1 2 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR HÜQUQLAR VƏ TƏKRAR İSTİFADƏ ÜÇÜN İCAZƏLƏR © 2021 Dünya Bankı 1818 H küçəsi NW Vaşinqton DC 20433 Telefon: 202-473-1000; Internet: www.worldbank.org Müəyyən hüquqlar qorunur. Bu sənəd Dünya Bankının heyətinin məhsuludur. Bu sənəddə öz əksini tapan əldə olunmuş məlumatlar, şərhlər və nəticələr Dünya Bankının icraçı direktorlarının və ya onların təmsil etdikləri hökümətlərin fikirlərini əks etdirməyə bilər. Dünya Bankı bu sənəddə təqdim olunan məlumatların dəqiqliyinə zəmanət vermir. Bu sənəddə hər hansı xəritədə göstərilən sərhədlər, rənglər, adlar və digər məlumatlar hər hansı ərazinin hüquqi statusu və ya belə sərhədlərin təqdir və ya qəbul edilməsi ilə bağlı Dünya Bankının fikrini bildirmir. Hüquqlar və təkrar istifadə üçün icazələr Bu sənəddə təqdim olunan material müəllif hüquqları ilə qorunur. Dünya Bankının biliklərinin təbliğini təşviq etdiyi nəzərə alınaraq, müəlliflik hüququnun tam təyini şərti ilə, bu sənəd qeyri-kommersiya məqsədləri üçün tam şəkildə və ya qismən çoxaldıla bilər. Müəlliflik hüququnun təyini—Sənədə aşağıdakı şəkildə istinad edin: “Dünya Bankı. 2021. Azərbaycanda Ağıllı Kəndlər: Təhlil üçün çərçivə və yol xəritəsi. © Dünya Bankı.” Hüquqlar və lisenziyalar, o cümlədən törəmə müəllif hüquqları üzrə bütün suallar aşağıdakı kimi ünvanlanmalıdır: Dünya Bankı Qrupu, 1818 H küçəsi NW, Vaşinqton 20433, ABŞ; faks: 202-522-2625; elektron ünvan: pubrights@worldbank.org. 3 MİNNƏTDARLIQ Bu hesabat Erik Johnson və Sophia Georgievanın rəhbərliyi altında Andrea Woodhouse, Səidə Bağırlı, Səbinə Məcidova və Himmat Sandhudan ibarət Dünya Bankının heyəti tərəfindən hazırlanmışdır. Tara Sharafudheen tədqiqata onun başlanmasından coğrafi məkan təhlili və sahə işlərinin tamamlanmasına qədər rəhbərlik etmişdir. Bu hesabatda təqdim olunan coğrafi məkan təhlili və indeksi Juan Carlos Vargas, Sulhee Yoon, Delaney Almond və Samantha Miezionun daxil olduğu heyətdən ibarət olan GeoAdaptive MMC tərəfindən hazırlanmışdır. Qlobal ağıllı kənd proqramlarına baxış, keyfiyyət tədqiqatlarının layihələndirilməsi və onlara nəzarət Santosh Singh, Prachi Seth və Kavya Harinin daxil olduğu heyətdən ibarət olan Intellecap firması tərəfindən təmin edilmişdir. Gülbəniz Qənbərovanın rəhbərlik etdiyi Azərbaycan Kənd Qadınları Assosiasiyasının heyəti ölkədə keyfiyyət tədqiqatları aparmışdır. Bu tədqiqat Avropa və Orta Asiyada sosial davamlılıq və inteqrasiya üzrə sektor menecerləri Varalakshmi Vemuru və Kevin Tomlinson, Azərbaycan üzrə ölkə menecerləri Naveed Naqvi və Sarah Michael və Cənubi Qafqaz üzrə ölkə direktoru Sebastian-A Molineusun ümumi rəhbərliyi altında hazırlanmışdır. Tədqiqatın hazırlanması zamanı Abdulaziz Faghi, Viktoriia Siriachenko, Timothy Kelly, David Tuchschneider, Austin Kilroy, Hacı Hüseynov, Rufiz Çıraqzadə, Parmesh Shah, Siddhartha Raja, Clara Ivanescu, Valerie Morrica, Paul Soto, Viola Calabrese, Alan Fuchs, Nadir Ramazanov və Prashant Shukla tərəfindən təqdim edilən material və ekspert rəyləri faydalı olmuşdur. Hesabat Deirdre Smith tərəfindən redaktə, Rhino Media tərəfindən dizayn edilmişdir. Heyət tədqiqat zamanı əsas məlumat daşıyıcıları ilə müsahibələrdə və fokus qruplar ilə müzakirələrdə iştirak edən bütün şəxslərə minnətdarlığını bildirir. 4 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Mündəricat 1. Giriş 6 2. Kənd yerlərinin inkişafı konteksti 8 3. Yerli idarəetmə və əməkdaşlıq 16 4. Ağıllı kənd yanaşması 20 5. Ağıllı kəndlərin tətbiqi üçün hazırlıq indeksinin yaradılması və tətbiqi 32 5.1 Kənd klasterlərinin hazırlıq səviyyələrinə görə təsnifatlandırılması 36 5.2 Kənd klasterlərinin hazırlıq indeksindən əldə olunan nəticələr 37 5.3 AKTH-in tematik sahələri üzrə əsas nəticələr 39 5.4 Hər təsnifat qrupunda AK hazırlığında aradan qaldırılacaq çatışmazlıqlar 40 5.5 Klaster identifikasiyası 42 5.6 Daha ətraflı təhlil üçün kənd klasterlərinin seçilməsi 43 5.7 Prioritet klasterlərdə iqtisadi imkanların ekspress qiymətləndirilməsi: kənd təsərrüfatı və turizm 44 5.8 Ağıllı kənd yanaşmasının sıfırdan işlənib hazırlanması: Quba-Qusar-Xaçmaz və Şəmkir-Tovuz klasterlərində müzakirələr zamanı əldə edilmiş nəticələr 53 6. Azərbaycanda ağıllı kəndlər proqramının həyata keçirilməsi üçün təklif olunan yol xəritəsi 60 Əlavə I: Ağıllı kəndlərin hazırlıq indeksi — Məlumatlar kataloqu 66 5 GİRİŞ 6 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 1. Bu sənəd kənd yerlərində xidmət təminatını və yerli səviyyədə iqtisadi inkişafı yaxşılaşdıra bilən texnologiya və sosial yeniliklərə əsaslanan “Ağıllı kənd” yanaşmalarını işləyib hazırlamaq üçün siyasət variantlarını müəyyənləşdirməyə hədəflənmiş analitik və tədqiqat proqramının əsas nəticəsidir. “Ağıllı kəndlər” konsepsiyası icmaların yerli hökumət və özəl sektorla əməkdaşlıq edərək tələblər (aşağıdan yuxarıya/ehtiyacların birgə qiymətləndirilməsi), bilik və yeniliklərin ötürülməsi və siyasət təşviqləri əsasında öz sahələri üçün uyğun olan imkanları və həlləri müəyyənləşdirməsinə imkan yaratmağa yönəlib. Bu üç element mövcud olduğu halda, kənd yerləri üçün xüsusi hazırlanmış “ağıllı” həllər daha yaxşı bağlantı imkanlarının və xidmətlərin təkmilləşdirilməsi, dolanışıq imkanları və gəlirlərin artırılması və həyat keyfiyyətinin yaxşılaşdırılması ilə yerli səviyyədə daha böyük miqyaslı iqtisadi inkişafa səbəb ola bilər. 2. Sənəd altı hissədən ibarətdir və hər bir hissə Azərbaycanda “ağıllı kəndlər” konsepsiyasını müəyyənləşdirmək və tətbiq etmək üçün aparılan tədqiqat və təhlilin bir elementini təmsil edir. Birinci hissə kənd yerlərinin inkişafının konteksti, xüsusən kənd və şəhər bölgüsünə aid olan cəhətlər, kənd yerlərinin inkişafının təşviqinə yönəlmiş dövlət siyasətləri və proqramları, habelə inkişafın rəqəmsal ölçülərindən bəhs edir. İkinci hissədə “ağıllı kəndlər” anlayışı şərh olunur. Bu nə deməkdir? Digər ölkələr bu termini necə tətbiq edir? Əsas prinsiplər və elementlər hansılardır? Ağıllı kəndlərin tərifi və qlobal nümunələrə əsaslanaraq, sənəddə Azərbaycanda kəndləri ərazi klasterləri kimi nəzərdən keçirilməklə, onların ağıllı kəndlərin tətbiqinə hazırlığını qiymətləndirmək, habelə böyük həcmli qlobal məlumatlara və yerli məlumat mənbələrinə istinad etməklə, ümumi ərazi xüsusiyyətlərinə malik kənd klasterlərini ağıllı kənd yanaşmasının tətbiqinə daha çox və daha az hazırlıq səviyyələri üzrə təsnifatlandırmaq strukturunu təklif edir. 3. Ağıllı kəndlərin analitik əsaslarının imkanlarını nümayiş etdirmək məqsədilə və iqtisadiyyatın ən vacib sahələrindən ikisi olan kənd təsərrüfatı və turizmlə bağlı məlumatların öyrənilməsi nəticəsində ortaya çıxan problemlər və imkanları dəqiqliklə izah etmək üçün ən hazırlıqlı və ən çox “gücləndirmə” kateqoriyalı 14 kənd klasterindən 2-si seçilib. Təhlil iki klasterdə icma üzvləri, hökumət və biznes rəhbərləri və iri sahibkarların perspektivlərinin daha dərin, keyfiyyət araşdırması ilə yekunlaşır. Bu yekun təhlil Ağıllı Kəndlərin Tətbiqinə Hazırlıq İndeksinin (AKTH) beş əsas sahəsi üzrə kənd klasterlərində inkişafın təmin etdirilməsi üçün prioritetləri müəyyənləşdirir. Yekun hissədə Azərbaycanda AKTH İndeksi Çərçivəsinin uyğunlaşdırılması, qəbul edilməsi və tətbiqi və aqrar iqtisadi fəaliyyəti şaxələndirən və kəndlə şəhər arasındakı “uçurumu” aradan qaldıran ağıllı kəndlərin tətbiqinə hazırlığı artırmaq, tərəqqini izləmək və inkişaf hədəflərinə çatmaq üçün siyasət və proqram yanaşmalarının müəyyənləşdirilməsində tövsiyə olunan növbəti addımlar ümumiləşdirilir. 4. Bu araşdırma və təhlil əsasən 2020-ci ilin birinci yarısında, Covid-19 pandemiyası başlamazdan əvvəl və davam etdiyi müddət ərzində həyata keçirilib. Bununla əlaqədar olaraq beynəlxalq məsləhətçiləri yerli tərəfdaşlarla dialoq və tədqiqatlarda iştiraka cəlb etmək üçün ilkin planlar məhdud olub. İşlərin çox hissəsi bəzi yerli tərəfdaşlarla məsafədən həyata keçirilib ki, bu da yerlərdə məlumatların toplanmasına və sürətli hesabat verilməsinə imkan yaradıb. Buna baxmayaraq, böyük həcmli qlobal məlumat mənbələrinin mövcudluğu və hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə davamlı və güclü əlaqələr hesabatda bu analitik işin həyata keçirilməsinə yanaşmanı tənzimləmək imkanı verib və onun nəticələri aşağıda təqdim olunur. Bu işin ilkin nəticələri 2020-ci ilin may-iyun aylarında iki əsas konsaltinq şirkəti Geoadaptive və Intellecap tərəfindən təqdim edilib. Hesabatda o zaman Azərbaycan Hökumətini təmsil edən əsas maraqlı tərəflərdən alınan rəylər də yer alır. 1 | GİRİŞ 7 KƏND YERLƏRİNİN İNKİŞAF KONTEKSTİ 8 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Azərbaycanda kənd yerlərində yaşayan əhalinin yoxsulluq səviyyəsi azalsa belə, Azərbaycanda kənd yerləri iqtisadi imkanlar və xidmətlərin əlyetərliyi üzrə davamlı çatışmazlıqlarla üzləşir. 5. Son tənəzzülə baxmayaraq, son onilliklərdə Azərbaycanda iqtisadi artım yoxsulluğun azaldılmasına şərait yaradıb. Azərbaycanın inkişafının böyük hissəsi neftlə bağlıdır. Əhəmiyyətli neft ehtiyatları ölkənin ənənəvi olaraq əsas ixrac məhsuludur (2019-cu ildə ixracatın 90%-i)1 və ÜDM-ə ən böyük töhfə verən sahələrdən biridir (neft və qaz gəlirləri 2019-cu ildə ümumi büdcə gəlirlərinin 63%-ni təşkil edib).2 On ildən çox müddətdə (2000 - 2015) 11% səviyyəsində saxlanılan sürətli iqtisadi inkişaf, əmək haqqı və sosial ödəniş artımı ilə birlikdə yaşayış şəraitinin yaxşılaşmasına3 və yoxsulluq səviyyəsinin kəskin şəkildə 49%-dən 6%-ə düşməsinə şərait yaradıb.4 Bu müddət ərzində hökumət əsas xidmətlər və əlaqə imkanlarını yaxşılaşdırmaq üçün infrastruktur layihələrinə də sərmaye yatırıb. Lakin 2014-cü ildə neft qiymətlərinin aşağı düşməsi və bunun ardınca Azərbaycan manatının ucuzlaşması ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi kimi neft sektorundan asılılıq risklərini daha qabarıq nümayiş etdirib. Nəticədə, ÜDM-in sürətli artımı dayanıb və hökumətin məşğulluğu və sosial güzəştləri yüksək səviyyədə saxlamaq imkanları məhdudlaşıb. 6. Digər keçmiş Sovet dövlətlərindən fərqli olaraq, Azərbaycan əhalisi həm şəhər, həm də kənd yerlərində durmadan artıb. 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkə əhalisi 7,2 milyondan 10 milyona artıb. Azərbaycan əhalisinin təxminən yarısı (47%) kənd yerlərində yaşayır, bu da Cənubi Qafqazdakı qonşularına nisbətən bir qədər yüksək (Gürcüstanda 42%, Ermənistanda 37%), lakin dünya ortalaması ilə müqayisə oluna bilər (49%) və Orta Asiya ölkələrindəki orta göstəricidən (58%) daha aşağıdır.5 Əhali müəyyən ərazilərdə daha sıx olsa da, ölkə daxilində artıb. Ölkənin əksər hissəsində quraq subtropik iqlim olduğuna görə əhali Xəzər dənizi sahili boyunca və şərqdə və şimalda Kür çayı vadisində cəmləşib (Şəkil 1). Abşeron yarımadasında Bakı (2,3 milyon nəfər) və Sumqayıt (345,300 nəfər) şəhərləri ən böyük şəhər mərkəzləridir. Əhalinin sayı və sıxlığı ilə bağlı ən yüksək artım cənub-şərq rayonları olan6 Masallı, Cəlilabad və Lənkəranda, habelə Şəmkir və Tovuz rayonlarında və şimal-qərbdə yerləşən Gəncə şəhərində qeydə alınsa da, ümumilikdə ölkənin bütün şəhər və kənd rayonlarında artım qeydə alınıb. Məsələn, əhalinin ən seyrək məskunlaşdığı rayonlardan biri olan Xızıda 1990-2015-ci illər arasında sakinlərin sayı iki dəfədən çox artıb. Əhali etnik baxımdan nisbətən homogendir, təxminən 90% vətəndaş özünü etnik azərbaycanlı hesab edir və 99% Azərbaycan dilini mükəmməl səviyyədə mənimsədiyini bildirir. 7 1 Azərbaycanın Mərkəzi Bankı 2 Azərbaycanın Maliyyə Nazirliyi 3 Dünya Bankı. 2019. South Caucasus in Motion www.documents1.worldbank.org/curated/en/614351556553124178/pdf/South-Caucasus-in-Motion.pdf 4 Milli yoxsulluq həddi və Milli Statistika Komitəsi və Dünya Bankının məlumatlarından istifadə, AzKİL II İcranın tamamlanmasına dair hesabat; Asiya İnkişaf Bankı. 2019. Azərbaycan: Ölkənin rəqəmsal inkişafına baxış. www.adb.org/sites/default/files/institutional-document/484586/aze-digital-development-overview.pdf; və BM. 2017 Azərbaycan – 2030. Minilliyin İnkişaf Məqsədlərindən Davamlı İnkişaf Məqsədlərinə doğru 5 Geostat.ge; Dünya Bankının İnkişaf Göstəriciləri; ƏKTT. 2019. Avropa və Mərkəzi Asiya: Qida Təhlükəsizliyi və Qidalanmaya Regional Baxış. Yaxşılaşdırılmış Qida Təhlükəsizliyi, Qidalanma və Ətraf Mühit üçün Kənd Təsərrüfatının Struktural Dəyişiklikləri. Budapeşt. 