görünür. 37. Bazar konsentrasiyası indeksinin (HHI)76 müqayisəsi göstərir ki, Azərbaycan müqayisə edilən Mərkəzi Asiya ölkələri arasında müsbət inkişaf dinamikası ilə üçüncü ən rəqabətli bazar quruluşuna malikdir (Şəkil 12). Pozitiv dinamika rəqəbəti gücləndirən və Azərbaycan istifadəçilərini faydalandıran mobil nömrə portativliyinin 2014-cü ilin fevral ayında tətbiq olunması ilə dəstəklənir. 77 Daha sıx rəqabət olan ölkələrdə (aşağı HHI indeksi olan) də yüksək yayılma dərəcəsi mövcuddur və əksinə (region üzrə ancaq Qazaxıstan istisna olmaqla), məsələn, dünyada ən sürətli inkişaf edən mobil bazara malik olan Rusiyada HHI 73 Bax yuxarıda qeyd 51. 74 2013-cü ilin iyul ayında Aİ + İçveçrə, Norvegiya, Serbiya, Makedoniya, İslandiya və Türkiyə üzrə orta hesablı göstərici dəqiqədə 2.21 avro cent təşkil edirdi. Bax Elektron Kommunikasiya üzrə Avropa Tənzimləyiciləri Orqanı (BEREC), “Tamamlama qiymətin meyarı,” 2013-cü ilin noyabrı, http://berec.europa.eu/eng/berec_office/search?q=termination+rate. 75 Avropa Komissiyası Tövsiyəsi Nr C(2003)497 ilə müəyyən olunmuşdur. 76 Herfindahl-Hirschman indeksi. 77 “Azərbaycanda tətbiq edilən mobil nömrə portativliyi xidməti,” News.Az, http://www.news.az/articles/tech/86250. 26 indeksinin dərəcəsi 2012-ci ildə 2009-cu ildəki səviyyədə olmuşdur.78 Mobil telefoniyanın geniş yayılması Birləşmiş Ərəb Əmirlikləri və Qatarda da müşahidə olunsa belə, aşağıda göstəriləcək kimi, rəqabətin olmaması xidmət keyfiyyətinin aşağı olması ilə nəticələnir, bu isə genişzolaqlı şəbəkə xidmətlərinin qoşulma sürətlərinin keyfiyyəti ilə birbaşa əlaqədardır. Şəkil 12: Azərbaycanda 2012-2013-cü illər üzrə mobil telefoniya bazarının konsentrasiyası və 2013-cü il üzrə mobil telefoniya yayılmasının seçilmiş ölkələr ilə müqayisəsi 0.7000 200 Abunəçilərə dair yayılma dərəcəsi, % 0.5426 180 0.6000 0.5111 160 0.5000 140 0.4087 0.4000 120 0.3381 0.3551 0.5500 HHI 0.2881 100 0.5000 0.3000 80 0.3609 0.4000 0.2000 0.3673 60 0.3400 40 0.1000 20 0.0000 0 2012 2013 Mobil telefoniyanın yayılma dərəcəsi Mənbə: Dünya Bankının araşdırması 79 38. Həmin üç mobil operator eyni zamanda mobil telefoniya bazarı ilə müqayisədə daha bərabər paylar daşıyan Azərbaycandakı bütün mobil genişzolaqlı şəbəkə bazarını bölüşdürür (Şəkil 13). Bakcell şirkətinin məlumatına əsasən, əhatə dairəsinə görə Bakcell əhalinin 99%-dən çoxunu əhatə etməklə ən geniş şəbəkəyə malikdir, 4G xidmətinə gəldikdə isə, Azercell bir neçə əsas şəhər mərkəzlərində 4G kommersiya xidmətlərini tətbiq etməyə başlamışdır (bax Cəvəl 6). 2012-ci ilin iyunu - 2013-cü ilin dekabrı müddətində şirkət öz ümumi abonent bazasının 1%-dən bir qədər çox hissəsini təşkil edən və Bakı və Abşeron yarımadasında yerləşən 50,000 saylı 4G abonentlərini qeydə almışdır. 80 2011-ci ilin sonundan başlayaraq Azercell və Bakcell şirkətlərinə 3G xidmətlərini tətbiq etməyə icazə verildikdən sonra mobil genişzolaqlı şəbəkə seqmentində rəqabət güclənmişdir.81 Şəkil 13: 2013-cü ilin dekabr ayı üzrə mobil telefoniya və mobil genişzolaqlı bazarlarının 78 Natalija Gelvanovska, et al., “Rusiyada genişzolaqlı şəbəkə üzrə sənəd,” 2014 -cü ildə dərc olunacaq Dünya Bankının Hesabatı. 79 Bax yuxarıda qeyd 32. 80 Eyni yerdə. 81 Eyni yerdə. 27 quruluşu Mobil telefoniya bazarı (abonentlər), 2013-cü il Mobil genişzolaqlı bazar (3G və 4G abonentləri), 2013-cü il Bakcell 23% Azerfon Azercell Azercell 35% 40% 46% Azerfon 31% Bakcell 25% Mənbə: TeleGeography GlobalComms məlumatlar bazası, 2014-cü ilin sentyabrı82 39. Azərbaycan mobil genişzolaqlı şəbəkənin yayılmasına dair Qazaxıstanı və son zamanlarda Tacikistanı keçməklə region üzrə ən üstün inkişaf tempi göstərmiş, halbuki mobil genişzolaqlı xidmətlərinin tətbiqi başlansaydı, daha üstün nəticələr əldə oluna bilərdi (Şəkil 14). 2013-cü ilin sonunda ölkədə mobil genişzolaqlı şəbəkənin əhaliyə yayılması (3G & 4G) 32% olaraq qiymətləndirilmişdir. Bu göstərici Azərbaycan kimi neft ixrac edən iki ölkədə - Birləşmiş Ərəb Əmirlikləri və Qatarda - adambaşına düşən mobil genişzolaqlı şəbəkənin yayılması üzrə orta göstəricisindən ikigat aşağıdır (Cədvəl 7). Azerfon icazəni 2009-cu ildə; Azercell və Bakcell isə 2011-ci ilin 4-cü rübündə almışlar. Bugünədək yalnız bir operatora (Azercell) 4G xidmətlərini göstərmək üçün tezliklərdən istifadə etməyə icazə verilmiş və bu operator Bakı və Abşeron yarımadasınını əhatə edir. RYTN-in məlumatına əsasən, Radiotezliklər üzrə Dövlət Komissiyası və operatorlar daxil etməklə məsələnin həllində iştirak edən bütün tərəflər Bakcell və Azerfon üçün tələb olunan qalan tezlik bantlarının azad olunması və bölüşdürülməsi istiqamətində müvafiq işlər aparır.83 Operatorlar və QHT-lər isə bu prosesin daha da sürətli inkişafını arzulayır.84 Şəkil 14: Azərbaycanda 2008-2013-cü illərdə mobil genişzolaqlı şəbəkənin yayılması artımının seçilmiş ölkələr ilə müqayisəsi 82 Eyni yerdə. 