6 Rayon Azərbaycanın inzibati bölgüsüdür. Ölkənin 56 rayonu, 10 şəhəri və özlüyündə 7 rayon və 1 şəhərə bölündüyü Naxçıvan Muxtar Respublikası var 7 BMTƏF. 2018. Əhali vəziyyətinin təhlili. Azərbaycanda demoqrafik keçidin xaricində 2009-cu ilin siyahıyaalınmasına əsasən www.azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/PSA%20book_eng_final.pdf 2 | KƏND YERLƏRİNİN İNKİŞAFI KONTEKSTİ 9 ŞƏKİL 1: Rayonlar üzrə əhali, 2019 Mənbə: Azərbaycanın Dövlət Statistika Komitəsi 7. Bu nisbətən sabit əhali artımına baxmayaraq, Azərbaycanda iqtisadi artımdan gələn faydalar ərazi daxilində qeyri-bərabər şəkildə paylanıb. Sənaye və xidmətlər Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında və mərkəzi Azərbaycanda bir neçə rayonda cəmləşibr (Şəkil 2). ÜDM-də regional bərabərsizlik yüksəkdir. Azərbaycanda bərabərsizlik səviyyəsi Avropa və Mərkəzi Asiyanın hər hansı digər ölkələrindəki bərabərsizlik səviyyəsindən iki dəfə çoxdur, bu da, ölkənin iqtisadi bölgələrində istehsaldakı bərabərsizliyin davamlı olaraq yüksək olduğunu göstərir.8 Bakıdan və Abşeron və Sumqayıt rayonlarından kənarda əhalinin gəlirləri (Şəkil 3) iqtisadi fəaliyyət səviyyəsinə və ya əhalinin sıxlığına mütənasib deyil. Bu arada, inkişafın Azərbaycanda bərabərsizliyə təsiri cüzi olub. Bu, daha çox aşağı urbanizasiya və şəhər və kənd əhalisi arasında davamlı insan kapital boşluqları ilə birlikdə iqtisadi şaxələnmənin və iqtisadiyyatda struktur dəyişikliklərinin olmaması ilə əlaqələndirilə bilər. Bu, Azərbaycanın inkişafının inklüzivliyini, davamlılığını və insanların rifahına təsirini məhdudlaşdırıb. 8 Dünya Bankı. 2019. South Caucasus in Motion 10 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR ŞƏKİL 2: 2019-cu ildə iqtisadiyyatın əsas sektorlarında adambaşına düşən mal və xidmətlərin həcm göstəriciləri (AZN) Mənbə: Azərbaycanın Dövlət Statistika Komitəsi ŞƏKİL 3: 2019-cu il üzrə əhalinin gəliri (milyon AZN) Mənbə: Azərbaycanın Dövlət Statistika Komitəsi 2 | KƏND YERLƏRİNİN İNKİŞAFI KONTEKSTİ 11 8. Regional bərabərsizlik yoxsulluq və xidmətlərin əlçatanlığı üzrə bərabərsizlikdə də özünü göstərir. Yoxsul insanların 60 faizdən çoxu kənd yerlərində yaşayır və əhalinin təxminən 57 faizi gözlənilməyən iqtisadi, sağlamlıq ilə əlaqəli və ya digər zərbələrə məruz qaldıqda yoxsulluğa düşə bilər. Hökümətin 2000-ci illər ərzində regional inkişaf proqramlarına sərmaye yatırmasına baxmayaraq, əsas xidmətlərdən istifadə baxımdan kənd və şəhər yerləri arasında ciddi fərqlər hələ də qalmaqdadır. Bakıda və digər şəhər yerlərində içməli su və isitmə sistemindən istifadə demək olar ki, ümumidir, kənd yerlərində isə ailələrin yalnız 76 faizinin suya, 82 faizinin isə qaza çıxışı var. İstifadə göstəriciləri Abşeron və Bakıda daha yüksək, Aran, Dağlıq-Şirvan, Gəncə və Qubada yoxsul əhali arasında daha aşağıdır. Ünvanlı sosial yardım proqramı əhalinin 10 faizindən az hissəsinə çatır. Təqaüdçülərin payı şəhər yerlərində daha yüksəkdir, bu da əhalinin əksəriyyətinin kənd təsərrüfatında çalışdığı və əsasən özünüməşğul olduğu kənd yerlərində qeyri-rəsmiliyin daha yüksək səviyyəsini əks etdirə bilər. Bu arada, kənd yerlərində məşğulluq imkanları məhduddur. 9. Kənd yerlərində yaşayan ailələr sosial və iqtisadi hərəkətlilikdə ciddi maneələrlə qarşılaşır. Bunlar bilik və təhsildəki boşluqlar, rəqəmsal uyğunsuzluq və zəif bazar əlaqələri və maliyyələşdirmə vasitələrinə məhdud çıxış imkanı kimi kənd təsərrüfatı məhsuldarlığındakı məhdudiyyətlər ilə şərtləndirilir. Azərbaycan kənd yerlərində təlimin zəif nəticələri, müəllimlərin hazırlıq səviyyəsinin aşağı olması və təhsil müəssisələrinin verdiyi biliklərlə özəl sektorun rəqabət qabiliyyətliliyini artırmaq üçün tələb olunan biliklər arasındakı boşluqlarla mübarizə aparır.9 Şərqi Avropa və MDB dövlətləri arasında ölkə orta və ali peşəkar təhsildə ən aşağı göstəricilərdən birini əks etdirir (2012-ci ildə 55,6% ortalama Avropa və Mərkəzi Asiya göstəricisi ilə müqayisədə 20,4%)10, kənd sakinləri isə şəhər həmyaşıdları ilə müqayisədə orta hesabla daha aşağı təhsil səviyyəsinə malikdirlər. Bu arada, Azərbaycanda şəhər və kənd yerləri arasında rəqəmsal uyğunsuzluq mövcuddur. Kənd və şəhər yerlərində yaşayan ailələr arasında sabit internetin nüfuzetmə səviyyəsində 20 faiz fərq mövcuddur. Bu rəqəmsal uyğunsuzluq əsasən sabit infrastruktur çatışmazlığı və kənd yerlərində rəqəmsal savadlılıq göstəricisinin aşağı səviyyədə olması ilə şərtləndirilir.11 Eyni zamanda, əhalinin 40 faizindən çox hissəsinin çalışdığı, lakin ÜDM-nin yalnız 5.7 faizini təşkil etdiyi kənd təsərrüfatı sektoru məhsuldarlıq məhdudiyyətləri ilə üzləşir. Bunlara kənd təsərrüfatı məhsullarının emalı üzrə inkişaf etməmiş sənaye sahələri, məsləhət xidmətlərinin çatışmazlığı, maliyyələşdirmə vasitələrinə məhdud çıxış imkanı, müasir kənd təsərrüfatı texnologiyaları ilə bağlı bilik və bacarıqların olmaması və zəif bazar əlaqələri daxildir12. 10. Kənd yerlərində iqtisadi imkanlardakı bu boşluqlar kənd əhalisinin şəhərlərə daimi miqrasiyasına gətirib çıxarmışdır, baxmayaraq ki, bu, kənd əhalisinin artması ilə qismən kompensasiya olunur. BƏT- nin qiymətləndirmələrinə əsasən, 2019-cu ildə gənclər arasında işsizlik səviyyəsi 14 faiz təşkil edib.13 Stabil məşğulluğun olmaması insanları, xüsusən gəncləri kənd yerlərindən şəhərlərə köç etməyə məcbur edib. Azərbaycanda 1950-ci illərdən bəri kənd yerlərindən nisbətən daimi xalis emiqrasiya və şəhər ərazilərinə müsbət miqrasiya axını müşahidə edilib. Lakin 1990-cı illərdə isə əksinə, daha çox şəhər emiqrasiyası və kənd yerlərinə müsbət miqrasiya qeydə alınıb. Bu günə qədər 50 rayonda mənfi xalis miqrasiya hələ də qeydə alınmaqdadır. Bu, əsasən iş axtarışları və ya təhsil almaq imkanları üçün şəhər mərkəzlərinə miqrasiya edən kənd sakinlərindən ibarətdir (BMTƏF 2018). Kənd yerlərindən şəhərlərə miqrasiya axını böyük olsa belə, kənd yerlərində əhalinin təbii artımı ilə kompensasiya olunur, bu isə şəhər ərazilərinin əhalisindən 20% daha yüksəkdir. 9 Dünya Bankı, 2019. South Caucasus in Motion 10 Dünya Bankı. 2015. Azərbaycan Sistematik Ölkə Diaqnostikası 11 Azərbaycan: Ölkədə Rəqəmsal İnkişafın İcmalı, AİB, 2019 12 Şərq Tərəfdaşlığı ölkələrində Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişaf Sektorlarının Qiymətləndirilməsi, Azərbaycan Respublikası, ƏKTT, 2012 www.data.worldbank.org/indicator/SL.UEM.1524.ZS?locations=AM-AZ 13 Dünya Bankı. May 2020. Ermənistan, Azərbaycan və Gürcüstanda yoxsulluq proqnozları və COVID-19 epidemiyasının gəlirlərin bölünməsinə təsirləri 12 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Azərbaycanın rəqəmsal bağlantısı iqtisadi imkanları, xidmətlərə çıxışı və idarəetməni yaxşılaşdırmağa imkan yaradır - lakin bundan faydalanmaq üçün Azərbaycan kənd və şəhər əhalisi arasındakı rəqəmsal uyğunsuzluğu aradan qaldırmalıdır. 11. Eyni zamanda, COVID-19 pandemiyası yoxsul ailələrin həssaslığını daha artırıb və bərabərsizliyin artması riskini kəskinləşdirib. Pandemiya səbəbindən yoxsulluğun 2020-ci ildə 1.8-5.6 faiz artacağı proqnozlaşdırılıb. Ailələrin orta hesabla gəlirlərinin 11 faizinə bərabər olan mənfi gəlir şoku yaşaması gözlənilir. Əhalinin yoxsul təbəqəsi arasında gəlir itkisinin payı, ehtimal ki, yoxsul olmayan təbəqəsinin gəlir itkisi payından (gəlirlərinin təxminən 21 faizi) ikiqat daha yüksək olacaqdır. Bu da işsizliyin artması, əmək haqlarının və pul köçürmələrinin azalması, eləcə də əvvəlcədən mövcud olan bərabərsizlik və həssaslıq ilə şərtləndirilir. COVID-19 pandemiyasının 2020-ci ildə əhalinin təqribən 2.8 faizinin yenidən yoxsulluğa düşməsinə səbəb olması gözlənilir, bu da yoxsul olmaq üçün “bir şok addımlığında” olan bir çox ailələrin həssaslığını əks etdirir.14 12. Azərbaycan texnologiya və innovasiya vasitəsilə iqtisadi imkanlardakı və xidmətlərə çıxışdakı bu boşluqları aradan qaldırmaq və bununla da gənc əhalinin demoqrafik dividendindən istifadə etmək imkanına malikdir. Azərbaycan əhalisi nisbətən gəncdir və 2009-cu ildə ortalama yaş 30 təşkil edir.15 Kənd yerlərində iqtisadi imkanları məhdudlaşdıran mövcud maneələr ölkəyə bundan yararlanmaq üçün qaçırılmış fürsəti göstərir. Kənd iqtisadiyyatını canlandırmaq, xidmətlərə çıxış imkanlarını genişləndirmək və idarəetməni yaxşılaşdırmaq üçün texnologiya və yeniliklərdən istifadə etmək, ölkəyə gənc və artan əhalisinin potensialını daha yaxşı gercəkləşdirməsinə imkan verəcəkdir. 13. Mobil əhatə dairəsi genişdir. Kənd əhalisinin rəqəmsal bağlantı üçün güclü zəmin yarada bilən mobil telefonlara maneəsiz çıxışı var. Sabit genişzolaqlı bağlantı kənd yerlərində şəhər yerlərindən 20 faiz aşağı olsa belə, Azərbaycanda kənd yerləri mobil rabitə ilə nisbətən yaxşı əhatə olunur - əhalinin 95 faizindən çoxu 3G və ya 4G mobil rabitə xidmətləri ilə əhatə olunur. Bir çox orta gəlirli ölkələrdə olduğu kimi, mobil rabitə Azərbaycanda telekomunikasiyanın əsas dayağına çevrilib və ölkə daxilində əhali bu texnologiya ilə yaxından tanışdır. 2017-ci ilin sonunda 10,1 milyon abunəçisi olan Azərbaycanda mobil telefon abunəçiləri insanlardan daha çoxdur. Lakin, abunəçilərin yalnız 65%-i (fərdlərin birdən çox SIM kartı ola bilər) unikaldır və yalnız 42%-i mobil internet xidmətlərinə abunədir.16 14 Azərbaycan üçün yoxsulluq təsirlərinin proqnozları 2020-ci ilin dekabr ayında yenilənib 15 Məlumatların əlçatan olduğu son əhali siyahıyaalınması 2009-cu ildə aparılıb. Bu yaxınlarda 2019-cu ildə yeni siyahıyaalma aparılıb və məlumatlar 2021-ci ildə ictimaiyyətə açıqlanacaqdır 16 GSMA məlumatı, 2020. Əldə edilib: data.gsmaintelligence.com 2 | KƏND YERLƏRİNİN İNKİŞAFI KONTEKSTİ 13 14. Mobil telefonlara çıxışın rəqəmsal texnologiyaların tətbiqinə icazə verməsini təmin etmək üçün Azərbaycan yüksək sürətli mobil genişzolaqlı rabitəyə çıxışını genişləndirməlidir. Mobil telefonlara çıxış öz-özlüyündə cihaza, eləcə də Yeni Nəsil Şəbəkələr17 infrastrukturu üzərində qurulmuş etibarlı şəbəkəyə çıxışdan asılı olan mobil genişzolaqlı xidmətlərə çıxış və onlardan istifadə etmə imkanını göstərmir. 2017-ci ildə həyata keçirilən ailələr arasında büdcə sorğusuna əsasən, ailələrin 99,1 faizi mobil telefona sahibdir və kənd evlərində (99,6%) nüfuzetmə səviyyəsi şəhər evləri (98,8%) ilə müqayisədə bir qədər yüksəkdir. Ailələrin təxminən 64 faizinin kompüterə çıxışı var və əhalinin 40 faizi mobil genişzolaqlı xidmətlərdən istifadə edir.18 2019-cu ildə Azərbaycan, Beynəlxalq Kommunikasiya İttifaqının (BKİ) mobil rabitə üzrə “qiymət səbəti”ndə 184 yer arasından 70-ci yeri tutub.19 Səsli zənglər və mətn mesajlarının aylıq səbətinin qiyməti 8.80ABŞ dolları və ya adambaşına düşən gəlirin 2 faizini təşkil edir, az istifadə səviyyəsi ilə səs və məlumat xidmətlərinə abunəlik adambaşına düşən gəlirin 1.5 faizindən daha azdır. Qiymət əlçatanlılığı dedikdə, kənd yerlərindəki təsərrüfatlara mobil şəbəkə ilə əhatə olunmatnın üstünlüklərindən yararlanmağa imkan verən smartfon cihazlarını əldə etmək imkanları da nəzərə alınmalıdır. 15. Eyni zamanda ölkədə genişzolaqlı internetin daha sürətli, ucuz və əlçatan olması təmin olunmalıdır. Ümumi mobil genişzolaqlı şəbəkənin əhatə dairəsi və tətbiqi yüksək olsa da, şəhər ilə kənd arasında internetin keyfiyyəti/sürəti, ondan istifadə və əlçatanlığı baxımından ciddi rəqəmsal uyğunsuzluq mövcuddur. Başlanğıc səviyyəsində plan qiymətləri ölkənin ümumi milli gəlirinə (ÜMG) nisbətən aşağı olur, lakin bu daha yüksək kateqoriyalı planlar üçün əhəmiyyətli dərəcədə artmağa meyillidir.20 Bundan başqa, mobil və sabit genişzolaqlı xidmət təminatçıları ən çox şəhər yerlərində yeni qoşulma texnologiyalarına sərmayelər yatırır. Əksar hallarda sabit genişzolaqlı şəbəkəyə çıxış fiber-optik kabellərlə deyil, ənənəvi texnologiyalarla həyata keçirilir (TeleGeography məlumatlarına əsasən bütün sabit genişzolaqlı qoşulmaların təxminən 20%-i fiber-optik kabel əsaslıdır). Bu xüsusən infrastrukturun keyfiyyətinin adətən şəhər mərkəzlərindən geridə qalan kənd yerlərində aşağı sürətə səbəb olur, bu da bəzi mobil tətbiqetmələrindən effektiv istifadə imkanlarını məhdudlaşdırır. İstifadəçilər tərəfindən platformalarında aparılan könüllü sürət testləri nəticəsində əldə olunan orta sürət göstəricilərinin əks olunduğu Ookla-nın 2020-ci ilin sentyabr ayı üzrə Qlobal İndeksinə əsasən (speedtest.net), Azərbaycan 23.5 Mbps orta sabit genişzolaqlı şəbəkə sürəti ilə 175 ölkə arasından 111-ci yeri tutur. İnternetə çıxışın, kompüter və mobil cihazların əlçatanlığı kənd yerlərində internetdən effektiv istifadə baxımından problemlər yarada bilər. Aşağı sürət, cihazların əlçatanlığı və ümumi əhali, xidmət təminatçıları və MKOM (mikro, kiçik, orta müəssisələr) sahibləri arasında məhdud rəqəmsal savadlılıq və bacarıq kimi faktorlar birlikdə internetdən istifadənin optimal olmamasının əsas səbəbləri ola bilər. Tədqiqatlar göstərir ki, əksər istehlakçılar internetdən video, elektron poçt və sosial media üçün istifadə edir. 16. Genişzolaqlı şəbəkənin aşağı tətbiqi kənd yerlərində genişzolaqlı qoşulmadan daha az istifadə və elektron ticarətin məhdud inkişafı ilə də əlaqələndirilir. AzStat tərəfindən təqdim edilən İKT istifadəsi üzrə ailələr arasında keçirilən sorğulardan əldə olunan məlumatlara əsasən 2018-ci ildə yalnız 15% insan internetdən rəsmi qurumlar ilə əlaqə yaratmaq və ictimai xidmətlərdən yararlanmaq və 7 faiz isə təhsil və ya öyrənmə fəaliyyətləri üçün istifadə edib. E-ticarət və e-ödəmə sistemlərinin texnologiyası və istifadəçi məlumatları məhduddur və bu cür sistemlərə inam azdır. Azərbaycanda 20 nəfərdən yalnız biri (5%) 2017-ci ildə onlayn 17 “Yeni nəsil şəbəkələri” fiber optik texnologiyaya əsaslanan şəbəkələrdir. Mobil rabitə olduqda, bu, ən yaxşı halda hər bir qüllə, lakin ən azından hər bir icma/əhali klasterində mobil qüllələrin simsiz qoşula biləcəyi mərkəzi nöqtə ilə fiber-optik birləşməni tələb edəcəkdir. 18 Son rüb üçün GSMA məlumatlarına görə, aktiv mobil cihazlardan 74,7 faizinin internetə çıxışı var, 66,3 faizi smartfonlardır və 24,3 faizi internet bağlantısı olmayan əsas funksiyaları olan telefonlardır (www.itu.int/itu-d/apis/ clients/res/pdf/country_profile/report_AZE.pdf) 19 Mənbə: www.itu.int/net4/ITU-D/ipb/#ipbrank-tab 20 Azərbaycan üçün ilkin səviyyəli planlar adam başına düşən ÜDM-in 2%-dən azını təşkil edir, bu isə xidmətlərin əlçatanlılığı baxımından BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının hədəflərinə uyğundur (Dünya Bankı, 2019) 14 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR alış-veriş edib, halbuki dünya ortalaması ilə müqayisədə demək olar ki, dörd nəfərdən biri onlayn alış-veriş edir (24%). Azərbaycan kredit və debet kartları, yerli onlayn mağazaların çatışmazlığı, inkişaf etməmiş logistika, alıcı və satıcıların bir-birinə etibarının olmaması və ümumilikdə, insanlar arasında rəqəmsal savadlılığın zəif olması da daxil olmaqla elektron ödənişlərin zəif nüfuzetmə səviyyəsinə görə B2C Elektron Kommersiya İndeksində 144 ölkə arasından 68-ci yerdədir. Azərbaycanda rəqəmsal ödənişlərdən və maliyyə xidmətlərindən istifadə də aşağı səviyyədədir. Əhalinin üçdə birindən də azının bank hesabı var və yalnız dörddə birinin debet kartı mövcuddur ki, onların çoxu sosial sığorta və maaş kartlarıdır. Mobil və internet əsaslı rəqəmsal ödəmə vasitələri əməliyyat məbləğində limitlər və digər məhdudiyyətlər səbəbindən nadir hallarda istifadə olunur. Digər maneə beynəlxalq kredit kartı ödənişi şəbəkələri ilə bağlı tranzaksiya haqlarının yüksək olmasıdır. 17. Hökumət dövlət elektron xidmətlərini yaradıb, lakin rabitə və məlumat məhdudiyyətləri kənd yerlərində bunlardan tam istifadə oluna bilinməyəcəyini göstərir. Elektron hökumət portalı21 onlayn şəkildə tamamlana bilən 443 xidmət təklif edir. Bütün nazirliklər və əksər dövlət qurumları, habelə yerli icra hakimiyyəti orqanları bu Portal vasitəsilə xidmətlər təklif edir. 2012-ci ildə hökumət Prezident Aparatına hesabat verən Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsini (ASAN xidmət)22 yaratmışdır. ASAN xidmət mərkəzləri vətəndaşlara xidmətlərin əlçatan və koordinasiyalı şəkildə çatdırılmasında bütün dövlət qurumlarını dəstəkləməyi hədəfləyir. Hal-hazırda 20 ASAN mərkəz (ictimai xidmət salonu) yaradılmışdır ki, onlardan da beşi Bakıda, digər 15 regional mərkəzin hər birində isə biri fəaliyyət göstərir. Elektron xidmətlər onlayn və müəyyən portallar vasitəsilə də əlçatandır. 18. Rəqəmsal bağlantının mövcud vəziyyəti yeni bacarıqların əldə edilməsi, təhsil və məsləhət xidmətləri üçün texnologiyanın daha intensiv istifadə olunma potensialını ortaya qoyur. Ümumi təhsil müəssisələrinin əksəriyyəti şagirdlərin təqribən 85 faizini və müəllimlərin 75 faizini əhatə edən Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) vasitəsilə İnternetə qoşulur. Qoşulmamış məktəblər ucqar kənd yerlərində yerləşir və burada təhsilə qoşulmaq üçün artan ehtiyacları dəstəkləmək məqsədilə internetə çıxışı təmin etmək üçün mobil genişzolaqlı texnologiyalar istifadə olunmalı və əsas magistral infrastruktur gücləndirilməlidir. Dərsliklərin, interaktiv testlərin və video dərslərin 96%-i daxil olmaqla, bəzi tədris materialları onlayn da mövcuddur. Ali təhsil seqmentində internetə qoşulma yüksəkdir, ölkənin 48 universitetindən əksəri internetə fiber-optik sistemlə qoşulub. 19. Azərbaycan bundan səmərəli istifadə etmək üçün imkanlarını artırmağa və şəhər və kənd yerləri arasındakı rəqəmsal uyğunsuzluğu aradan qaldırmağa ehtiyac duyur. Ölkə kənd yerlərinin inkişafında rəqəmsal yeniliklərin tətbiqi ilə bağlı bir neçə ciddi problemlə üzləşir. Formal və qeyri-formal təhsil yolu ilə əldə olunan rəqəmsal savadlılıq və əmək bazarı bacarıqları texnologiyadan və yerli yeniliklərdən ən effektiv şəkildə istifadə etmək üçün hələ kifayət deyildir. Kənd və şəhər yerləri arasında su və qaz, yüksək sürətli internet kimi infrastruktur və əsas xidmətlərdən istifadə, kiçik və orta ölçülü müəssisələr üçün maliyyə mənbələrinə münasib çıxış və özəl sektor sərmayelərinin səviyyələri baxımından bərabərsizlik hələ də qalır. Yerli özünüidarəetmə strukturu mərkəzləşdirilmiş qərar qəbul etmə və büdcələrdən kifayət qədər asılı olaraq, inkişaf sahəsində təşəbbüsləri yerli səviyyədə həyata keçirməyə imkan vermir. Yuxarıda göstərilənlərin bir hissəsi nəticəsində istehsalçılar və sahibkarlar arasında əməkdaşlıq və birliklər nisbətən zəifdir. Kənd əhalisinin əksəriyyəti özünüməşğuldur və təbii təsərrüfat və ya az qazanclı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. 21 www.e-gov.az 22 www.asan.gov.az 2 | KƏND YERLƏRİNİN İNKİŞAFI KONTEKSTİ 15 YERLİ İDARƏETMƏ VƏ ƏMƏKDAŞLIQ 16 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 20. Azərbaycan ərazisi 56 inzibati rayona, respublika tabeli 10 şəhərə və bir muxtar respublikaya bölünür. Naxçıvan Muxtar Respublikasının özü yeddi rayondan ibarətdir və ölkənin qalan hissəsi ilə quru əlaqəsi yoxdur. 21. Azərbaycanda yerli özünüidarəetmə yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (icra komitələri kimi də istinad edilir). İcra hakimiyyətinin rəhbərləri Azərbaycan Prezidenti tərəfindən təyin olunur və ona tabedirlər. Sosial-iqtisadi funksiyaların əksəriyyəti icra hakimiyyətinin səlahiyyətinə aiddir. Onlar bölgələrə dövlət büdcəsindən ayırmaları da idarə edirlər. Yerli özünüidarəetmənin başqa səviyyəsi üzvləri xalq tərəfindən seçilən bələdiyyələr tərəfindən təmin edilir. Bələdiyyələrin gəlirləri və səlahiyyətləri məhduddur, bu səbəbdən yerli inkişaf proqramlarının təşkil və ya tətbiq edilməsində məhdud rol oynayır. 22. Mövcud yerli özünüidarəetmə strukturlarına paralel olaraq müxtəlif inkişaf layihələri çərçivəsində icma təşkilatları və kooperativlər yaradılıb. Məsələn, AB Şərq Tərəfdaşlığı, ‘vətəndaşların iştirakının genişləndirilməsi və seçilən orqanların hesabatlılığının artırılması məqsədi ilə potensialın’ gücləndirilməsi üçün bir sıra yerli icmalarda məsləhət şuralarının yaradılmasını dəstəkləyib. Dünya Bankı tərəfindən maliyyələşdirilən Azərbaycanın Kənd İnvestisiyaları Proqramı 56 rayonu və ölkənin bələdiyyələrinin 90 faizini əhatə edən 1400- dən çox kənddə yerli icma qrupları yaradıb. Bu icma qrupları yerli inkişaf layihələrini müəyyənləşdirmək, prioritetləşdirmək və həyata keçirmək üçün yerli icra komitələri və bələdiyyələrlə ortaq şəkildə işləyib. Dünya Bankının “Kənd təsərrüfatında rəqabətliliyin gücləndirilməsi” layihəsi dəyər zəncirinin inkişafı üçün aqro-biznes müəssisələri ilə əməkdaşlıq edərək fermer tərəfdaşlığının qurulmasını təşviq edir. Dünya Bankının məcburi köçkünlərin yaşayış şəraitinin və dolanışıq üçün qazanc imkanlarının yaxşılaşdırılması layihəsi məcburi köçkün icmalarında kiçik infrastruktur, xidmətlər və dolanışıq mənbələri layihələrini prioritetləşdirmək, maliyyə vasitələrini cəlb etmək və həyata keçirmək məqsədi ilə yerli icma təşkilatlarının yaradılmasını da əhatə edib. 23. BMİ və QHT-lər tərəfindən həyata keçirilən inkişaf layihələri çərçivəsində yaradılmış icma təşkilatları istisna olmaqla, Azərbaycanda çox məhdud sayda kənd kooperativləri və birlikləri fəaliyyət göstərir. Müstəqillikdən, torpağın özəlləşdirilməsindən və dövlət kooperativ təsərrüfatlarının dağılmasından sonra Azərbaycanda fermerlərin birgə fəaliyyəti məhdud olub. 2016-cı ildə Hökumət kənd təsərrüfatında gələcək birgə fəaliyyəti tənzimləmək üçün Kənd Təsərrüfatı Kooperasiyası haqqında Qanun qəbul edib. 2016-2020-ci illər üçün sektorun Strateji Yol Xəritəsi bu sektorda birgə fəaliyyəti təşviq etmək məqsədini əhatə edir. Yol Xəritəsinə uyğun olaraq Kənd Təsərrüfatı Kooperativlərinə dair Dövlət Proqramı daha da təkmilləşdirilib. Hazırda son 2 ildə Azərbaycanda səkkiz kooperativ qeydiyyata alınıb, dördü formalaşma mərhələsindədir və daha doqquzunun yaradılması 2021-ci ildə gözlənilir. Hökumət iqtisadi şaxələndirmə strategiyası çərçivəsində kənd yerlərinin iqtisadiyyatını canlandırmaq üçün texnologiya və yenilikləri tətbiq etməyə cəhd göstərir. 3 | YERLİ İDARƏETMƏ VƏ ƏMƏKDAŞLIQ 17 24. Hökumət iqtisadiyyatın şaxələndirilməsinə dair ümumi strategiyasının bir hissəsi olaraq kənd yerlərinin iqtisadiyyatını canlandırmağa çalışır. 2016-2020-ci illər üzrə Azərbaycanın Milli İqtisadiyyat və İqtisadiyyatın Əsas Sektorları üzrə Strateji Yol Xəritəsi neftdən asılı olan iqtisadiyyatın şaxələndirilməsini tələb edir və bilik və innovasiya əsaslı iqtisadiyyata keçməyə cəhd göstərir. Bu yol xəritəsi iki sahəyə yönəlir: dövlət sektorunun idarə olunması və xidmətlərin göstərilməsi və kənd təsərrüfatının və kənd yerlərinin inkişafının artan rəqabət qabiliyyətinə dəstək təmin edən iqtisadi rəqabət qabiliyyəti. Bundan əlavə, Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkə daxilində iqtisadi inkişafın sürətləndirilməsi, məşğulluğun artırılması, sosial xidmətlər və infrastrukturun təkmilləşdirilməsi və kənd yerlərində ümumi həyat keyfiyyətinin yaxşılaşdırılması üzrə fəaliyyətlərə yönəlib. Kənd yerlərində dolanışıq mənbələrinin şaxələndirilməsinin bir hissəsi olaraq, proqram digərləri arasında kənd yerlərində yaşıl turizm, etno-turizm və eko-turizm daxil olmaqla müxtəlif turizm növlərini təmin etməyi nəzərdə tutur. Proqram çərçivəsində ölkənin ən azı iki rayonunda “ağıllı kənd” pilotlarının inkişafı da nəzərdə tutulur.23 25. İqtisadiyyatın şaxələndirilməsi və daha ədalətli artımın təmin edilməsi istiqamətində hökumətin qarşısında duran strateji prioritetlər sırasına rəqəmsal inkişaf və innovasiyalar da daxildir. Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər aşağıdakı beş prioritetə fokuslanır: (i) dayanıqlı, artan, rəqabət qabiliyyətli iqtisadiyyat; (ii) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; (iii) rəqabətli insan kapitalı və müasir innovasiyalar; (iv) işğaldan azad olunmuş ərazilərə qayıdış; (v) təmiz ətraf mühit və “yaşıl artım”. 