83 Məsələn, operatorlardan ilkin olaraq şəbəkə infrastrukturunu tətbiq etmək tələb olunur 84 “<…>LTE (4G) tezliklərinin ayrılması, lakin bu tezliklərdən bütün mobil operatorlar tərəfindən istifadə etməyə hələ də icazənin olmaması göstərir ki, Azərbaycanın mobil rabitə bazarında sağlam rəqabətin təkmilləşdirilməsi istiqamətdə hələ də müvafiq tədbirlərin görülməsi zəruridir.”Azərbaycan-Amerika Ticarət Palatası (AMCHAM), “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi üçün Müşahidələr və Tövsiyələr,” 2014. 28 120% 113%, Norveç Əhali üzrə yayılma dərəcəsi, % 100% 79%, Qatar 80% 75%, Birləşmiş Ərəb Əmirlikləri 65%, Türkiyə 60% 55%, Litva 40% 32%, Azərbaycan 20% 0% 2008 2009 2010 2011 2012 2013 35% 32%, Azərbaycan 30% Əhali üzrə yayılma dərəcəsi, % 28%, Tacikistan 25% 20%, Qazaxıstan 20% 14%, Qırğızıstan 15% 14%, Türkmənistan 10% 11%,Özbəkistan 5% 0% 2008 2009 2010 2011 2012 2013 Mənbə: TeleGeography, GlobalComms məlumatlar bazası, 2014-cü ilin sentyabrı85 Cədvəl 7: 2013-cü ilin dekabr ayı üzrə Azərbaycanda mobil genişzolaqlı şəbəkənin inkişafının seçilmiş ölkələr ilə müqayisəsi Ölkə 2013-cü ildə adambaşına Adambaşına düşən mobil 85 Bax yuxarıda qeyd 32. 29 düşən mobil telefoniyanın genişzolaqlı şəbəkənin (3G yayılması, % və 4G) yayılması, % Azərbaycan 101 32 Qazaxıstan 158 19 Qırğız Respublikası 119 14 Türkmənistan 109 14 Tacikistan 119 28 Özbəkistan 65 11 Litva 155 55 Norvegiya 124 113 Türkiyə 93 65 Qatar 175 79 Birləşmiş Ərəb Əmirlikləri 168 75 Mənbə: TeleGeography,GlobalComms məlumatlar bazası, 2014 -cü ilin sentyabrı86 40. Mobil telefoniya və mobil genişzolaqlı şəbəkə abonentlərinin nisbəti göstərir ki, Azərbaycanda ümumi mobil abonentlərin yalnız üçdən birisi mobil genişzolaqlı şəbəkə xidmətlərinə abunədir. Bunun regional səviyyədə yaxşı nəticə olduğuna baxmayar, Norveç və Birləşmiş Ərəb Əmirliklərindən fərqli olaraq, ölkədəki mobil günişzolaqlı bazar tam doymasından uzaqdır. Həm mobil telefoniya, həm də mobil genişzolaqlı bazarlarının doyması nöqtəsinə çatmaq üçün müsbət artım traektoriyası davam etdirilməlidir, bu da mobil nömrə portativliyinin və 2014-cü ilin ikinci və dördüncü rüblərində müvafiq olaraq Bakcell və Azerfon tərəfindən LTE xidmətlərinin tətbiqi ilə möhkəmləndirilə bilər.87 Şəkil 15: Azərbaycanda 2013-cü ilin dekabr ayında mobil telefoniya və mobil genişzolaqlı şəbəkə (3G və 4G) abonentləri arasında nisbətin seçilən ölkələrlə müqayisəsi 86 Eyni yerdə 87 Eyni yerdə 30 210% 168% 175% 180% 158% 153% 150% 124% 119% 119% 120% 109% 113% 101% 93% 90% 75% 79% 65% 65% 55% 60% 32% 28% 30% 19% 14% 14% 11% 0% Mobil telefoniya Mobil genişzolaqlı şəbəkə Mənbə: TeleGeography, GlobalComms məlumatlar bazası, 2014-cü ilin sentyabrı88 41. Sabit genişzolaqlı şəbəkə bazarının zəif rəqabət dərəcəsi və zəif inkişafla səciyyəldiyini nəzərə alaraq, Azərbaycanın kənd ərazilərinin genişzolaqlı şəbəkə xidmətləri ilə əhatə olunması məsələsində mobil genişzolaqlı şəbəkə qısa müddətli və daha real alternativ hesab oluna bilərdi, baxmayaraq ki, üç operatordan ancaq birisi ölkənin regionlarında mobil genişzolaqlı şəbəkə xidmətlərini göstərir. Mobil genişzolaqlı şəbəkələrin kənd yerlərində tətbiqi dövlət tərəfindən təmin olunan lisenziya və maliyyə stimullarına daxil olan coğrafi və/və ya əhalinin əhatə olunması öhdəliklərinin təbiətindən asılıdır. Hazırda, hər mobil operator mobil genişzolaqlı şəbəkəsi üçün fərdi şəbəkə infrastrukturu tətbiq edir. 89 Xüsusilə 4G şəbəkələrinin tətbiqi üzrə digər ölkələrin təcrübəsi nümayiş edir ki, operatorlar potensial birgə fəaliyyət və şəbəkə paylaşması imkanlarından istifadə olunması araşdırdıqları halda operatorlar daha üstün (xərclər baxımından) və sürətli (tətbiqi baxımından) nəticələr əldə edə bilərdi (Qutu 4). 42. Kənd ərazilərinin əhatə olunmasında mühüm rol oynayan aşağı tezlikli zolaqların analoqdan rəqəmli TV-yə keçməsi hesabına yayım xidmətlərindən boşalması tələb olunur. RYTN mobil operatorlar üçün 790MHz-862MHz zolaqlarda diapazon ayırma planlarını elan etmişdir, lakin bu sənədin hazırlandığı vaxt belə ayırma üçün müddət müəyyən olunmamışdır.90 88 Eyni yerdə. 89 Bax yuxarıda qeyd 54. 90 Bax yuxarıda qeyd 32. 31 Qutu 4: Mobil şəbəkə operatorları şəbəkə xərclərinin optimallaşdırılmasının təşəbbüsçüləridir Mobil şəbəkə operatorları şəbəkə xərclərinin optimallaşdırılmasının təşəbbüsçüləridir. Yayılma tam dolma həddinə çatması və rəqabət səviyyəsinə son hədd təzyiqınin artırılması ilə təkmilləşdirmə həlləri daha üstün autsorsinq (kənardan alma) modellərinin yaradılması məqsədilə aktiv (məsələn, radio çıxış şəbəkələri) və ya passiv (qüllələr, sahələr və s.) infrastruktur paylaşması üztə ənənəvi modelini artıq heyli ötüb keçib. Əslində, ənənəvi şəbəkənin optimizasiyasına dair yanaşmaları (bir şəbəkə–bir operator) ötüb keçən alternativ şəbəkə modelləri (çox operator– bir şəbəkə, çox operator– kənardan alınmış şəbəkə) yeni xərclər qənaətləğına ümid edir və xüsusilə mobil operatorlar arasında tanınmışdır. Aşağıda bəzi müəyyən yanaşmalar qısa şəkildə təqdim olunur : (1) Şəbəkə autsorsinqi avadanlıq satıcısı