24 2016- 2020-ci illər üzrə Azərbaycanda İnformasiya Cəmiyyətinin İnkişafına dair Milli Strategiya və bu məqsədə çatmaq üçün 52 tədbirdən ibarət əlaqəli fəaliyyət planı ölkəni Qafqaz üzrə İKT mərkəzinə çevirməyi hədəfləyir.25 2016-cı il Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi müstəqil tənzimləyici orqan yaratmaq, telekomunikasiya bazarını liberallaşdırmaq, mobil infrastruktura sərmaye yatırımlarını artırmaq, rəqəmsal ödənişləri genişləndirməklə, rəqəmsal savadlılığın və İKT təhsilin səviyyəsini yüksəltməklə müəssisələr üçün məhsuldarlığı artırmaq və dövlət qurumlarının elektron xidmətlərini təkmilləşdirmək, eyni zamanda fasiləsiz inteqrasiya olunmuş elektron səhiyyə infrastrukturu yaratmaq məqsədini güdür.26 26. 2016-2020-ci illər üzrə Strateji Yol Xəritəsi kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bir sıra tədbirlərə yönəlib. Bunlara maliyyə vasitələrinə çıxış imkanının təmini, fermer tərəfdaşlıqlarının və kooperativlərin qurulmasına köməyin göstərilməsi, qida təhlükəsizliyi üzrə məlumat və monitorinq sistemlərinin gücləndirilməsi və kənd təsərrüfatı sahəsində elm, təhsil, təbliğat və məsləhət xidmətlərinin inkişafı daxildir. Kənd Təsərrüfatı Nazirliyi yerli məhsullar və istehsalçılar haqqında məlumatların toplanmasını dəstəkləmək üçün onlayn portalın yaradılmasına başlayıb. Bu portalın beynəlxalq standartlar və sertifikatların əldə edilməsindəki irəliləyişlərlə yanaşı “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə kömək edəcəyi nəzərdə tutulur. Əlavə olaraq, hökumət fermerləri kənd təsərrüfatı haqqında müvafiq məlumatlarla təmin etmək üçün internet, sosial media və mobil telefonların istifadəsini artırmağı hədəfləyir. Azərbaycan Hökuməti böyük və açıq məlumatlardan istifadə, kənd yerləri üçün onlayn dövlət xidmətlərinin təşkili, aqrotexnika sahəsində startapların yaradılması və fermerlər üçün rəqəmsal savadlılığın və kənd yerlərində elektron ticarətin təşviqi daxil olmaqla elektron kənd təsərrüfatını inkişaf etdirməkdə maraqlıdır. Elektron kənd təsərrüfatı sahəsində bu təşəbbüs üç komponentdən ibarətdir: (i) dəqiq rəqəmsal kənd təsərrüfatı üçün dolanışıq mənbələri haqda məlumatları (məsələn, hava, torpaq keyfiyyəti, zərərvericilərə qarşı mübarizə, təlim, ictimai xidmətlər və sağlamlıq) təmin edən internet üzərindən əlçatan olan elektron kənd təsərrüfatının onlayn platforması; (ii) e-kommersiya, ticarət və tədarük zəncirinin idarə edilməsi üçün kənd təsərrüfatı biznesi üçün onlayn platforma; və (iii) fermerlər və kənd təsərrüfatı KOS-larının təlimi üçün elektron təhsil platforması. 23 Bərdə və İsmayıllı rayonları potensial pilot olaraq Proqramın Fəaliyyət Planında qeyd olunur 24 Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər, www.president.az/articles/50474 25 Asiya İnkişaf Bankı. 2019. Azərbaycan: Ölkənin Rəqəmsal İnkişafının İcmalı. 26 Azərbaycan hökuməti. 2016. Azərbaycan Respublikasında Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi. 18 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 27. Son on ildə Azərbaycan hökuməti vətəndaşlar və müəssisələrin xidmətlərə çıxış imkanını asanlaşdırmaq üçün innovasiyalar və texnologiyalardan istifadəni dəstəkləmək məqsədilə bir sıra təşəbbüslərə başlayıb. Yuxarıda qeyd etdiyimiz 2012-ci ildən bəri ASAN-nın “bir pəncərə” sistemi vasitəsilə hökumət e-xidmətlərinin tətbiqi texnologiyanın sosial məqsədlər üçün istifadəsinin ən uğurlu nümunələrindən biridir. Müxtəlif universitetlər startaplara dəstək olmaq üçün İnnovativ Biznes İnkubator Mərkəzləri yaradıblar. Bəzi telekom operatorlarının da sahibkarlar tərəfindən mobil tətbiqlərin hazırlanması məqsədi daşıyan startapları mövcuddur. Sosial İnnovasiya Laboratoriyası27 QHT-si innovativ startaplar üçün təlim və bəzi rəqabətli maliyyələşdirmələr təklif edir. Bunların hamısı daha çox kommersiya yönümlüdür və əsasən şəhər yerlərində fəaliyyət göstərir. Bütün ölkə üzrə fermerlərin və aqrobiznesin subsidiyalara, kreditlərə və informasiyaya çıxışını asanlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi 500 mindən çox qeydiyyatdan keçmiş fermeri əhatə edən vahid platforma yaradıb. 28. Seçilmiş layihələrin kənd yerlərində gəlir gətirən qrupların müvəffəqiyyətlə formalaşa və dolanışıq mənbələrini artırmaq üçün texnologiyadan istifadə edə biləcəklərini göstərməsinə baxmayaraq, icma təşəbbüsləri və yerli innovasiyalar daha az yayılıb. AZRIP layihəsi çərçivəsində 2018-ci ildən bəri 14 rayonda ümumilikdə 472 qadının fəaliyyət göstərdiyi 38 Qadın İnkişaf və Müəssisə qrupları yaradılıb. Qruplar layihə bağlandıqdan sonra da fəaliyyət göstərməyə və öz gəlirlərini qazanmağa, eləcə də kommersiya bankları və beynəlxalq təşkilatlardan maliyyə əldə etməyə davam edirlər. Qadın qrupları gündəlik fəaliyyətlərində bir- biri, yerli hakimiyyət orqanları, maliyyəçilər, təchizatçılar, müştərilər və s. ünsiyyət qurmaq üçün texnologiyadan fəal şəkildə istifadə edirlər. Ən çox istifadə olunan texnologiyaya WhatsApp qrupları, Facebook və Instagram, Azərbaycan Kənd Qadınları Assosiasiyası, Kənd Təsərrüfatı Nazirliyi, RabitəBank, BMT‑nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və s. veb seminarları və məlumat iclaslarına qoşulmaq üçün zoom proqramından istifadə daxildir. Qadın qrupları digər işlərdən savayı həm də heyvandarlıq, çörəkxanalar, kafelər, restoranlar və şadlıq saraylarında işləyir və sənətkarlıq fəaliyyəti və suvenir hazırlanması ilə məşğul olurlar. 27 www.sil.vc/about/ 3 | YERLİ İDARƏETMƏ VƏ ƏMƏKDAŞLIQ 19 AĞILLI KƏND YANAŞMASI 20 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Kənd yerlərinin inkişafında ‘ağıllı kənd’ yanaşması Azərbaycanın iqtisadi imkanlarını, infrastrukturunu, xidmətlərini və idarəetməsini yaxşılaşdırmasına imkan yarada bilər. 29. Kənd yerlərinin inkişafına ‘ağıllı kənd’ yanaşması Azərbaycanın kənd yerlərinin inkişafına təkan vermək üçün texnologiya və yeniliklərdən istifadə etməsinə imkan yarada bilər. Avropanın və Mərkəzi Asiyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda böyük, artan və nisbətən gənc kənd əhalisi yaşayır. Kənd yerlərində mobil rabitə yüksək səviyyədədir. Ölkənin Avropa İttifaqı, Rusiya və Yaxın Şərq bazarlarına yaxın strateji coğrafi mövqeyi, habelə ixracat və turizmin inkişafı üçün zəmin yarada biləcək kənd təsərrüfatı məhsulları, misilsiz sənətkarlıq və mədəni irsi var. 30. Kənd yerlərinin inkişafına tətbiq edilən ‘ağıllı kəndlər’ yanaşması nədir? Siyasətçilər bu termindən fərqli şəkildə istifadə etsələr də, “ağıllı kəndlər” ifadəsi, bir qayda olaraq, inkişafı təşviq etmək üçün yenilik, bilik və texnologiyadan istifadə edən kiçik şəhər və kənd şəbəkələrinə istinad etmək üçün istifadə olunur. İnnovasiya və texnologiyanın intensiv istifadəsinə əlavə olaraq, ağıllı kəndlər yerli səviyyədə “dərin” kök salıb və xidmət təminatını yaxşılaşdırmaq üçün yerli sahibkarlıqdan istifadə edir. Avropada əsasən Avropa Birliyi (AB) tərəfindən qəbul edilmiş tərif istifadə edilir. Bu tərifə əsasən, ağıllı kəndlər “mövcud güclü tərəflərinə və ehtiyatlarına, habelə rəqəmsal və telekommunikasiya texnologiyaları, innovasiyalar və biliklərdən daha yaxşı istifadə hesabına təkmilləşdirilən ənənəvi və yeni şəbəkələrin və xidmətləri özündə ehtiva edən yeni imkanların inkişafına əsaslanan kənd yerləri və icmaları” kimi müəyyən edilir”.28 Buna uyğun olaraq sadələşdirilmiş tərifdən istifadə edərək ağıllı kəndləri aşağıdakı kimi müəyyənləşdiririk: Ağıllı kəndlər kəndin iqtisadi imkanlarını, infrastrukturunu, xidmətlərini və idarəetməsini yaxşılaşdırmaq üçün rəqəmsal texnologiyalar, yeniliklər və biliklərdən istifadə edir. 31. Kənd yerlərinin inkişafına tətbiq edilən ‘ağıllı kənd’ yanaşmaları hansı üstünlüklərə malikdir? Texnologiyaya və yeniliyə əsaslanan kənd yerlərinin inkişafına tətbiq edilən yanaşmalar kənd ərazilərinə ucqarlıqdan və ya əhalinin sıxlığının az olmasından irəli gələn inkişaf yolundakı ərazi maneələrini aşmağa imkan verir. Şəhər yerləri ilə müqayisədə kənd yerlərinin infrastruktur, xidmət və bazarlara çıxış imkanları bir qayda olaraq, daha aşağı olur və əhalinin yüksək sıxlığı ilə şərtlənən aqlomerasiyanın üstünlüklərindən və iqtisadi fəaliyyətin cəmləşməsindən məhrumdurlar. Texnoloqiya və innovasiyalar üç yolla kənd yerlərinə bunun öhdəsindən gəlməyə kömək edə bilər. Birincisi, kənd əhalisinin rəqəmsal xidmətlərə (məsafədən tibbi yardım, virtual məktəblər, fermerlər üçün virtual logistika platformaları, mobil tətbiqetmələri və e-idarəetmə platformaları) çıxış əldə etmələrini təmin edə və xidmət təminatının adambaşına düşən xərcini azalda bilər. İkincisi, iş yerləri və dolanışıq imkanları yarada (bax: Çərçivə 1) və yerli müəssisələrin əmək məhsuldarlığını və əməliyyat səmərəliliyini artıra bilər. Çinin Taobao kəndlərində “Alibaba” şirkəti tərəfindən irəli sürülmüş və kənd istehsalçılarının şəhərdəki istehlakçılara birbaşa satış həyata keçirməsinə şərait yaradan e-kommersiya platformaları kimi imkanlar kənd yerlərinin ticarətçilərini, əks halda çıxış əldə edə bilməyəcəkləri şəhər bazarları və qlobal bazarlarla əlaqələndirə bilər.29 Nəhayət, bu cür platformalar informasiya uyğunsuzluğunun qarşısını alan və demək olar ki, heç bir xərc tələb etməyən rəqəmsal ödəniş sistemləri, musiqi və xəbərlər kimi “informasiya məhsulları və xidmətləri” yaradan innovasiyaların tətbiqini sürətləndirə bilər. Rəqəmsal yeniliklər həm də sosial yeniliklərlə birləşdirilə bilər, yəni kraudsorsinq (insanların cəlb edilməsi), resursların birgə istifadəsi və icma əməkdaşlığına əsaslanan digər təşəbbüslər kimi yeni, daha səmərli və ya innovativ təcrübələr kənd yerlərindəki sosial problemlərin həllinə (məsələn, nəqliyyatdan ortaq istifadə tətbiqetmələri vasitəsilə kənd nəqliyyatının çatışmazlığını həll etmək) kömək edir. Aşağıda 1 saylı Cədvəldə “ağıllı kənd” yanaşmasının bir hissəsi kimi tətbiq oluna biləcək nümunə tədbirləri üç kateqoriyada sadalanır: iqtisadi imkanlar, infrastruktur və xidmətlər və idarəetmə. 28 AB kənd yerlərinə baxış No.26, Kənd yerlərində xidmətləri canlandıran Ağıllı kəndlər, Ağıllı kəndlər üçün AB fəaliyyəti, May 2018 29 www.blogs.worldbank.org/eastasiapacific/e-commerce-poverty-alleviation-rural-china-grassroots-development-public-private-partnerships 4 | AĞILLI KƏND YANAŞMASI 21 CƏDVƏL 1: İqtisadi imkanlar, infrastruktur, xidmətlər və idarəetmə üzrə ağıllı fəaliyyətlər İqtisadi imkanlar İnfrastruktur və xidmətlər İdarəetmə Birgə istifadə iqtisadiyyatı Optimallaşdırılmış təmiz Rəqəmsal İD-lər Şərikli hərəkətlilik (nəqliyyatdan enerji növü Rəqəmsal İD kartları, biometrik birgə istifadə tətbiqetmələri); Günəş işığından enerji identifikasiya və s. İcma əsaslı turizm istifadəsinin optimallaşdırılması (ailə ilə yerləşmə) və s. üçün smart sayğaclar və tətbiq proqramları, qızdırıcılar, su nasosları və saxlama soyuducuları. Rəqəmsal kənd təsərrüfatı Edu-Tech Vətəndaş texnologiyası Kompleks platformanın istehsal Virtual məktəblər və Vətəndaşların əks əlaqə amilləri satınalmaları, satış, laboratoriyalar, e-bacarıq proqramları, rəqəmsal logistika dəstəyi, aqronomluq platformaları, innovasiya və STEM vətəndaş sorğuları, virtual üzrə konsultasiyalar, kreditlər laboratoriyalar və s. məsləhətləşmələr, sosial və s. kimi kompleks xidmətləri; şəbəkələrdə süni intellekt və s. rəqəmsal konsultasiya xidmətləri; kənd təsərrüfatı avadanlığı üçün bərabər hüquqlu kredit platformaları; smart ferma kartları. Ağıllı maliyyə E- sağlamlıq Xidmət mərkəzləri Məsafədən tibbi xidmət, Dövlət xidmətləri, elektron köşklər, Ödəniş köçürməsi: mobil məsafədən təhsil, məsafədən elektron qeydlər və ödənişlər və s. və internet bankçılıq, portativ diaqnostika və yoxlama cihazları, üçün “bir pəncərə” sistemi ATM aparatı, rəqəmsal ödəniş e-apteklər, ATM aptekləri və s. platformaları və s. İnnovativ maliyyələşdirmə modelləri: PayGo, nəticələrə əsaslanan maliyyələşdirmə, kütləvi maliyyələşdirmə, sosial istiqrazlar, təsir investisiyaları və s. Ağıllı logistika Ağıllı suvarma Digital community work Əşyaların interneti (Əİ) əsaslı real Suvarma üçün debet kartları, Sahə əsaslı məlumat toplama, vaxt rejimində izləmə, temperatur, Əİ əsaslı sensorlar, və icma tərəfindən yaradılan video, təzyiqi, soyuq zəncirlərdə işığın damcı suvarma və s. rəqəmsal kənd təsirini və s. ölçmək üçün Əİ profilləri və s. sensorları. 