tərəfindən şəbəkə infrastrukturunun tikib istismara verilməsi və telekommunikasiya operatoru tərəfindən xidmətlərinin təmin olunması üçün tələb olunan en üzrə internet buraxılış zolaqının əldə olunması haqda telekommunikasiya operatoru və avadanlıq satıcısı arasında əməkdaşlıq bağlanılır. Bu növ əməkdaşlıq eyni zamanda idarə olunan həcm üzrə razılıq kimi də tanılır; (2) Şəbəkədən birgə istifadə orta şəbəkə infrastrukturunun tətbiqi və istimarı yolu ilə infrastruktura kapital qoyuluşunu və istismar xərclərini azaltmağa can atan telekommunikasiya operatorları arasında əməkdaşlığın bir formasıdır. Bu model üçüncü nəsil mobil telekommunikasiya texnologiyası (3G) və dördüncü nəsil mobil telekommunikasiya texnologiyası (4G) şəbəkəsinin tətbiqi üçun çox geniş yayılmışdır. İştirakçı operatorların ayrıca şəbəkələri bütün iştirakçıların birgə istifadə etdiyi tək şəbəkə infrastrukturuna çevrilir. Yeni tətbiq üzrə hər bir operator müəyyən coğrafi bölgənin əhatə olunması üzrə məsul ola bilər ; (3) Şəbəkədən birgə istifadə ilə birləşmiş səbəkə autsorsinqi avadanlıq satıcısı çoxsaylı operatorlar arasında birgə istifadə olunduğu şəbəkə infrastrukturunu tikib istismar etməklə, telekommunikasiya operatoru və avadanlıq satıcısı arasında əməkdaşlıqdır. Mənbə: Gelvanovska, Natalija; Rogy, Michel; Rossotto, Carlo Maria. 2014. Orta Asiya və Şimali Afrikada genişzolaqlı şəbəkələr: Yüksək sürətli internet çıxışının sürətləndirilməsi. Vaşinqton, DC: Dünya Bankı. © Dünya Bankı. https://openknowledge.worldbank.org/handle/10986/16680 License: CC BY 3.0 IGO. 3.2.3. İnternet qoşulmalarının sürətinin qiymətləndirilməsi 43. Azərbaycan seçilmiş ölkələr ilə müqayisədə internetə qoşulma sürəti üzrə son dərəcədə geridədir. Mərkəzi Asiyada sürət üzrə lider olan Qazaxıstanın istifadəçilərinin yükləmə sürəti səviyyəsinə çatmaq üçün, Azərbaycanın yüklmə sürəti 3 dəfədən çox artmalıdır. Ookla tərəfindən hazırlanmış evlərdə qoşulma indeksinə əsasən, 91 istifadəçiləri üçün 6.3 Mbps yükləmə sürəti və 4.3 Mbps göndərmə sürəti ilə Azərbaycan 190 ölkə siyahısında 115-ci yeri tutur. Mobil genişzolaqlı şəbəkədə Azərbaycanda yükləmə sürət 6.5 Mbps və göndərmə sürət 2.1 Mbps olaraq ölçülmüşdür. Təhlil müddətində Bakıda qeydə alınan istifadəçilər üçün ən yüksək yükləmə sürəti aşağıdakı İXP-lər tərəfindən təmin edilmişdir: UniNet (18.72Mbps); Azərtelekom (8.68Mbps) və Delta Telecom (8.53Mbps). Azərbaycan bu parametrlərlə AB, ASOİƏ (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) ölkələri və qlobal orta göstəricisindən çox geri qalır (Şəkil 16). 92 2012-ci ildə region üzrə, məsələn AB-də getdikcə azalan dial-up internet qoşulmaları Azərbaycanda yüksək sayda müşahidə edilmişdir. 44. Qeyd edilməlidir ki, yüksək bazar konsentrasiya indeksi (HHİ) olan ölkələr arasında 91 Şirkət bütün dünyada istifadəçilərin yükləmə sürətlərini müqayisə edir və sıralayır. Ətraflı əlumat üçün bax: www.ookla.com. 92 Ookla, “Ookla Net Indeks: Qlobal genişzolaqlı şəbəkə,” 10 iyun 2014 -cü il tarixində əldə olunmuşdur, http://www.netindex.com/download/allcountries/. Qeyd: Nəticələr 11 may 2014-cü il və 9 iyun 2014-cü il tarixlərinə sınaq nəticələrinin təhlili yolu ilə əldə edilmişdir. Azərbaycanda 389,621 fərdi IP-ların sınağı götürülmüş və 2,546,740 ümumi sınaqdan 123,459 cari OOkla indeksində istifadə olunur. 32 yüksək və çox yüksək genişzolaqlı şəbəkənin yayılması dərəcəsinə baxmayaraq (məs. Qatar, Birləşmiş Ərəb Əmirlikləri və ya Türkiyə) oxşar şəkildə aşağı səviyyəli həm yükləmə, həm də göndərmə sürətləri ilə xarakterizə oluna bilər. Bu məsələyə gəldikdə həmin ölkələr Mərkəzi Asiya ölkələrinə bənzəyir. Əksinə, güclü rəqabət səviyyəsi olan ölkələr (Litva və ya Norveç) qoşulma sürəti üzrə təkcə nümunə göstərilən ölkələri deyil, həmçinin AB, ASOİƏ və ya qlobal orta göstəricilərini də ötüb keçir. Orta qoşulma sürətləri, yüksək sürətli qoşulmaların sayı və hər istifadəçiyə düşən beynəlxalq internet tezliklərin diapazonu təhlil edilsə də, eyni hal müşahidə olunur. Şəkil 16: İstifadəçilərin genişzolaqlı şəbəkəyə qoşulmalarında yükləmə və göndərmə sürətlərinin müqayisəsi, 23 iyun 2014-cü il 50 47.2 44.2 Yükləmə sürəti Əlaqə sürəti, Mbps 40 Göndərmə sürəti 28.9 30 25.7 19.5 18.6 20 15.7 13.6 15.4 16.6 11.9 11.7 12.7 10.7 9.5 7.0 8.2 8.5 8.3 10 4.9 10.0 3.8 5.3 5.8 2.7 2.4 0 Mənbə: Evlərdə qoşulma indeksi, Ookla 45. Yüksək sürətli qoşulmaların sayı (4Mbps-dən yuxarı) israrla bütün qoşulmaların 10%- dən aşağıdır və son iki il ərzində cüzi artım etmiş. Məsələn, Qazaxıstanda belə qoşulmalar bütün qoşulmaların üçdə bir hissəsini təşkil edir. Hər hansı bir ölkədə yüksək sürətli genişzolaqlı internetin yayılmasının artması nəticəsində qısa müddətdə daha əlverişli təsirlər gözlənilə bilər. Yüksək sürətli, etibarlı və münasib qiymətli internet çıxışının mövcudluğu xarici birbaşa investisiya üzrə qərarların verilməsində əsas təyinedici amil hesab edilir. 