22 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR İqtisadi imkanlar İnfrastruktur və xidmətlər İdarəetmə E-ticarət platformaları İçməli suya çıxış Elektron ədliyyə Mal və xidmət təchizatçılarını və Su bankomatları, Sənədlərin elektron formada alıcılarını birləşdirən onlayn mərkəzləşdirilməmiş suyun saxlanması, baxılan işlərin bazarlar. təmizlənməsi sistemləri və s. gedişatı haqqında məlumatlara çıxış, arxiv və reyestrlərə çıxış, telekonfrans vasitəsilə məhkəmə prosesləri Biznes inkubasiya dəstəyi Ağıllı nəqliyyat və hərəkətlilik Biznes inkubasiya laboratoriyaları Sensor texnologiyaları, yol və sürətləndiricilər, birgə iş hərəkəti sahələri, fab tipli laboratoriyalar İdarəetmə sistemləri, qəza və s. vəziyyətləri barədə bildiriş sistemi E- səhiyyə Rəqəmsal bağlantı Wi-Fi təsərrüfat şəbəkələri, peyk interneti, Wi-Fi giriş nöqtələri və s. Ağıllı mənzil Termostatlar / temperatur sensorları, yağış suyu toplama qurğuları, enerjiyə qənaət edən işıqlandırma və s. 4 | AĞILLI KƏND YANAŞMASI 23 ÇƏRÇİVƏ 1: Hindistanda İnternet Saathi, kənd yerlərində qadınların dolanışıqları üçün rəqəmsal savadlılıq kampaniyası 2015-ci ildə Google və Tata Trusts (Hindistanda xeyriyyəçi təşkilat) tərəfindən istifadəyə verilən ‘Internet Saathi’ rəqəmsal bacarıqları öyrədərək kənd qadınlarını rəqəmsal sferada gücləndirməyi və onlar üçün dolanışıq imkanlarını yaratmağı hədəfləyir. Bu təşəbbüs “təlimçilər üçün təlim” yanaşması üzərində qurulub. Bu yanaşmaya əsasən “saathis” kənd qadınlarına internet vasitəsilə təlimlər keçirilir, sonra isə bu qadınlar kəndlərindəki digər qadınlara təlimlər keçir. Bu təşəbbüs Tata Trusts şirkətinin yerli tərəfdaşları tərəfindən həyata keçirilir, android proqram təminatı, məlumat paketləri, rəqəmsal alətlər və təlim yanaşmaları isə Google şirkəti tərəfindən təmin edilir. Bu yerli tərəfdaşlar kənd qadınlarını internetə daxil olmaq və kənd təsərrüfatı, təhsil, səhiyyə, iş imkanları və maliyyələşdirmə haqqında məlumat tapmaq üçün smart telefon və ya planşetdən istifadə etməyi öyrədir. Bundan sonra hər “saathi” yaxınlığında ən azı dörd kənddə qadınlara təlim keçir, aylıq təqaüd, işə gedib-gəlmək üçün velosipedlər və səslə işləyən planşetlər və smartfonlar əldə edir. Eyni zamanda, Tata Trusts şirkəti öz növbəsində bu təşkilatlara yerli seçilmiş məlumatları toplamağa və təhlil etməyə, müvafiq məhsul və xidmətləri paylamağa və kənd icmaları ilə əlaqələndirməyə kömək edən bu qadınlar üçün iş imkanları yaratmaq məqsədilə Kənd Sahibkarlığının İnkişafı Vəqfi (KSİV) vasitəsi ilə qeyri-kommersiya, dövlət və özəl təşkilatlar ilə əməkdaşlıq edir. İnternet Saathi təşəbbüsü təqribən 10 milyon ABŞ dolları məbləğində30 qrant ilə maliyyələşdirilir və 815.000-dən çox Saathis təlim keçib, bu da öz növbəsində 289.000 kənddə 28 milyon qadını əhatə edir.31 43.000 qadın KSİV vasitəsilə 1.5 milyon ABŞ dolları məbləğində gəlir gətirən dolanışıq imkanları əldə edib.32 Rəqəmsal çıxış kənd qadınlarına tekstil dizaynı, kənd təsərrüfatı təcrübələri, gözəllik və sağlamlıq mövzularında onlayn dərslərlə peşə bacarıqları qazanmasına kömək edib və hökumət sxemləri və proqramları barədə məlumatlılığı artırıb. Eyni zamanda bu kənd qadınlarına ailə qərarlarını vermək və kənd məsələlərində daha fəal iştirak etmək səlahiyyətini verib. Proqramın üzləşdiyi əsas problem qadınların liderliyi qarşısında duran sosial və mədəni maneələr olmuş və bu problem yerlərdə maarifləndirmə kampaniyalarının aparılması ilə aradan qaldırılıb. Bu, uzaq kənd yerlərində rəqəmsal infrastruktur, o cümlədən yüksək sürətli genişzolaqlı İnternet infrastrukturunun aşağı səviyyədə olması və mobil məlumat qiymətlərinin yüksək olması ilə bağlıdır. 30 Rəqəmsal savadlılıq yolu ilə kənd qadınların gücləndirilməsi: İnternet Saathi; Bridgespan Qrupu 31 www.internetsaathiindia.org 32 www.frendfoundation.org 24 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 32. Kənd yerlərinin inkişafı üçün ağıllı kənd çərçivələri aşağıdakı əsas nəticələri verə bilər: A) Kənd yerlərində özəl sektor sərmayelərini cəlb etməklə və kənd təsərrüfatı da daxil olmaqla, ancaq bununla məhdudlaşmadan müəssisələrin inkişafı və dolanışıq vasitələrinin təmin edilməsi üçün əlverişli mühit yaratmaqla iqtisadi imkanların yaxşılaşdırılması. Rəqəmsal bağlantı və savadlılığın gücləndirilməsi, e-ticarət platformaları, nəqliyyat vasitələrindən ortaq istifadə ilə bağlı qərarlar və maliyyə vasitələrinə çıxış imkanlarının artırılması yerli fermerlərə və müəssisələrə istehsallarını genişləndirməyə və daha geniş regional və qlobal bazarlara çıxışına və bununla da bazara çıxışı yaxşılaşdırmağa imkan verəcəkdir. Texnologiyalardan daha effektiv istifadə həm də fermerlərə və digər kənd sakinlərinə qeyri-kənd təsərrüfatı sektorlarına və ya qida emalı və pərakəndə satış, iaşə xidmətləri və aqro turizm kimi kənd təsərrüfatı ilə bağlı sahələrə keçməyə imkan yarada, bununla da iqtisadi şaxələndirməni gücləndirə bilər. Eyni zamanda, e-bacarıq, inkubatorlar, innovasiya laboratoriyaları və daha böyük rəqəmsal bağlantı kənd yerlərinin ticarət kapitalını özünə cəlb etməsinə və sərmayelərə təsir göstərməsinə və bunun sayəsində də daha çox sərmaye yatırımına imkan yarada bilər. Koreyada ağıllı kənd və kənd təsərrüfatının inkişafı nümunələri üçün aşağıdakı 2 saylı Çərçivəyə baxın. B) Rəqəmsal və sosial yeniliklər vasitəsilə ilə xidmətlərə və infrastruktura çıxış imkanlarının genişləndirilməsi. 1 saylı Cədvəldə göstərildiyi kimi innovativ texnologiyalar, səhiyyə və sosial yardım, təhsil, su və enerji təchizatı, nəqliyyat və hərəkətlilik kimi əsas infrastrukturun və xidmətlərin əlçatanlığını, mövcudluğunu və keyfiyyətini artırmaq imkanına malikdir. C) Daha ağıllı kommunikasiya və daha çox şəffaflıq vasitəsilə yerli özünüidarəetmənin təkmilləşdirilməsi. E- idarəetmə dövlət qurumlarının vətəndaşlar, biznes qurumları və bir-biri ilə daha maneəsiz ünsiyyət qurmasına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yarada bilər. Bunlar əməliyyat xərclərini azaltmağa və ərizələrin, lisenziyaların və icazələrin daha sürətli işlənməsinə də imkan yarada bilər. E-idarəetmə eyni zamanda proqram fəaliyyətlərinin və nəticələrinin, büdcə istifadəsinin və şikayətlərin real vaxt rejimində izlənilməsinə imkan yaradır və bununla da daha çox şəffaflığa təkan verir. 4 | AĞILLI KƏND YANAŞMASI 25 ÇƏRÇİVƏ 2: Koreyada ağıllı kənd yerləri və kənd təsərrüfatının inkişafı 2013-cü ildə Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd İşləri Nazirliyi (KTƏKİ) aqrar ərzaq məhsullarının istehsalı, emalı, paylanması, ixracı və kənd turizmi ilə inteqrasiyası vasitəsilə ilə kənd təsərrüfatında dəyər artımına yönəlmiş kənd təsərrüfatının “altıncı sənayeləşmə” konsepsiyasını qəbul edib. Hökümət strateji fəaliyyətləri inkişaf etdirmək və biznesə dəstək layihələrinin həyata keçirilməsini asanlaşdırmaq üçün 2014 və 2018-ci il arasında 10 bölgədə “altıncı sənayeləşmə”nin dəstək mərkəzlərini yaradıb. 2016-cı ildə hökumət 2016-2020-ci illər üzrə altıncı sənayeləşmənin strategiyasını hazırlamaq üçün ilk Əsas Planı tərtib edib və maksimum inkişaf potensialına malik müəssisələri stimullaşdırmaq üçün müəssisələrin altıncı sənayeləşmənin biznes operatorları kimi sertifikatlaşdırılması üçün sistem tətbiq edib. Plana uyğun olaraq, 2020-ci ilə qədər əldə ediləcək üç hədəf sadalanır: (i) sertifikasiya edilmiş biznes operatorlarının satışlarının artım sürətini 5% səviyyəsində saxlamaq; (ii) startapların sayını 3000- ə çatdırmaq, və (iii) kənd yerlərində turist sayını 8 milyona çatdırmaq.33 KTƏKİ 6 əsas fəaliyyət istiqaməti olan istehsal, emal, paylama, kənd turizmi, ictimai xidmət və tibb xidmətindən ibarət 6-cı sənayeni təşviq etmək üçün ayrıca fond təsis edib. 2014-cü ildə KTƏKİ, İKT-yə əsaslanan həllər vasitəsilə təsərrüfatları əlaqələndirməyi və müasirləşdirməyi hədəfləyən Ağıllı Kənd Təsərrüfatı Layihəsini də həyata keçirməyə başlayıb. Bu layihə istehsalçılara, pərakəndə satıcılara və İKT təşkilatlarına əməkdaşlıq etməyə imkan verir və gənc insanları kənd yerlərində məskunlaşmağa təşviq edir.34 KTƏKİ təlim kursları təşkil edərək və geniş miqyaslı ağıllı təsərrüfat komplekslərinin inkişafına dəstək göstərərək gəncləri ağıllı kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edir. Ağıllı təsərrüfatın innovasiya modeli aşağıda sadalanan üç əsas elementi özündə birləşdirir: i) kənd yerlərində gənclər və fermerlər üçün uzunmüddətli inkubasiya müddəti boyunca təhsil və təlimlərin keçirilməsi və icarə təsərrüfatlarının və məşğulluq imkanlarının təmin edilməsi; ii) ağıllı kənd təsərrüfatı təcrübələri ilə istehsalın artırılması (məsələn, 70% ağıllı müasir istixanaların yaradılması) və kənd təsərrüfatı məhsullarının ixracının şaxələndirilməsi; və iii) böyük həcmli məlumatlara əsaslanan innovativ ekosistemlər qurmaq üçün elmi-sənaye-institusional birgə tədqiqatları təşviq edərək texnologiyanın tətbiqinin sürətləndiilməsi. 2018-ci ildə ağıllı kənd təsərrüatı üzrə hökumətin Tİ (Tədqiqat və İnkişaf) büdcəsi 30 milyon ABŞ dolları təşkil edib. 33. Bir neçə ölkə və bölgə kənd yerlərinin inkişafına ‘ağıllı kənd’ yanaşmalarını uğurla tətbiq edib. Yanaşmalar yerli xüsusiyyətlərə görə dəyişir, lakin mühüm ümumi cəhətlərə malikdir. Ağıllı kənd proqramları ilə əlaqəli qabaqcıl təcrübələr arasında vətəndaşların və yerli icmaların proaktiv iştirakı, yerli, milli və ya beynəlxalq özəl sektorla tərəfdaşlıq və rəqəmsal texnologiyaların kombinasiyası, eləcə də sosial şəbəkələr və icma strukturlarından istifadə (rəqəmsal və ya rəqəmsal olmayan) yer alır. Aşağıda 3 saylı Çərçivədə “ağıllı kənd” proqramları üzrə dünya təcrübələrinə ümumi yanaşmaların xülasəsi verilir. 33 Koreyada innovasiya, kənd təsərrüfatı məhsuldarlığı və davamlılıq, İƏİT, 2018 34 AB-də və xaricində Ağıllı Kəndlər; Siyasət və Texnologiyada Emerald tədqiqatlar; 2019 26 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR ÇƏRÇİVƏ 3: Kənd yerlərinin inkişafında ağıllı kənd yanaşmalarının tətbiqi üzrə dünya təcrübəsindən əldə olunan nəticələr Yüksək, orta və aşağı gəlirli ölkələrdə ağıllı kəndlərin təcrübəsinə dair araşdırmalar müxtəlif inkişaf problemlərini həll etmək üçün texnologiya və yeniliklərdən necə istifadə edilə biləcəyini vurğulayır. Avropa Birliyi, Yaponiya və Koreyanın yüksək gəlirli ərazilərində kənd yerlərini canlandırmaq (əhalinin azalması və mühacirət problemi ilə qarşılaşan), xidmətləri təkmilləşdirmək və kənd yerlərində gəlirləri artırmaq üçün ağıllı kənd yanaşmalarından istifadə edilib. AB və Yaponiya bunlardan kənd-şəhər əlaqələrini qurmaq və AB kənd yerlərinin az karbonlu iqtisadiyyata keçməsinə kömək etmək üçün istifadə edir. Hindistan (aşağı orta gəlir) və Niger də (aşağı gəlir) bunlardan kənd yerlərində gəlirləri artırmaqla yanaşı xidmətlərə və rəqəmsal savadlılığa (Hindistan) çıxışı yaxşılaşdırmaq və insanların iqtisadi və iqlim dəyişikliyinin yaratdığı zərbələrə qarşı dayanıqlılığını artırmaq üçün istifadə edib (Niger). Bu proqramların təcrübəsindən bir neçə nəticə çıxarmaq olar. Birincisi, uğurlu yanaşmalar ‘istifadəçi yönümlü’ olmağa meyllidir və ‘birlikdə yaradılan’ həlləri vurğulayır: başqa sözlə, vətəndaşlar ehtiyacların müəyyənləşdirilməsində və həllərin hazırlanması, sınaqdan keçirilməsi və təqdim edilməsində iştirak edirlər. Bunun dəqiq formatı fərqli olsa da (məsələn, AB-nin ‘canlı laboratoriyalar’ yanaşmasını tətbiq etməsi və Koreyanın yerli fəaliyyət planlarının hazırlanmasına icmaları cəlb etməsi), bütün yanaşmalar əraziyə uyğun həllərin hazırlanmasında icmanın cəlb edilməsini vurğulayır. İkincisi, həm sosial, həm də rəqəmsal yeniliklər vacibdir. Rəqəmsal yeniliklər xidmətlərə çıxış imkanını genişləndirməyə və xərcləri azaltmağa imkan yaratsa da, sosial yeniliklər bu xidmətlərin göstərilməsində həlledici əhəmiyyətə malikdir. Məsələn, AB-də bir çox icma xidmət göstərmək üçün kooperativlər yaradıb və ya yerli bələdiyyələr, özəl şirkətlər və/və ya sosial sahibkarlarla əməkdaşlıq edib, Hindistanda isə bir çox rəqəmsal xidmətlər kənd sahibkarları və kooperativləri tərəfindən təmin edilir. Üçüncüsü, kənd klasterlərinin müəyyən edildiyi və kompleks şəkildə inkişaf etdirildiyi klaster əsaslı yanaşma təklif olunan rəqəmsal və sosial fəaliyyətlərin maddi cəhətdən münasib olması üçün kəndlərə miqyasını genişləndirmək və kifayət qədər tələbat yaratmaq imkan verir. Adətən bunlar qovşaq kənd və ya klaster şəklində formalaşaraq özündə çoxsaylı kənd klasterlərini birləşdirir və investisiyanın cəlb olunması, özəl sektorda fəaliyyət göstərən müəssisələrin daxil olması üçün müştəri kontinqenti təmin edir. Dördüncüsü, davamlılığı təmin etmək üçün yerli sahibkarlara və müəssisələrə xidmət göstərməyə imkan verən mühitin yaradılması vacibdir. Bu şəkildə sahibkarlar ağıllı kəndlərdə aparıcı rol oynayır və eyni zamanda yerli sahibkarlığı stimullaşdırır. Dördüncüsü, əməkdaşlıq və tərəfdaşlıq həyati əhəmiyyət kəsb edir. Uğurlu ağıllı kənd yanaşmaları dövlət və özəl sektor müəssisələri, ictimai təşkilatlar, tədqiqat institutları, sosial müəssisələr, kooperativ cəmiyyətlər, maliyyə qurumları və yerli icma üzvləri arasındakı tərəfdaşlıq münasibətləri üzərində qurulub. Beşincisi, maliyyələşdirmə mənbələri fərqlənə bilər. Ağıllı kənd proqramları üçün ən geniş yayılmış maliyyələşdirmə mənbəyi mövcud hökumət sxemləri və fondlarıdır, lakin layihələr də icmalardan, dövlət-özəl sərmaye fondlarından və donor və hökumət maliyyəsinin qarışığı kimi qarışıq maliyyələşmədən, vətəndaş töhfələri, inkişaf kreditləri və qrantlarından kütləvi maliyyələşdirmə vasitəsilə maliyyələşdirilib. Nəhayət, ən uğurlu rəqəmsal strategiyalar arasında internet xidmətlərinin təchizatı və təhlükəsiz istifadəsini yaxşılaşdırmaq üçün həm “rəqəmsal” komponentlər, həm də bu texnologiyalara tələbi stimullaşdırmaq üçün “analoq” komponentlər yer alır. 34. Azərbaycanda ağıllı kəndlər üçün təklif olunan rəhbər prinsiplər bu təcrübələrin nəticələrinə əsaslanır. 