93 Azərbaycanda orta qoşulma sürət 2008-ci ildən etibarən artmaqdadır və 2013-cü ilin dördünü rübündə 2,868 Kbps-ə çatmışdır,94 lakin ölkələr nümunəsində hələdə də aşağı olaraq qalır (Şəkil 17).95 Akamai-yə əsasən, Azərbaycanda qoşulmaların əksər hissəsi 4 Mbps-dən aşağı, lakin 256Kbps-dən yuxarıdır (Şəkil 8). 46. Azərbaycanda dial-up qoşulmalarının sayı hələ də yüksəkdir, bu da ümumi qoşulma sürətlərlə bağlı göstəriciləri aşağı salır. AzSTAT-ın 2014-cü ildə keçirdiyi iş yerlərində internetə çıxışla bağlı araşdrması göstərir ki, bütün qoşulmaların 24.4%-i dial-up, 26.0%-i 93 Mona Badran, “Bəzi ərəb ölkələri və inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı şəbəkə infrastrukturunun iqtiadi inkişafa təsiri,” Orta Şərq və Afrika ölkələrində mövzular, No.14 (senytabr 2012-ci il): 278-320, http://ecommons.luc.edu/cgi/viewcontent.cgi?article=1161&context=meea. 94 Akamai, “İnternet ilə bağlı vəziyyət,” 17 may 2014-ci il tarixində əldə edilmişdir, http://www.akamai.com/stateoftheInternet/. 95 Qeyd: Özbəkistan və Türkmənistan vizual qrafik qarşılaşdırmasında variantlar olaraq verilməmişdir. 33 2Mbps-dən aşağı DSL, 29.6%-i 2Mbps-dən yuxarı DSL, 6.8%-i mobil, 10.3%-i isə digər texnologiyalar (ayrılmış xətt ilə) vasitəsilə keçirilir. 96 Ev qoşulmalarına dair oxşar araşdırmaya görə, bütün ev qoşulmalarının 11.2%-i dial-up, 28.9%-i mobil telefon və 59.6%- i genişzolaqlı şəbəkə ilə həyata keçirilir. 97 Dial-up qoşulmaları və 3G mobil telefon qoşulmalarının böyük hissəsi orta qoşulma sürətinin aşağı olmasının mümkün səbəbini təşkil edir. Cədvəl 17: Azərbaycanda seçilmiş ölkələr ilə müqayisədə orta qoşulma sürətləri, R3 2007 – R1 2014 Mənbə: Akamai Şəkil 18: Azərbaycanda seçilmiş ölkələr ilə müqayisədə genişzolaqlı şəbəkənin tətbiqi, R3 2007 – R1 2014 96 AzSTAT, “İKT-nin iş yerlərində istifadəsinin əsas göstəriciləri,” http://www.stat.gov.az/source/communication/indexen.php. 97 Bax yuxarıda qeyd 22. 34 Mənbə: Akamai 47. Azərbaycan hər internet istifadəçisinin payına düşən beynəlxalq internet buraxılış zolağının eni (və ya tezlik diapazonu, bandwidth) üzrə Mərkəzi Asiyadakı həmkarlarını geridə qoyur. Azərbaycanda beynəlxalq buraxılış zolağının eni illər boyu inkişaf etmiş, 2005-2013-cü illərdə ümumi artım tempi 111% təşkil etmişdir. Ən sürətli inkişaf 2007-2008- ci (409%) və 2011-2012-ci illərdə (272%) müşahidə edilmişdir. 2013-cü ildə ölkənin buraxılış zolağının eni 81,810 Mbps-ə çatmış, bu isə 172 ölkə arasında ölçülmüş orta buraxılış zolağının enindən 54,897 Mbps yüksəkdir.98 Buna baxmayaraq, qlobal liderlər ilə müqayisədə Azərbaycanda adambaşına düşən trafik hərəkəti Norveçdəkindən 12 dəfə və Litvadakından 13 dəfə azdır. Şəkil 19: Azərbaycanda seçilmiş ölkələr ilə müqayisədə hər internet istifadəçiyə görə beynəlxalq internet buraxılış zolağının eni (Kbps) Litva 213.62 Norveç 196.31 Türkiyə 78.05 Birləşmiş Ərəb Əmirlikləri 59.58 Qatar 50.94 Qazaxıstan 17.83 Azərbaycan 16.24 Qırğızıstan 4.80 Tacikistan 2.67 Türkmənistan 2.08 Özbəkistan 0.90 0 50 100 150 200 250 İnternet istifadəçiyə görə trafik hərəkəti, Kbps Mənbə: Dünya Bankının araşdırması 99 48. İXP-lər üçün telekommunikasiya bazarına giriş maneələrinin aradan qaldırılması ilə yanaşı, beynəlxalq şlyuzlara topdansatış çıxış hələ də dövlətin nəzarəti altındadır. Azərbaycanda təkcə iki operator beynəlxalq IP trafika qoşulmaq lisenziyasına malikdir (Cədvəl 8), onlardan Delta Telecom ölkədəki İXP trafikinin əksər hissəsini idarə edir. Özəl şirkət olan Delta Telecom ölkədə bütün istifadəçilərin ən azı 90-95%-ni beynəlxalq qoşulma ilə təmin edən əsas beynəlxalq IP trafikin provayderi və Avropa İran Ekspress Şlyuzunun (EPEG) Azərbayan seqmentinin tranzit operatorudur. Şirkət Azərbaycan və Cənubi Qafqazda ilk internet magistralı yaratmış və Rusiya ilə əsas mövcud şlyuzlar, Gürcüstanla şlüz və İranla ehtiyat şlyuz vasitəsilə böyük həcmdə internet trafiki daşıyır. Delta Telecomun TransTelekom vaitəsilə Rusiya ilə və RosTelekom vasitəsilə Türkiyə ilə xarici fiber-optik qoşulmaları da vardır. Delta Telecom dolayı yolla Gürcüstan istifadəşilərinə də xidmət göstərir, belə ki, yerli xidmət provayderi TransEuroCom Delta 98 TeleGeography, “Ölkəyə dörə tezlik diapazonu,” 2013, http://www.telegeography.com/products/global-internet-geography/. 99 Məlumatlar yuxarıda 98, 34 saylı qeydlərə və Dünya Bankı, Dünya İnkişaf Göstəriciləri , Internet istifadəçilərinə (hər 100 adama) əsaslanır),” 2012, http://data.worldbank.org/indicator/IT.NET.USER.P2. 35 Telecom-dan beynəlxalq trafik alaraq onu fiber optik qoşulmalardan istifadə edərək Gürcüstana daşıyır. TransEuroCom provayderi TRACECA fiber optik kabel xətti ilə Türkiyənin TurkTelekom şirkəti ilə də əlaqədədir. 100 Delta Telecom Stokholm trafik mübadiləsinə birbaşa bağlantıya malikdir, halbuki DWDM texnologiyası 40 Gbps həcmində məlumatın yerli şəbəkəsi daxilində ötürülməsini təmin edir.101 Magistral provayderə əsasən, onun topdansatış internet təkliflərinin qiyməti 2004-2010-cu illər ərzində 140 dəfə aşağı düşmüşdür.102 Delta Telecom Azərbaycanda yeganə İnternet Mübadilə Məntəqəsinə nəzarət edir və yerli və beynəlxalq trafik üçün eyni qiymətdə məbləğ alır.103 49. Digər lisenziya sahibi Azərtelekom öz fiber optik kabel şəbəkəsi ilə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Azərbaycanın bütün əsas rayon və şəhərlərini əhətə edir. O, həmçinin Azərbaycanı həmsərhəd beynəlxalq tərəfdaşları Rusiya, İran, Gürcüstan və Türkiyə ilə əlaqələndirir. Şirlətin şəbəkəsi DWDM texnologiyasına əsaslanır, bu da trafikin hər bir istiqamətdə asanlıqla artmasına icazə verir.104 Cədvəl 8: 2014-cü il üzrə Azərbaycanda magistral operatorlar Operator Beynəlxalq qoşulma Sahiblik Avropa-İran Ekspress Magistralın Delta Telecom Azərbaycan seqmentinin operatoru; 100% dövlət Rusiya, Gürcüstan və İran arasında magistral Rusiya, İran, Gürcüstan və Türkiyə Azərtelekom arasında magistral 5% dövlət, 95% fərdi Mənbə: Operatorların internet səhifələri, TeleGeography GlobalComms məlumatlar bazası, 2014105 50. Bazarın duopoliya (iki rəqabət aparan şirkətin monopoliyası) quruluşu milli İXP-lər arasında narahatlığın səbəbidir və bazarın uğursuzluğu ilə nəticələnə bilən potensial tənzimləmə problemlərinə yol açır. Telekommunikasiya infrastrukturuna dəstək göstərilməsi məqsədilə, Azərbaycan hökuməti 2014-2016-cı illərdə kənd yerlərində və seçilmiş şəhər qəsəbələrində fiber optik texnologiyanın tətbiqi üçün 550 milyon ABŞ dolları məbləğində dövlət investisiyasının ayrılmasını planlaşdırır. 2016-cı ilin sonuna qədər hökumət ölkə əhalisinin 85%-ni genişzolaqlı şəbəkəyə çıxış xidmətləri il təmin etmək niyyətindədir. Kəndlərdə 10-30 Mbps və şəhər qəsəbələrində 30-100 Mbps arası tezlik diapazonun təmin olunması nəzərdə tutulur. 106 Azərbaycan bu müasir infrastrukturdan istifadə etmək üçün müvafiq həvəsləndirici tənzimləyici vasitələrdən istifafə etməklə özəl İXP-ləri cəlb etməli və bu yolla iri investisiyasından gəlirlərin toplanmasını təmin etməlidir. 100 OpenNet Initiative, „Azərbaycan,” https://opennet.net/research/profiles/azerbaijan. 101 Bax yuxarıda qeyd 54. 102 Delta Telecom, 2005-2014, http://www.delta-telecom.net/ və Delta Telecom ilə müsahibə, 2013-cü ilin dekabrı. 103 Bax yuxarıda qeyd 100. 104 Bax yuxarıda qeyd 32. 105 Eyni yerdə. 106 Bax yuxarıda qeyd 54. 36 IV. İdarəetmə modeli və tənzimləyici sistem 51. Azərbaycan dövləti dövlətə məxsus telekommunikasiya şirkətləri vasitəsilə təkcə yox, eləcə də nazirliklər və komitələr kimi hökumət orqanları vasitəsilə ümum-daxili genişzolaqlı bazarın inkişafında aparıcı rol oynayır (Şəkil 20). Azərbaycanın tənzimləyici mühitinə gəldikdə, ilk nəzərəçarpan məsələ sektora aid müstəqil tənzimləyici qurumunun olmamasıdır. Dövlət tənzimlənməsinin formalaşdırılması və icrası üzrə cavabdeh olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2004-cü ilin fevralında 94 saylı Prezident Fərmanı ilə təsis edilmiş və keçmiş Kommunikasiya Nazirliyini əvəz etmişdir. Bu nazirlik bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) adını almışdır ki, onun struktur və mandatı təzəlikdə yenidən nəzərdən keçirilmiş və onun strukturu və Əsasnaməsi Prezident Fərmanı ilə təsdiq edilmişdir. 107 Spektrın idarə olunması ilə bağlı tənzimləyici funksiyalar Nazirlər Kabineti çərçivəsində təsis edilmiş və RYTN-nə tabe olan Radio Tezliklər üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında yaradılmış Tarif (Qiymət) Şurası həm RYTN-in təklifi əsasında, həm də öz təşəbbüsü ilə telekommunikasiya xidmətləri üçün tariflərin nəzərdən keçirilməsinə və müəyyən edilməsinə cavabdehdir. Həmin Nazirlik yanında təsis edilmiş Anti-İnhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (AİSİHMDX) ex-post faktiki rəqabətə nəzarət funksiyasını yerinə yetirir. RYTN öz nümayəndələri vasitəsilə tənzimləyici prosesin hər mərhələsində iştirak edir. Şəkil 20: Azərbaycanda müxtəlif orqanlar arasında tənzimləyici funksiyaların paylanması 107 Azərbaycan Respublikası Prezidentinin 326 saylı 7 mart 2013 -cü il tarixli Sərəncamı. 37 Mənbə: RYTN 108 52. RYTN bazardakı operatorların fəaliyyətinin əlaqələndirilməsində də fəal iştirak edir. Bu məsələ üzrə maraq toqquşmasının bəlli olduqdan onun həll olunması vacibdir. 2008- ci ilin oktyabr ayında özəlləşdirmədən əvvəl Aztelekom və BTRİB-in inventarlaşdırılması yekunlaşmış, hər iki telekommunikasiya şirkətinin satışı həmin ilin sonuna planlaşdırılmışdır. Haıbuki şirkətlərin satışı baş tutmamış, bu məsələ ilə bağlı danışıqlar yalnız 2010-cu ilin noyabr ayında yenilənmişdir. 2011-ci ilin may ayında RYTN hər iki qurumun özəlləşdirmə prosesindən əvvəl dövlət şirkətindən birgə səhmdar cəmiyyətinə çevriləməsi və sonradan birləşməsi və səhmlərin 100%-nin hökumətin özündə saxlaması planını açıqlamşdır. 