4 | AĞILLI KƏND YANAŞMASI 27 CƏDVƏL 2: Ağıllı kəndlərin əsas rəhbər prinsipləri Genişləndirilə bilən və davamlı ağıllı kəndlər 1. İcma əsaslı və istifadəçi yönümlü 6. Fərqli iştirakçıların əməkdaşlıq etməsinə imkan 2. Yerli sahibkarlığı stimullaşdırmaq yaratmaq 3. Rəqəmsal və sosial yeniliklərdən istifadə etmək 7. Məlumat əsaslı 4. Kənd-şəhər əlaqələrindən faydalanmaq 8. Rəqəmsal imkanlı (yaxşı bağlantı və rəqəmsal 5. Sektorlararası həll yollarına sərmaye yatırmaq bacarıqlar) 9. Mövcud dövlət fondları və xarici mənbələr hesabına birgə maliyyələşdirmək 10. Yerli ehtiyaclar üçün uyğun idarəetmə strukturlarına sahib olmaq • İcma əsaslı və birgə yaradılan: İcmalar və sakinlər davamlı ağıllı kəndlərin mərkəzində yerləşir. İcmanın ehtiyaclarını və baxışlarını aydın şəkildə müəyyənləşdirən və ifadə edən və icma üzvləri ilə arzuolunan həll yollarını “birlikdə yaradan” kollektiv və “istifadəçi yönümlü” yanaşma həyati əhəmiyyət daşıyır. • Yerli sahibkarlığı stimullaşdırmaq. Rəqəmsal texnologiyalar və sahibkarlığa əsaslanan modellər xidmətlərin göstərilməsi dəyərini xeyli azalda bilsə də, xarici xidmət təminatçıları baha başa gəlir. Beləliklə, ağıllı kəndlərin davamlı modelləri yerli sahibkarları bazar ehtiyaclarını müəyyənləşdirməyə və xidmət göstərməyə təşviq etmək üçün – maliyyələşdirmə, sosial tanınma və potensialın yaradılması və şəbəkə dəstəyi yolu ilə stimul yaratmalıdır. • Rəqəmsal və sosial yeniliklərdən istifadə. Rəqəmsal və sosial yenilik eyni dərəcədə vacibdir: rəqəmsal texnologiyalar əməliyyat xərclərini azalda bilər və kənd sakinlərini milli və dünya bazarlarına bağlaya bilər, sosial yeniliklər isə bazar uğursuzluqlarını, kollektiv fəaliyyət problemlərini aradan qaldıra və kənd yerlərində ictimai problemlərin həllinə kömək edə bilər. • Şəhər-kənd əlaqələrindən faydalanmaq: İqtisadi fəaliyyətin şəhər mərkəzlərində cəmlənməsi və bunun periferik və yaxşı əlaqəli kənd yerləri üçün verdiyi faydalar ərazi fərqlərini azaltmaq üçün böyük imkanlar təklif edir. Ağıllı kəndlər ilə bağlı təşəbbüslər kənd təsərrüfatı məhsulları və xidmətləri üçün potensial bazar olan şəhər yerləri ilə əməkdaşlıq əsasında geniş miqyasda həyata keçirilə bilər. • Sektorlararası: Effektiv ağıllı kənd modelləri çox vaxt fərqli sektorlara sərmaye yatırır. İnkişaf ilə bağlı problemlər əksər hallarda çoxsahəli xarakter daşıyır və onların həllinə bir qayda olaraq çoxsahəli yanaşma tələb olunur. Ağıllı kənd platformalarının sektorlararası xüsusiyyəti bunun sektora xas fəaliyyətlərdən daha asan həyata keçirilməsinə imkan verir. • Fərqli maraqlı tərəflərə əməkdaşlıq etməsinə imkan yaratmaq. Ağıllı kəndlərə effektiv yanaşmalar çox vaxt dövlət və özəl sektor müəssisələri, ictimai təşkilatlar, dövlət qurumları və əsas nüfuz sahibləri ilə tərəfdaşlığa əsaslanır. Onlar yerli biliklərə çıxış imkanı əldə etmək, müvafiq həllər hazırlayaraq təqdim etmək və fəaliyyətlərin həyata keçirilməsini stimullaşdırmaq üçün resursları səfərbər etmək məqsədilə bu ittifaqlardan istifadə edirlər. 28 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR • Məlumat əsaslı. Etibarlı məlumatlar ağıllı kəndlərdə uğurlu fəaliyyətlərin təməlidir. Onlar ortaya çıxan problemlərin müəyyənləşdirilməsinə və başa düşülməsinə, dəlillərə əsaslanan qərarların qəbul edilməsinə və nəticələrin ölçülməsinə imkan yaradır. Onlar həmçinin dövlət xidmətlərinin təkliflərini tələblə razılaşdırmaqda kəndlərə köməklik göstərə bilər. Bu, (i) sensorların və kameraların məlumatlarını, həmçinin mobil telefonların anonim qeydlərini əqli-mülkiyyət materiallarına çevirən avtomatlaşdırılmış optimizasiya, (ii) məlumatlardan, məsələn, məhsulun tələf olması və hava şəraitinin izlənməsi və proqnozlaşdırılması üçün istifadə edən proqnoz analitikası və (iii) əsas mərhələlərin və hədəflərin monitorinqini aparmaq üçün faktlar əsasında qərar qəbulu və planlaşdırma kimi üsullarla mümkün olmuşdur. Məlumat mənbələri ümumi demoqrafik və sosial- iqtisadi məlumatlardan peyk məlumatları, Əİ (əşyaların interneti)/ sensor əsaslı məlumatlar, mobil istifadə və sosial media məlumatları və əməliyyat məlumatları kimi yeni yaranan məlumat mənbələrinə qədər dəyişir. Lakin məlumatların məxfiliyini və təhlükəsizliyini tələb etmək üçün ciddi tədbirlər görülməlidir. • Rəqəmsal imkanlı. Rəqəmsal bağlantı xidmətlərin rəqəmsal şəkildə göstərilməsində və insanların sosial və istehsal məqsədləri ilə əlaqə qurması üçün texnologiyalardan istifadə etməsinə imkan yaratmaqda həlledici əhəmiyyətə malikdir, lakin rəqəmsal savadlılığın aşağı olduğu ərazilərdə parallel olaraq rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir. • Mövcud dövlət fondları və xarici mənbələr hesabına birgə maliyyələşdirmə. Ağıllı kənd proqramları mövcud hökumət mənbələrindən istifadə edir və həll yolları təqdim etmək üçün yerli infrastruktura əsaslanır. Ağıllı kənd proqramlarının ümumi xüsusiyyətlərindən biri xarici maliyyə mənbələrinə əlavə olaraq, yerli idarəetmə sxemləri və fondları ilə yaxınlaşmasıdır. Bu cür proqramlar çərçivəsində, bir qayda olaraq, virtual sinif otaqları və məsafədən tibbi yardım vasitələri kimi xidmətlərin göstərilməsi üçün dövlət məktəbləri və xəstəxanalar kimi mövcud infrastrukturdan istifadə edilir. • Müvafiq idarəetmə strukturları. Fəaliyyət üçün düzgün idarəetmə strukturunun müəyyən edilməsi və yerli ehtiyaclarla uyğunlaşdırılması həlledici əhəmiyyətə malikdir. İcmalar və yerli hökumət orqanları fəaliyyətləri konseptləşdirməli və planlaşdırmalı— səlahiyyətli texniki mütəxəssislərlə məsləhətləşərək—uyğun sahiblik modelləri və idarəetmə strukturularını təyin etməlidir. Hər bir mülkiyyət modelinin öz üstünlükləri var; bunlar yerli səviyyədə qiymətləndirilməlidir. Bəzi hallarda, icmalar sistemləri idarə edə bilər, bəzilərində isə lizinq, françayzinq və cari gəlirdən ödəmə modelləri icmaların və ya sahibkarların fəaliyyətlərin icraçısı olmasına imkan verə bilər. 4 | AĞILLI KƏND YANAŞMASI 29 35. Kənd yerlərinin inkişafına uğurlu ağıllı kənd yanaşmalarında böyük iştirakçı çevrəsinin biliyi, təcrübəsi, şəbəkəsi və resurslarından istifadə olunur. Almaniya və Hindistanda Rəqəmsal Kəndlər proqramının yaradılması üçün çoxtərəfli əməkdaşlıq nümunələri üçün aşağıdakı 4 və 5 saylı Çərçivələrə baxın. Onların funksiyaları bir qayda olaraq aşağıdakı kimidir: • İcma üzvləri: İcma üzvləri yalnız xidmətlərin son istifadəçiləri deyil, əksər hallarda daha vacib vəzifələri öz üzərinə götürürlər. Çox vaxt icma üzvləri yerli ehtiyacların müəyyənləşdirilməsinə, rəylərin toplanmasına və həll yollarının hazırlanaraq sınaqdan keçirilməsinə imkan yaradan son dərəcə vacib fikirlər təklif edən bilik təminatçıları qismində çıxış edirlər. Bir çox hallarda onlar fərdi və ya daha böyük qrup - QHT və ya koorpetariv - tərkibində həll yolları tapmağa kömək edir və ya əraziləri üçün birgə həll yolları axtara bilər. Əsas icma üzvləri xidmətləri təşviq edən nüfuzlu məsləhətçi rolunu oynaya və digər təşkilatlar tərəfindən təqdim edilə bilən sosial yenilikləri tətbiq etməyə başlaya bilər. AB-də bir çox ağıllı kənd layihələrində göstərildiyi kimi istehlakçılar həlləri birgə maliyyələşdirə bilər. • Dövlət qurumları və siyasi qərar verənlər: Milli, regional və yerli hökumətlər ağıllı kəndlər üçün lazımi əlverişli ekosistemin yaradılmasında mühüm rol oynayır. Əksər hallarda hökumətlər rəqəmsal bağlantı və enerji təchizatı kimi əsas infrastrukturu təmin edir. Onlar ağıllı kənd təşəbbüslərini müxtəlif maliyyə vasitələri (innovasiya, kənd yerlərinin inkişafı, səhiyyə, təhsil və bacarıq, sanitariya və enerji üzrə mövcud proqram büdcələri daxil olmaqla); ortaq dövlət-özəl investisiya fondları və ya fondların fondu; innovasiya qrantları; təsir/sosial investisiya fondları; korporativ sosial məsuliyyət fondları; və nəticələrə əsaslanan maliyyələşdirmə yolu ilə maliyyələşdirir və ya birgə maliyyələşdirir. Eyni zamanda hökumət yarmarkalar, sərgilər və seminarlar vasitəsilə kəndlərdəki yerli sahibkarları potensial müştərilər və tərəfdaşlarla əlaqələndirərək qeyri-maliyyə dəstəyi göstərir, bazar təhlili, təlim və bacarıqların inkişafı kimi biznes inkişafı üzrə xidmətlər təqdim edir və inkubatorlar və sürətləndiricilər yarada bilər. İcmaları səfərbər və cəlb etmək, sosial sahibkarlığın kəndlərə inteqrasiya edilməsinə dəstək vermək üçün yerli idarəetmə orqanları (məsələn, bələdiyyələr) ən aşağı səviyyəli təşkilatlarla əməkdaşlıq edirlər. Hökumətlər həmçinin ağıllı kənddə görülən fəaliyyətləri izləməyə və qiymətləndirməyə köməklik göstərir, onların fasiləsizliyini təmin etmək üçün infrastruktura texniki xidmət göstərir. • Yerli sahibkarlar və daha böyük özəl sektor nümayəndələri: Daha böyük özəl sektor nümayəndələri çox vaxt ağıllı kəndlər üçün texnologiyalar və ya həll yolları hazırlayır və bir çox hallarda bu həllər üçün dəstəkləyici infrastrukturu maliyyələşdirir. Bəzi hallarda onlar yerli sakinlərin və sahibkarların zamanla həll yollarını öz üzərinə götürməsi potensiallarını artırmaq üçün proqram idarəçiliyi və icma birliklərində də iştirak edirlər. Digər tərəfdən, yerli sahibkarlar ağıllı kənd konsepsiyasının mərkəzində dayanır. AB, Hindistan, Çin, Yaponiya və s. kimi ölkələr innovativ biznes modelləri və texnologiyalarından istifadə edərək kənd yerlərində inkişaf problemlərini həll edən uğurlu sahibkarlıq ekosisteminə malikdir. Bu sahibkarlar xidmətlərin göstərilməsində, təkliflərin hazırlanmasında və yerli icmaların səfərbər edilməsində əsas rol oynayırlar. 30 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR • Qeyri-kommersiya təşkilatları, birliklər və kooperativlər kimi vətəndaş cəmiyyəti təşkilatları icmaların cəlb edilməsinə kömək edir və xidmətlərin göstərilməsi və təmin edilməsində, yerli hökumət orqanları və vətəndaşlar arasında əlaqələndirilmədə və ağıllı kəndlərin digər gündəlik fəaliyyətlərində iştirak edə bilər. • Elmi və tədqiqat institutları: Bir çox ölkədə hökumətlər və ya müəssisələr, ağıllı texnologiya və tətbiqetmələrin işlənib hazırlanması, texniki təlimlərin planlaşdırılıb keçirilməsi və ağıllı kəndlərdə fəaliyyətlərin qiymətləndirilməsi üçün elmi və ya tədqiqat institutları ilə əməkdaşlıq edirlər. • Maliyyəçilər: Hökumətdən başqa bir çox təşkilatlar ağıllı kənd proqramlarını və ya əlaqədar təşəbbüsləri maliyyələşdirir. Bunlara regional və çoxtərəfli inkişaf bankları, yerli banklar (xüsusən KOS-lara xidmət göstərənlər), ikitərəfli donorlar, sosial və ya iqtisadi əhəmiyyətli layihə investorları, böyük özəl sektor müəssisələri və konglomeratlar daxildir. 