2013-cü ilin dekabr ayında RYTN təsdiq etmişdir ki, şirkətlərin 2014-cü ildə birləşəcəyi ehtimal olunur.109 53. RYTN elektron kommunikasiyalar üzrə dövlət siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi üzrə cavabdeh olmaqla, həmçinin bu sektora dövlət maliyyə yardımının göstərilməsinə dair təkliflər irəli sürür. Azərbaycan hökuməti ölkənin ucqar ərazilərini əhatə edəcək LTE texnologiyası üzərində yüksək sürətli mobil genişzolaqlı şəbəkənin təmin olunmasına dair pilot layihəin həyata keçirilməsini planlaşdırır. LTE pilot layihəsinin icrası dövlətə məxsus iki telekommunikasiya operatoru Aztelekom və BakTelekom-a həvalə olunacaqdır. Layihənin icrasına gələn bir neçə ay ərzində başlanması gözlənilir.110 RYTN bazarın inkişafına yönələn genişzolaqlı şəbəkə strategiyasının (FTTH) hazırlamaq planını təsdiq etmiş, bu planın bir hissəsi qismində regionlarda fiber optik infrastrukturun maliyyələşdirilməsi məqsədilə hökumət Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 550 milyon ABŞ dollarınadək vəsaitin ayırmaq niyyətini bildirmişdir. İlkin məlumatlara əsasən, irimiqyaslı tənzimləyici islahatlarla müşayiət olunacaq bu layihənin həyata keçirilməsi 2014- cü ildə başlanacaq. Bu günədək layihə icrasının bir neçə təfərrüatı məlumdur, bir sıra detallar isə qeydi-aydın olaraq qalmaqdadır, məsələn, biznes modelin mahiyyəti, dövlət investisiyasından proqnozlaşdırılan gəlir məbləği (və ya operativ model), özəl sektorun iştirak dərəcəsi, əhatə dairəsinin xüsusiyyətləri və s. Vəsaitlərin ayrılması şübhəsiz ki, fiber optik bazarı stimullaşdıracaqdır. Lakin real çağırış özəl sektorundan gələn investisiyaların bazardan sıxışdırıb çıxartmayan mütənasib dövlət müdaxiləsinin və infrastrukturun maksimum səviyyədə istifadəsinə imkan verən səmərəli və sərbəst giriş modelinin təmin olunmasıdır. Bundan sonra, rəqabətin necə fəallaşdırılması və regionlar sakinlərinin movcüd infrastrukturdan maksimal olaraq necə bəhrənələcəyləri kimi məsələlər ortaya çıxacaq. Aİ- nin qəbul etdiyi dövlətlərə yardım prinsipləri Azərbaycan üçün praktiki dəyər daşıya bilər (Qutu 6). 54. Yekun vuraraq, hazırkı idarəçilik modellə bağlı məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir, çünki hökumət siyasətçi, tənzimləyici və genişzolaqlı şəbəkə bazarının bütün dəyər zənciri boyu bazar iştirakçısı kimi fəaliyyət göstərir. Özəl sektor iştirakçıları və 108 RYTN, “Tənzimləmə şöbəsi,” aprel 2004-cü il tarixində baxılmışdır, http://www.mincom.gov.az/nazirlik-ru-RU/page- 419/page- 601/. Qeyd: RYTN nəzdində tənzimləmə şöbəsi rəqabətin inkişafı ilə bağlı məsələlərə baxır. Xüsusilə, onun tapşırığı telekommunikasiya və İT sektorlarında monopoliya fəaliyyəti və ədalətsiz rəqabətin qarşısının alınması və ləğvində iştirak etməkdən ibarətdir. 109 Bax yuxarıda qeyd 32. 110 Trend News agentliyi Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədova istinad edərək bildirir ki, proqram ARDNF tərəfindən maliyyələşdiriləcəkdir, may 2014-cü il. 38 sənaye assosiasiyaları 111 hökumətdən aşağıdakı tədbirlərin həyata keçirilməsini gözləyir: məsələn, müstəqil tənzimləyici orqanın təsis edilməsi; hökumətə məxsus müəssisələrin tam və ya qismən özəlləşdirilməsi və ya onların digər yolla özəl sərmayəçilərə açıq olmasının təmin olunması; ölkədə bütün xidmət təminatçıları üçün sərbəst girişli fiber optik şəbəkənin tikilməsinə başlanması. Beynəlxalq təşkilatlar əvvəllər bəzi ölkələrdə milli tənzimləyici qurumların qeyri-müstəqil olması ilə bağlı öz narahatlıqlarını ifadə etmiş, xüsusilə telekommunikasiya provayderlərində səsvermə hüquqlarının əhəmiyyətli hissənin bəzi dövlətlərlərin saxladıqları hallarla. Box 5: Azərbaycanda Milli Genişzolaqlı Şəbəkəsinin İnkişafı (FFTH) Planının layihəsi Ölkənin 2012-ci ilin 1-ci rübündə sosial-iqtisadi inkişafının müzakirəsinə həsr olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclası zamanı Prezident İlham Əliyev ölkənin hər bir yaşayış məntəqəsinə genişzolaqlı şəbəkənin və əlaqədar olan xidmətlərin təmin olunmasa dair bir sıra hədəfi müəyyən etmişdir. Prezident tərəfindən müəyyən olunmuş hədəfləri əks etdirən FTTH Planı telekommunikasiya sahəsində fəaliyyət göstərən özəl sektor və qeyri-hökumət şirkətlərin fikirlərini də nəzərə alır. FTTH Planı şəbəkənin müasirləşdirilməsinə dair aşağıda göstərilənləri nəzərdə tutur: (i) telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərində, ucqar yaşayış məntəqələrində və ATS -dən iki kilometrdən uzaq olan magistral şəbəkələrdə yerləşən telefon qutularında fiber optik kabel xətlərinin quraşdırılmasını, (ii) kommutasiya və transmissiya qurğularının modernləşdirilməsini; və (iii) xidmət olmayan və ya xidmət az göstərilən yaşayış məntəqələrində və çoxmərtəbəli binalarda sabit şəbəkənin quraşdırılmasını. Əhatənin mobil genişzolaqlı şəbəkə ilə təminatının LTE texnologiyası hesabına dotasiya olunması genişzolaqlı bağlantısı ilə təmin olunacaq yerlərin coğrafi xüsusiyyətlərindən asılıdır. Bu layihə vasitəsilə Azərbaycan hökuməti fiber-optik yüksək sürətli genişzolaqlı internet və digər inkişaf etmiş telekommunikasiya xidmətlərinə çıxış təmin edən şəbəkə vasitəsilə "Hər evə optika" gətirilməsi hədəfini həyata keçirəcək. Bakı şəhərində ən azı 100 Mbit/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 Mbit/s, qəsəbə və kənd yerlərində isə ən azı 10 Mbit/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi planlaşdırılmışdır. Infrastrukturun inkişafı ilə yanaşı, FTTH Planı telekommunikasiya islahatlarınln həyata keçirilməsi və əlverişli tənzimləyici mühitin yaradılması istiqamətdə müvafiq tədbirlər nəzərdə tutur. Planlaşdırılan islahatlar arasında yeni qanunvericilik aktlarının və qaydaların qəbul olunmasını, hazırki tarif siyasətinə dəyişikliklərin daxil olunmasını və son istifadəçilərdə genişzolaqlı xidmətlərdə tələbin stimullaşdırılmasına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutan struktur islahatlar daxildir. RYTN bu layihənin həyata keçirilməsi ilə aşağıdakı məqsədlərə nail olmağa çalışır: (i) kənd və şəhər arasında İKT infrastrukturunun inkişafındakı “rəqəmli fərqin” aradan qaldırılması; (ii) ölkənin telekommunikasiya şəbəkələri və infrastrukturun müasirləşdirilməsi; (iii) əlverişli və yüksək keyfiyyətli internet xidmətlərinə çıxışın təmin olunması; genişzolaqlı internetin yayılma səviyyəsinin 85%-ə qədər çatması. Eyni zamanda, bu layihə Azərbaycanın bütün ərazisində electron xidmətlərdən istifadəsi və təhsil, səhiyyə, ticarət və digər xidmət sahələrində internet və mobil proqramlarının yayılması üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. FTTH Planı Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) hesabına maliyyələşdiriləcək və hazırkı operatorları və digər maraqlı olan İXP -lər tərəfindən həyata keçiriləcək. Layihənin 2014-2016-cı illər ərzində tətbiq olunması gözlənilir. Layihənin ilkin hesablanmışdır dəyəri təxminən 550 milyon ABŞ dolları təşkil edir. FTTH Planının həyata keçirilməsi üçün hazırda layihə üzrə idarəetmə orqanının yaradılması məsələsi nəzərdən keçirilir. Bu səlahiyyəti orqanın yaradılmasının əsas məqsədi şəffaflığın təmin olunması, dövlətin planlaşdırdığı genişzolaqlı hədəflərə nail olunması və və FTTH Planının effektiv idarə olunmasıdır. FTTH Planının təminatına 2014-cü ilin sonunda başlanması nəzərdə tutulur. Mənbə: 111 RYTN qeydlər 54 və 84. Bax yuxarıda 39 Qutu 6: Dövlət yardımı prinsipləri: Aİ-nin tövsiyəsi Genişzolaqlı şəbəkənin inkişafına dövlət yardımının göstərilməsi sahəsində Aİ-nin dünyada ən zəngin təcrübəyə malik olduğu məlumdur. Bazar operatorlarının kommersiya şərtləri ilə investisiya qoymasının ehtimal edilmədiyi sahələrdə genişzolaqlı şəbəkənin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı cəhdlər bir il ərzində Aİ- nin 25 üzv ölkələrindən 11-i tərəfindən dəstəklənmişdir. Aİ dövlət yardımının göstərilməsi sahəsində təcrübəsinə müvafiq prinsiplər və ümumi işgüzar çərçivə hazırlamışdır. Aİ-də istənilən dövlət yardım müdaxiləsi planına dair tətbiq olunan əsas prinsiplər aşağıdakı kimi icmal oluna bilər: (1) Ümumi maraq doğuran məqsədlərin əldə edilməsinə töhvə etmək: Dövlət yardımı genişzolaqlı şəbəkə üzrə dövlət planı kimi ümumi maraq doğuran məqsədlərin əldə edilməsinə yardım etməlidir; (2) Bazar mexanizmində çatışmazlıqlar və ya ciddi bərabərsizliklər sahəsində bazarın qeyri-səmərəli olduqda dövlət yardımı göstərilməlidir: Ümumiyyətlə, öz vasitələrinə buraxılan bazar cəmiyyətə səmərəli məhsul verə bilmirsə, bazar mexanizminin səmərəsiz olması və ya “bazar uğursuzluğu” haqda danlşmaq olar. Genişzolaqlı şəbəkə ilə bağlı olan cəmiyyət üçün iqtisadi imtiyazlar (yəni müsbət xarici effektlər) xərclərdən artıq olsa belə infrastruktura investisiya qoyulmaya da bilər. Genişzolaqlı şəbəkəyə investisiya qoyulmasında ümumi maraq doğuran digər mühüm məqsədin – bərabərliyin (sosial və ya regional) təmin edilməsi mühümdür; (3) Dövlət yardımının siyasi alət kimi müvafiqliyi: ex ante tənzimləmə fəaliyyəti, spektrlərin (yenidən) ayrılması və genişzolaqlı şəbəkədə tələbatın artırılması kimi tədbirlər daxil omaqla, genişzolaqlı qoşulmaların əskikliyinin aradan qaldırılması üzrə dövlət tədbirlərinə alternative məqam olmadığı təqdirdə dövlət yardımının müdaxiləsi müvafiq hesab oluna bilər. (4) Stimullaşdırıcı effektin mövcudluğu: Heç bir dövlət müdaxiləsi olmadan eyni vaxt çərçivəsində investisiya qoyulmamışdırsa, dövlət yardımı göstərilə bilər. Hazırda heç bir infrastruktur səfərbər edilməyə də bilər, ancaq nəzərdən keçirilən konkret coğrafi ərazini əhatə etmək üçün ( öz LTE, LTE- mütərəqqi lisenziyalaşdırma prosedurlarının bir hissəsi kimi) mobil operatorlar müvafiq öhdəliklər daşıya bilər və ya konkret operator eyni əraziyə yardım göstərən universal xidmət təminatçısı kimi təyin edilə bilər; (5) Yardım zəruri olan minimum səviyyə ilə məhdudlaşmalı və onun mənfi təsirləri məhdud olmalıdır: Bu tədbirlər dəstək nümayiş etdirməlidir ki, dövlət yardım layihəsi bağlantıda olan boşluğu doldurmaq üçün uyğundur. Bu baxımdan: a. əhatə dairəsinin təfərrüatlı xəritəsi hazırlanmalı və təhlil edilməlidir; b. mövcud provayderlərlə və artıq investisiya planları olan tərəflərlə rəqabətin pozulması hallarını minimumadək azaltmaq üçün layihə ictimai məsləhətləşmələrdən