4 | AĞILLI KƏND YANAŞMASI 31 ÇƏRÇİVƏ 4: Almaniyada rəqəmsal kəndlər Almaniyanın kənd yerlərində əhalinin dolanışıq imkanları üçün şəhərlərə köçməsi nəticəsində azalması müşahidə edilir. Beləliklə, kənd yerlərini canlandırmaq, iqtisadiyyat və icmaların inkişaf etməsinə imkan yaratmaq və onları yaşamaq üçün cəlbedici yerlərə çevirən həyat keyfiyyətinin qorunub saxlanıla bilməsini təmin etmək vacib bir prioritetdir. Bu, kənd yerlərinin gələcəkdə yaşayış üçün daha uyğun olmasını təmin etmək və seyrək məskunlaşmış ərazilərdə icma üzvləri arasındakı boşluğu aradan qaldırmaq deməkdir. Bu problemlərin həllinə kömək məqsədilə Almaniya 2015-ci ildə kənd yerlərində 33 bələdiyyəyə xidmət göstərən “Rəqəmsal Kəndlər” proqramını tətbiq etməyə başlamışdır. Proqram seyrək məskunlaşmış kənd ərazilərində sakinlər üçün rəqəmsal həllərin və xidmətlərin müəyyənləşdirilməsinə yönəldilib. Bu təşəbbüs Reynland-Pfalz federal əyalətinin Daxili İşlər və İdman nazirliyi və Fraunhofer adına Eksperimental Proqram Təminatı İnstitutu (EPTİ) tərəfindən başladılıb. Bu təşəbbüs milli hökumət, dövlət və bələdiyyə büdcələri və EPTİ-nin ortaq töhfələri əsasında maliyyələşdirilib. İştirak edən bələdiyyə birlikləri açıq innovasiya müsabiqəsi yolu ilə seçilib. Bu birliklər rəqəmsal xidmətlərdən istifadə edərək ərazilərində həyat keyfiyyətini yaxşılaşdırmaq üçün layihə fikirlərini təqdim etməyə dəvət edilib. Seçki komissiyası siyasətçilər, cəmiyyət və tədqiqat təşkilatlarının ekspertlərindən olan müstəqil münsiflərdən ibarətdir. Müraciətlər yerli ticarətin inkişaf etdirilməsinə və onun hərtərfəli məsələ olaraq rəqəmsal könüllülük fəaliyyətinin yeni anlayışları ilə uzlaşmasına yönəlik olmaları əsasında seçilib. Nəticədə yerli təchizat, əlaqə və yerli idarəetmə xidmətlərinin yaxşılaşdırılması üçün ‘rəqəmsal kənd’ ekosistemini formalaşdırmağa başlayan altı unikal inteqrasiya olunmuş rəqəmsal həllər yaradılıb. BestellBar’ – yerli satıcılar tərəfindən məhsul satışı üçün onlayn mağazadır. Sakinlər malları bağlamaların təhvil alınması məntəqələrindən şəxsən götürə bilə və ya könüllülər, əsasən müəyyən marşrut üzrə səyahət edən qonşular və ya ‘LieferBar’ tətbiqetməsindən istifadə edərək peşəkar kuryer xidmətləri vasitəsilə əldə edə bilərlər. Könüllülər onlayn-mağazadan mal almaq üçün istifadə edilə bilən rəqəmsal valyuta (DigiTaler) ilə ödəniş alır. ‘DorfNews’ bələdiyyələrin sakinlərə yerli xəbər və hadisələr barədə məlumat vermələrini təmin edən xəbər portalıdır. Bura vətəndaşlar və birliklərin məlumatları da daxildir. Bu xəbər sistemi “DorfFunk” adlı mobil tətbiqetməsi ilə “kənd cibimdədir” həllini təqdim edir. Platforma sakinlərə şikayətlərini bildirməyə, elan yerləşdirməyə və digər icma üzvləri ilə ünsiyyət qurmağa və nəqliyyatdan ortaq istifadə daxil olmaqla tələb və təklifi əlaqələndirməyə imkan verir. Eyni zamanda bu bələdiyyələrə kəndlərdə baş verən mühüm hadisələr barədə sakinləri məlumatlandırmaq imkanı verir. Kənd səviyyəsində, mövcud məlumatlar və hadisələr ‘DorfPages’ yerli veb saytda yerləşdirilir. Bundan başqa, ‘LösBar’ vətəndaşlarla dövlət rəhbərliyi arasında daha birbaşa mübadilə üçün əlaqə rolunu oynamağa yönəlib. 32 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR ÇƏRÇİVƏ 5: Hindistanda Harisal rəqəmsal kəndi Maharaştra əyalətinin Melghat bölgəsində yerləşən 1479 nəfər əhalisi olan kiçik Harisal kəndi ictimai infrastrukturu zəif inkişaf etdiyinə və məşğulluq imkanları məhdud olduğuna görə insan inkişafının aşağı göstəriciləri ilə xarakterizə olunur. Harisal kəndini ağıllı kənd kimi inkişaf etdirməyin əsas məqsədi bacarıqlar, səhiyyə xidmətinə çıxış imkanları, kənd təsərrüfatı məhsuldarlığı, rəqəmsal bağlantı, dolanışıq imkanları və yerli özünüidarəetmənin yaxşılaşdırılmasından ibarət olub. Maharaştra Höküməti (MH) kəndin ümumi daxili məhsulunu (ÜDM) həm texnoloji, həm də sosial yenilik vasitəsilə artırmağı hədəfləyib ki, bu da inkişafın müxtəlif sahələrinə artan təsir göstərəcəkdir. Maharaştradakı Melghat bölgəsi, təhsil və səhiyyənin inkişafı sahəsindəki göstəriciləri aşağı, fiziki infrastruktur qurğuları keyfiyyətsiz və rəqəmsal şəbəkəyə çıxışı çox zəif olduğuna görə ağıllı kənd layihəsi üçün seçilib. Bu bölgə daxilində Harisal kəndi yaxınlıqdakı 52 kənd üçün qovşaq kənd olduğu üçün pilot olaraq seçilib. Qovşaq kənd olduqda ağıllı kəndlərlə bağlı fəaliyyətlər asanlıqla yaxın ərazilər üçün əlçatan ola və genişləndirilə bilər. Layihə çərçivəsində kənd yerlərinin əsaslı şəkildə dəyişməsini stimullaşdırmaq üçün yeddi inkişaf sektoru üzrə innovativ həllər tətbiq edilib. (i) Rəqəmsal qoşulma (kəndə qədər optik fiber xətti, dövlət müəssisələrində TV Whitespaces, ümumi Wi-Fi giriş nöqtələri, birbaşa genişzolaqlı əlaqə və mobil qüllə); (ii) Səhiyyə (teletibb avadanlığına malik e-Tibb Mərkəzi, teleoftalmologiya cihazlarına malik diaqnostika mərkəzi, pasientlər haqqında rəqəmsal qeydlərin aparıldığı e-İlkin Tibbi Yardım Mərkəzi sistemi, uşaq və ana sağlamlığı üzrə audio-vizual və fəaliyyət əsaslı tədris modulları, qidalanma göstəriciəri üzrə İnternet portal); (iii) Təhsil və peşə təlimi (intellektual e-tədris həlləri, rəqəmsal siniflər, kənd yerlərində yaşayan gənclər üçün İKT və “Tally” mühasibatlıq sinifləri və qadınlar üçün peşə təhsili mərkəzi; (iv) İdarəetmə (elektron inzibati xidmətlərin və elektron dövlət paylama sisteminin təmin edilməsi üzrə vətəndaş xidmətləri mərkəzi və); (v) Rəqəmsal maliyyə xidmətləri (mobil ödəmə tətbiqetmələri və bankomatlar); (vi) kənd təsərrüfatı (kənd təsərrüfatı biliklərinin təbliğatçıları tərəfindən fermerlərə təlimlər və əkinçilik təcrübələri barədə məlumat yaymaq üçün mobil əsaslı tətbiqetmələr); və (vii) dolanışıq mənbələri (arıçılıq, icma əsaslı ekoturizm, qadınların yerli biznesi və kənd gənclərinin sahibkarlıq təşəbbüsləri). (viii) Kənddə əlavə tətbiqetmələr və xidmətlərin bəzilərinə günəş enerjisi ilə işləyən məhsulların quraşdırılması və istismarı, internet ilə tanışlıq və ondan istifadə, kitabxana, bioqaz və sanitariya və texniki xidmətlərin təmin edilməsi daxildir. İcma üzvləri; dövlət, rayon və kənd səviyyəsində dövlət orqanları; və biznes qurumları daxil olmaqla dövlət-özəl tərəfdaşlıq modeli qurulub. MH-nın rəhbərlik etdiyi bu layihə müxtəlif özəl və dövlət sektoru müəssisələri ilə əməkdaşlıq şəklində Microsoft şirkəti tərəfindən icra edilmişdir. Rəqəmsal Hindistan Təşəbbüsünün bir hissəsi olan layihə planlaşdırma və İKT idarəçiliyi Milli İnformatika Mərkəzi (MİM) tərəfindən dəstəklənib. MH mərkəzi hökumət aparatı səviyyəsində (yüksək dövlət rəsmiləri arasında koordinasiyanı təmin etmək və proqramın reallaşdırılmasını sürətləndirmək üçün), rayon səviyyəsində (rayon üzrə nəzarətçiləri cəlb etməklə) və kənd səviyyəsində (layihənin meneceri və 15 üzvdən ibarət rəqəmsal kənd ofisini yaratmaqla) olmaqla, 3 səviyyəli institusional struktur yaradıb. 4 | AĞILLI KƏND YANAŞMASI 33 AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YARADILMASI VƏ TƏTBİQİ 34 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR ‘Ağıllı kəndlərin tətbiqinə hazırlıq indeksi’ ölkənin hansı hissələrinin kənd yerlərinin inkişafı üçün “ağıllı kənd” yanaşmalarının tətbiqinə nə dərəcədə hazır olduqlarını müəyyənləşdirmək üçün böyük həcmli məlumatdan istifadə edir. 36. Ağıllı kənd yanaşmalarının tətbiqi üçün ölkə daxilindəki vəziyyəti qiymətləndirmək məqsədilə hesabatda böyük həcmli qlobal məlumatlar, eləcə də milli məlumat mənbələri əsasında Ağıllı Kəndlərin Tətbiqinə Hazırlıq (AKTH) İndeksi adlanan analitik əsas hazırlanaraq tətbiq edilib. Məlumat mənbələrinə Azərbaycan Dövlət Statistika Komitəsinin və müxtəlif nazirliklərin yazılı və digər sənədləri, habelə MIX Market, Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından əldə olunan açıq mənbəli məlumatlar daxildir. 37. AKTH İndeksi 3 mərhələdə həyata keçirilir: ölkənin coğrafi profilinin yaradılması, ağıllı kəndlərə hazırlıq meyarının tətbiqi və alt-rayon və rayon səviyyələrində cəmləşmə (Şəkil 4). ŞƏKİL 4: Ağıllı kəndlərin tətbiqinə hazırlığı qiymətləndirmək üçün üç mərhələli proses 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 35 Mərhələ 1. Coğrafi profilləşdirmə – Ümumi coğrafi xüsusiyyətləri müəyyənləşdirmək üçün beş kateqoriyaya bölünən 93 göstərici dəsti: əhalinin bir yerə cəmləşməsi, infrastruktur, xidmətlər, iqtisadi şərait və təbii fəlakətlər. Əsas sosial, iqtisadi və fiziki xüsusiyyətlərin belə xəritələşdirilməsi ağıllı kəndlərin tətbiqinə hazırlıq üzrə qiymətləndirmənin nəticələrini şərh etmək üçün vəziyyəti öyrənməyə kömək edir. Məsələn, bir bölgənin təbii landşaftı potensial iqtisadi fəaliyyət üçün imkanları məhdudlaşdırır və ya təmin edir. Nəqliyyat infrastrukturu da kənd və şəhər əlaqələrinə təsir edir. Mərhələ 2. AKTH İndeksi üçün meyarların qiymətləndirilməsi – AKTH İndeksinin yaradılması üçün 53 göstəricidən ibarət alt qrup seçilib (AKTH indeksi göstəricilərinin tam siyahısı üçün 1 saylı Əlavəyə baxın). Bu göstəricilər Azərbaycanda iqtisadi inkişafı stimullaşdırmaq üçün bir kəndin və ya kənd klasterinin rəqəmsal texnologiya və sosial innovasiyalara çıxış imkanından nə dərəcədə istifadə edə biləcəyini müəyyən etmək üçün ən vacib faktorlar hesab edilir. Göstəricilərin bu alt qrupu yenidən AKTH İndeksini təşkil edən beş başlıca sahəyə bölünüb (Şəkil 5). Mərhələ 3. Ərazi indeksinin hazırlanması – Yuxarıda təsvir olunan mərhələlər əsasında göstəricilər bütün ölkəyə 100 kvadrat metrlik ərazilərə tətbiq edilib. Qiymətləndirmələr haqqında regional inzibati təsəvvür yaratmaq üçün indeks rayon və alt-rayon səviyyələrində ümumiləşdirilib (Cədvəl 3). Alt-rayon və ya kənd klasterinin aqreqasiya səviyyəsi rayonun inzibati sərhədlərindən kənarda ağıllı kəndlərin tətbiqinə hazırlıq şəraitinin ən çox disaqreqasiya olmuş və dəqiq göstəricisidir. Müəyyən edilmiş klasterlərin çoxu bir neçə rayona aiddir. Bir çox rayonda ağıllı kəndlərə dəstəyin göstərilməsində çoxsaylı yerli hökumət orqanları arasında koordinasiya tələb olunsa da, ağıllı kəndlərin tətbiqinə ən çox hazır olan ərazilər bu metodun istifadəsi ilə daha dəqiq müəyyən edilir. İndeks rayon səviyyəsində də tərtib edilmişdir. Bu aqreqasiya səviyyəsi rayon hüdudlarından kənardakı kənd klasterlərinin seçilməsinə imkan verməsə də, bu, bütün rayonların ümumi hazırlıq səviyyələri baxımından necə müqayisə edildiyini müəyyən etmək üçün milli və rayon dövlət məmurları tərəfindən istifadə edilə bilər. 35 Bu 93 göstəricinin siyahısı yalnız coğrafi profilləşdirmə üçün istifadə edildiyindən bu hesabatın bir hissəsi kimi təqdim edilmir. 93 göstərici arasından seçilmiş 53 göstərici 1 saylı Əlavəyə daxil edilib. Göstəricilərin bu alt qrupu hesabatın nəticələri üçün çox böyük əhəmiyyət kəsb edir, çünki bu AK hazırlıq qiymətləndirilməsi və ölkə üzrə ərazilərin təsnifatı üçün istifadə olunmuşdur. 36 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR ŞƏKİL 5: Ağıllı kəndlərin tətbiqinə hazırlığı qiymətləndirmək üçün üç mərhələli proses CƏDVƏL 3: Rayon və altrayon müqayisəsi Rayon səviyyəsi Alt-rayon səviyyəsi Coğrafi vahid Rayon miqyasında qurulub Alt-rayon miqyasında qurulub (100x100 metrlik kvadrat vahid) Disaqreasiya • Rayon aqreqasiya səviyyəsini təmin edir • Mövcud məlumatlarla ən yüksək disaqreqasiya səviyyəsi • Yalnız ərazinin orta vəziyyəti kimi representativ səviyyəsini təmin edir Klasterlər necə • İnzibati sərhədləri seçir, çünki onları daha • Ərazilərin heterogenliyini qəbul etdiyi üçün müəyyən edilir? homogen ərazilər kimi qəbul edir inzibati sərhədləri seçmir. • Ərazilərin aqreqasiya dəstini təqdim edir • Daha çox hərtərəfli və müxtəlif “klaster variantları” dəstini təqdim edir. Neçə klaster var? 5 rayon, 4 iqtisadi zona 7 iqtisadi zonada və 43 rayonda 14 klaster (rayon səviyyəsindən aşağı) əhatə edir Potensial AKP-lərin Seçilmiş əraziləri Şirvandan Ağstafaya əsas E60 Namizəd klasterlərini ölkənin bir çox bölgəsinə paylanması “iqtisadi onurğa” yolu boyunca paylayır yayaraq daha əhatəli şəkildə paylayır Əhatə olunan 18,411,2 kvadrat metr 14,207 kvadrat metr ərazilər (rayon səviyyəsindən 7,884 daha kiçik ərazilər) Potensial 1,141,000 insan 1,813,467 insan benefisiarlar (rayon səviyyəsindən 672,467 daha çox) 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 37 5.1 KƏND KLASTERLƏRİNİN HAZIRLIQ SƏVİYYƏLƏRİNƏ GÖRƏ TƏSNİFATLANDIRILMASI 38. Ağıllı kəndlərin inkişafına hədəfli yanaşmanı tətbiq etmək məqsədilə və aparılmış AKTH qiymətləndirilməsinin nəticələrinə əsaslanaraq, ölkə ərazisi 100 kvadrat metrlik hissələrə bölünüb və ağıllı kəndlərə hazırlıq üzrə yüksəkdən aşağıya doğru 5 kateqoriyaya aid edilib. Beş qrup adı aşağıdakı kimi təyin edilib: Gücləndirmə, yüksək-sürətləndirmə, orta-sürətləndirmə, aşağı-sürətləndirmə və canlandırma. 