keçməlidir; c. subsidiyalaşdırılmış infrastrukturu səfərbər etmək və onu istismar etmək üçün üçüncü tərəfdən olan operatorun seçilməsi halda, seçim prosesi açıq və şəffaf olmalıdır; d. tender texnoloji baxımdan neytral metoda riayət etməli və iqtisadi baxımdan ən əlverişli (ən ucuz olması zəruri deyil) təklif seçilməlidir; e. Dövlət yardımı mövcud infrastruktur imkanlarından mümkün dərəcədə istifadə (yenidən istifadə) etməlidir (məsələn, energetika kimi digər sektorların kabel kanallarını, antena dirəkləri və s.); f. Subsidiyalaşdırılmış genişzolaqlı infrastruktur üçüncü tərəflərə səmərəli hərtərəfli qoşulma imkanını ("sərbəst qoşulma") təklif etməlidir; (6) Ümumi tarazlaşdırma və uyğunluğun şərtləri: Dövlət müdaxiləsinin hər zaman təbii bazar şərtlərinin pozulmasına səbəb olduğu faktını nəzərə alaraq, dövlət yardım layihəsini elə şəkildə planlaşdırmaq lazımdır ki, layihə effektinin ümumi balansı müsbət olsun . Mənbə:“Genişzolaqlı Şəbəkərin Sürətli İnkişafı ilə bağlı Dövlət Yardım Qaydalarının Tətbiqinə dair Aİ -nin Təlimatları,” Avropa Komissiyası, 2013/C 25/01, http://eur- lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=OJ:C:2013:025:0001:0026:EN:PDF və “Genişzolaqlı Şəbəkərin Sürətli İnkişafı ilə bağlı Dövlət Yardım Qaydalarının Tətbiqi”, EFTA Nəzarət Orqanı, 2013: http://www.eftasurv.int/media/state-aid-guidelines/Part-IV---Application-of-state-aid-rules-in-relation-to- rapid- deployment-of-broadband-networks.pdf. 40 V. Sektor məsələləri və tövsiyələr 55. Genişzolaqlı internet şəbəkələri davamlı iqtisadi inkişaf, iş yerlərinin açılması, insan bacarıqlarının artırılması və cəmiyyətin transformasiyasına təkan verən güclü bir qüvvədir. İKT sektoru, istehsal sənaye və enerji sektorunun inkişafını möhkəmləndirməklə genişzolaqlı infrastruktur və xidmətlər ölkənin səmərəliliyinə, rəqabət qabiliyyətinə və iqtisadi diversifikasiyasına birbaşa töhfə verir. Əlverişli genişzolaqlı şəbəkə xidmətləri və artan gəlir səviyyəsi, dinamik mobil genişzolaqlı şəbəkə bazarı və hökumətin genişzolaqlı infrastrukturun inkişafı üzrə müvafiq proqramların həyata keçirməyə hazır olması Azərbaycanı pozitiv inkişaf trayektoriyası ilə səciyyələn canlı və rəqabətli genişzolaqlı bazarın inkişaf etdirmək imkanla təmin edir. 56. Lakin Azərbaycan genişzolaqlı şəbəkənin potensialının bir çox hissəsindən istifadə etmir. Milli səviyyədə, xüsusilə sabit genişzolaqlı şəbəkə bazarı seqmentində rəqabət hal-hazırda bazarın genişlənməsi və inkişafına nail olunması və bu bazarın davamlı şəkildə dəstəklənməsi vasitəsi kimi nəzərdən keçirilmir. İnternetə bağlantı sürətlərin asta olması yüksək sürətli internetin ölkədə hələ də inkişaf mərhələdə olmasından bəhs edir, halbuki rəqabət və sektor idarəçiliyi sahəsində islahatların vacibliyinin tanınmasının ləngitməsi genişzolaqlı şabəkə bazarının səmərəli inkişafa və xarici birbaşa investisiyalar daxil olmaqla özəl sektor tərəfindən investisiyaların cəlb olunmasına maneəçilik törədir. 57. Azərbaycanda genişzolaqlı şəbəkə bazarının inkişafını və uzun müddətli müsbət inkişaf trayektoriyasının davamlığını dəstəkləyən əsas sektor tövsiyələr aşağıdakılardır: 1) Həm tənzimləmə baxımından müstəqilliyin təmin edilməsi, həm də strategiyanın hazırlanması və onun həyata keçirilməsi funksiyalarının bir-birindən ayrılması hüquqi birmənalılığı təmin edəcək, həmçinin telekommunikasiya bazarına daha çox investisiya və yeni iştirakçıları cəlb ediləcəkdir. Bu, müvafiq olaraq İXP və müştəriləri faydalayan əvvəlcə xidmət əsaslı rəqabətin, sonra da infrastruktur əsaslı rəqabətin inkişafı üçün təməl quracaqdır; 2) Topdansatış səviyyədə tənzimləyici maneələrin aradan qaldırılması mövcud olan sabit şəbəkə infrastrukturunun səmərəli şəkildə istifadə edilməsi üçün zəruridir ki, nəticədə genişzolaqlı şəbəkənin daha əlverişli və münasib vaxt çərçivəsində yayılmasının genişlənməsi müşahidə olunacaq, eləcə də genişzolaqlı şəbəkə xidmətlərinin keyfiyyəti artacaqdır; 3) İnfrastrukturun şəbəkə operatorları tərəfindən səmərəli inkişafını təşviq edən strategiya və (və ya) fəaliyyət planının hazlrlanması genişzolaqlı şəbəkənin yayılması ilə bağlı yüksək xərclər məsələsini həll edə bilər. Ən yaxşı qlobal təcrübə göstərir ki, infrastrukturdan birgə istifadəsinə icazə oluğu təqdirdə, Azərbaycanda energetika, yol və dəmir yolu infrastrukturu operatorlarına məxsus olan və onlar tərəfindən işlənilməyən fiber optik imkanlarından istifadə etməklə tikinti ilə bağlı xərclərin 80-90%-ni qənaət etmək olar; 4) Regionlarda infrastrukturun aşağı səviyyədə inkişaf olması məsələsinin cavablandırması ölkə boyu davamlı iqtisadi və sosial inkişafın təmin olunması üçün mühümdür. Bakı və Abşeron yarımadası ilə ölkənin qalan hissəsinin inkişaf səviyyəsi arasında fərqliliklər vardır. Genişzolaqlı şəbəkənin yayılması investisiyaların cəlb olunması, dövlət 41 xidmətinin təkmilləşdirilməsi, kənd yerlərində internet əsasında iş və rəqabətli bacarıqlara girişin təmin olunmasında zəruri baza yarada bilər. 42 43