4 saylı Cədvəldə hər qrupun xüsusiyyətləri ümumiləşdirilir. “Gücləndirmə” kateqoriyasına ağıllı kəndlərin inkişafı üçün ən yaxşı təchiz olunmuş və cari şəraitdə ağıllı kənd proqramından ən müvəffəq olacaq ərazilər daxildir. “Canlandırma” kateqoriyasına ağıllı kəndlərin inkişafı üçün ən az hazırlıqlı olan və bu səbəbdən hazırlıq vəziyyətini yaxşılaşdırmaq üçün dəstəyə ehtiyac duyan ərazilər daxildir. CƏDVƏL 4: Ağıllı kəndlərin tətbiqinə hazırlıq səviyyələri 38 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 5.2 KƏND KLASTERLƏRİNİN HAZIRLIQ İNDEKSİNDƏN ƏLDƏ OLUNAN NƏTİCƏLƏR 39. Aşağıda 6 saylı Şəkildə təqdim olunan xəritə ölkənin coğrafi ərazilərini ağıllı kəndlərin tətbiqinə hazırlıq səviyyələrinə görə təsvir edir. Tünd göy rəngli “gücləndirmə” əraziləri ağıllı kənd proqramının tətbiqindən yararlanacaq ən əlverişli vəziyyətdə yerləşən bölgələri göstərir, lakin sarı rəngli “canlandırma” ərazilərini hazır səviyyəyə gətirmək üçün çox işlərin görülməsi tələb olunur. Seyrək məskunlaşmış ərazilərdə isə ağıllı kəndləri inkişaf etdirmək üçün daha yüksək kapital yatırımı xərcləri tələb ediləcəkdir. Bir halda ki, “gücləndirmə” ərazilərinə sərmaye yatırımı, çox böyük ehtimal ilə, daha yüksək sərmaye gəliri gətirəcək, o zaman daha az inkişaf etmiş ərazilərə dəstək, əlverişsiz şəraitə malik ərazilərin inkişafına kömək yolu da hesab edilə bilər. 40. 5 saylı Cədvəl ağıllı kəndlərin tətbiqinə hazırlığın beş səviyyəsi üzrə ölkənin təhlil xülasəsini əks etdirir. Bölgələrin hər birindəki kəndlər fiziki ərazi və şəhər ilə kənd arasındakı tarazlıq baxımından çox oxşardır. Gücləndirmə əraziləri daha zəngin, orta hesabla daha sıx məskunlaşmış və kiçik və orta müəssisələrin daha çox cəmləşmə yeri olan ərazilər kimi fərqlənirlər. “Gücləndirmə” əraziləri əhali sıxlığının azlığı, maliyyə xidmətlərinə çıxışın zəifliyi, kiçik və orta müəssisələrin azlığı və kənd təsərrüfatı sahəsində məşğulluğun aşağı səviyyədə olması kimi məhdudiyyətlərə malikdir. Sosial və maliyyə xidmətlərinin cəmləşdiyi şəhər yerləri “gücləndirmə” kateqoriyasına uyğun gəlir. Paytaxt Bakı şəhəri və ətraf ərazilər təhlildən çıxarılmışdır, belə ki, bu ərazilər “kənd” üçün həddən artıq çox urbanizasiyalaşıb. ŞƏKİL 6: Azərbaycanda ağıllı kəndlərin tətbiqinə hazırlıq 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 39 CƏDVƏL 5: Ağıllı kəndlərin tətbiqinə hazırlıq meyarları 40 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 5.3 AKTH-İN TEMATİK SAHƏLƏRİ ÜZRƏ ƏSAS NƏTİCƏLƏR 41. Aşağıda ümumiləşdirilmiş beş AKTH sahəsinin hər biri üzrə əsas nəticələr bəzi bölgələrin niyə sarı rəngdən daha çox mavi rəng olduğunu izah etməyə kömək edir və hansı məlumatların indeks nəticələrinə daha çox təsir etdiyini göstərir. • Yerli inkişaf üçün iqtisadi mənbələr: Bu tematik sahə biznes müəssisələri, məşğulluq, kənd təsərrüfatında məşğulluq və məhsul buraxılışı və turizm sahəsində məşğulluq, turizm obyektləri və sosial infrastruktur obyektləri haqqında məlumatları əhatə edir. Bu, ölkədəki bütün iqtisadi sahələrin hərtərəfli qiymətləndirilməsi deyil, əksinə kənd iqtisadiyyatının ən vacib iki sahəsi olan kənd təsərrüfatı və turizmə yönəlib. Bu başlıca sahələrin hər birində ən əlverişli şərait ilk növbədə Bakının yaxınlığında və Azərbaycanın uzaq şimal-qərb bölgəsində rast gəlinir. • İnfrastruktur və xidmətlər: Bu tematik sahə yalnız nəqliyyat və şəhər infrastrukturu ilə deyil, həm də rəqəmsal bağlantı və bərpa olunan enerji ilə əlaqəli məlumatları ehtiva edir. Bu şərait daha böyük Bakı və Gəncə şəhərlərində və ətrafında, habelə Bakı ilə şimal-qərb bölgələrini birləşdirməklə ölkənin “onurğa” sütununu və əsas nəqliyyat dəhlizini təşkil edən yol boyunca cəmlənib. • İnsan kapitalı: İnsan kapitalı mövzusunda əhali artımı, e-bacarıq, ənənəvi təhsil və təlim, səhiyyə xidmətləri və işçi qüvvəsi haqqında məlumatlar yer alır. Bu şərait həm də Bakıda və ətrafında cəmlənmişdir və ümumiyyətlə ölkənin şərq hissəsində daha çox rast gəlinir. • İqtisadi potensial (KOS): Bu mövzuda əsas diqqət ağıllı kəndin inkişafı üçün hərəkətverici qüvvə kimi yeni işin əsasının qoyulması potensialına yönəlib. Bu mövzu üçün meyarlara KOS-ların bütün sektorlarda cəmləşməsi, həmçinin müəssisələr üçün maliyyə xidmətlərinə çıxış imkanları daxildir. • İdarəetmə: Bu mövzu yerli idarəetmə orqanlarının yerli sərmaye fəaliyyətlərinin idarə olunması təcrübəsinə və icmaların kollektiv fəaliyyət göstərmək qabiliyyətinə yönəlib. Bu mövzu üçün istifadə olunan məlumatlar sudan istifadəedənlər assosiasiyası və kənd sərmaye layihələrini əhatə edir. Kənd sərmayeləri Bakıda cəmləşmədiyi üçün bu mövzuda kənd konteksti vurğulanır. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 41 5.4 HƏR TƏSNİFAT QRUPUNDA AK HAZIRLIĞINDA ARADAN QALDIRILACAQ ÇATIŞMAZLIQLAR 42. Hər bir kənd klasterinin fərqli olmasına və daha dərin təhlil və xüsusi cavablar tələb etməsinə baxmayaraq, hər bir təsnifat qrupunda ortaya çıxan daha ciddi çatışmazlıqlar mövcuddur ki, bu da ən faydalı ola biləcək tədbir növlərini müəyyənləşdirmək üçün istifadə edilə bilər. Aşağıda 7 saylı Şəkildə hər təsnifat qrupundan ortaya çıxan ən ciddi çatışmazlıqlar təsvir edilir.36 Məsələn, gücləndirmə qrupunda bütün göstəricilər üzrə çatışmazlıqlar daha kiçikdir, lakin yerli səviyyədə inkişaf üçün infrastruktur/xidmətlər və iqtisadi mənbələr baxımdan çatışmazlıqlar daha böyükdür. Yüksək-sürətləndirmə qrupu üçün “yerli inkişaf üçün iqtisadi mənbələr”in göstəriciləri baxımından çatışmazlıq daha böyükdür. ŞƏKİL 7: Azərbaycanda ağıllı kəndin tətbiqinə hazırlıq 43. 7 saylı Şəkildə göstərilən boşluqlara müvafiq olaraq, müxtəlif təsnifat qruplarının hər birində ən faydalı ola biləcək tədbir növləri 6 saylı Cədvəldə təsvir edilir. 36 Faiz boşluqları AK indeksindən 5 başlıca sahədəki geriləmə göstəricilərini AK indeksinin təsnifat qruplarının ümumi sahəsinə bölməklə hesablanır: 1) gücləndirmə, 2) yüksək -sürətləndirmə, 3) orta -sürətləndirmə, 4) aşağı -sürətləndirmə və 5) canlandırma. 42 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR CƏDVƏL 6: Fərqli hazırlıq təsnifatı olan klasterlər üçün prioritet boşluqlar və görüləcək tədbir növləri Yerli inkişafın infrastruktur/xidmətlər və iqtisadi boşluqlar da özəl sektorun inkişafı üçün GÜCLƏNDIRMƏ mənbələrində rast gəlinən çox vacib boşluqları şəraitin yaxşılaşdırılmasına hədəflənə bilər. nəzərə alaraq, dəstək kəndlərdən bazarlara İqtisadiyyatın yerli sektorlarının gücləndirilməsi, və xidmət mərkəzlərinə avtomobil, dəmir yolu təsərrüfat və əmək məhsuldarlığından emal, və hava yolu ilə nəqliyyat əlaqələrinin daha da marketinq və satışa qədər dəyər zəncirlərinin gücləndirilməsinə yönəldilə bilər. yaradılması üçün müxtəlif dəstək formaları təmin edilə bilər. Bu cür dəstək yerli iqtisadi Rəqəmsal bağlantı və elektrikləşdirməyə fəaliyyət mənbələrindən çox asılı olacaqdır. çıxış, onların keyfiyyəti və qiymətində qalan SÜRƏTLƏNDIRMƏ Bu qrupdakı boşluqlar gücləndirmə qrupuna bənzəyir, lakin yerli inkişafın iqtisadi mənbələri ilə əlaqəli daha böyük çatışmazlıq müşahidə YÜKSƏK- olunur. Belə ssenari sahibkarlıq və işgüzar fəaliyyətin stimullaşdırılması, kənd təsərrüfatı istehsalının artırılması və əkin sahələrinin suvarılması, onlara çıxış və istifadəsi kimi töhfələrin yaxşılaşdırılmasına daha çox diqqət yetirməyi nəzərdə tutur. SÜRƏTLƏNDIRMƏ Bu qrupda insan kapitalı ən ciddi boşluq kimi Xüsusilə işçilərin kompüter və internetdən seçilir. Bu başlıca sahə təhsil, sağlamlıq və istifadəsinin artırılması, ən çox rəqəmsal, ağıllı təhlükəsizlik üzrə göstəriciləri əhatə edir. texnologiyaların istifadəsində insan kapitalının ORTA- gücləndirilməsinə də kömək edəcəkdir. Tədbirlərə fiziki yaxınlıq baxımından təhsildən istifadə imkanlarının, eləcə də ən çox daha yüksək səviyyəli təhsil və bacarıqların inkişafı üçün onlayn rejimdə çıxış imkanlarının yaxşılaşdırılması daxil ola bilər. SÜRƏTLƏNDIRMƏ Kənd klasterlərinin bu qrupu iqtisadi potensialın müəssisələrin sıxlığı da aşağıdır. Bu səbəbdən, əldə edilməsi göstəricilərində çox ciddi boşluqla maliyyə təminatından savayı özəl sektorun qarşılaşır. inkişafı yolunda duran digər maneələr, o AŞAĞI- cümlədən, sahibkarlıq, biznes bacarıqları və Bu maneələri aradan qaldırmaq üçün maliyyə bazar haqqında məlumatlarla bağlı maneələr qurumlarına yaxınlıq və əmanət və kredit aradan qaldırılmalıdır. xidmətindən istifadə daxil olmaqla maliyyə vasitələrinə çıxış imkanını artırmaq üçün səylər göstərilməlidir. Kiçik və orta ölçülü Bu qrup iqtisadi potensial göstəricilərlə bağlı edilməli, prioritetləşdirilməli və ona sərmayə CANLANDIRMA ciddi problemlərlə üzləşsə də, bu eyni zamanda yatırılmalıdır. Vətəndaş cəmiyyəti təşkilatlarının inkişaf üçün yerli özünüidarəetmədən məhdud və icma qruplarının təşəbbüslərindən istifadə istifadə imkanları ilə seçilir. mexanizmləri də bu qrupun ağıllı kənd inkişafının əsas komponenti olan sosial yeniliyi Bu başlıca problemi aradan qaldırmaq stimullaşdırmaq və tətbiq etmək imkanını məqsədilə yerli hakimiyyət orqanlarına gücləndirəcəkdir. kadr və maliyyə dəstəyi göstərilməli, nəticədə yerli inkişaf istiqaməti müəyyən 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 43 5.5 KLASTER İDENTİFİKASİYASI 44. AKTH (Ağıllı Kəndlərin Tətbiqinə Hazırlıq) Indeksinin nəticələrinə əsasən, ağıllı kənd hazırlığının ən yüksək səviyyədə olduğu “gücləndirmə” təsnifatı ilə bitişik ərazilərdən (mavi rəng) ibarət 14 kənd klasteri müəyyən edilib. Aşağıdakı 8 saylı Şəkildə təqdim olunan xəritəyə əsasən, bu klasterlərə bütün ölkə ərazisində rast gəlinir. Cədvəldə hər bir klasterin əsas xüsusiyyətləri haqqında ümumi məlumat verilir. Klasterlər daha ucqar yerlərdə 228 kvadrat kilometrdən paytaxta yaxınlıqda daha homogen şəhər landşaftı olan ərazilərdə 2000 kvadrat kilometrə qədər olmaqla, ölçülərə görə dəyişir. Bu hesabatın məqsədləri üçün digər dörd hazırlıq təsnifat qrupu üzrə klasterlər müəyyən edilməyib. Bununla belə, bu araşdırma müxtəlif hazırlıq səviyyələrinə uyğunlaşmaq üçün fərdi yanaşmaların hazırlanması və tətbiqi üçün imkan yaradacaq dəstək proqramının icrası çərçivəsində yerinə yetirilməlidir. ŞƏKİL 8: “Gücləndirmə” kateqoriyasında ağıllı kənd klasterləri 44 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR CƏDVƏL 7: 14 “gücləndirmə” kateqoriyalı klasterlərin sosial- iqtisadi profili 5.6 DAHA ƏTRAFLI TƏHLİL ÜÇÜN KƏND KLASTERLƏRİNİN SEÇİLMƏSİ 45. AKTH Qiymətləndirməsinin nəticələrinin hökuməti təmsil edən müvafiq tərəfdaşlara təqdim edilməsindən sonra, daha ətraflı təhlil üçün ən yüksək reytinqli Ağıllı Kənd Klasterlərindən ikisi seçilib. Bu klasterlər yuxarıda 7 saylı Şəkildə kənd klasteri 2 (Şəmkir-Tovuz) və kənd klasteri 6 (Quba-Qusar-Xaçmaz) olaraq göstərilib. Bu iki prioritet sahə üçün iki növ təhlil yerinə yetirilib. Birincisi, bu iki klasterin hər birinin iqtisadi potensialının sürətli qiymətləndirilməsi üçün bu sahələrdəki iki əsas iqtisadi sahəyə: kənd təsərrüfatı və turizmə diqqət yetirməklə, AKTH İndeksindəki məlumatlar alt dəstindən istifadə edilib. Bu daha ətraflı məlumat təhlili bu iki sektorda inkişaf imkanları və problemlərinin müəyyənləşdirilməsinə yönəldilib. İkincisi, fokus qruplar və əsas məlumat daşıyıcıları ilə müsahibələr vasitəsilə iki kənd klasterinin keyfiyyət təhlili yerinə yetirilib. Bu təhlil bu iki yüksək prioritet klasterdə ağıllı kənd yanaşmalarının tətbiqi üçün münasib şərtlər, mövcud platformalar və tələbat ilə bağlı daha ətraflı fikir əldə etməyə hədəflənib. Aşağıdakı hissələrdə bu ətraflı təhlilin nəticələri ümumiləşdirilir. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 45 5.7 PRİORİTET KLASTERLƏRDƏ İQTİSADİ İMKANLARIN SÜRƏTLİ QİYMƏTLƏNDİRİLMƏSİ: KƏND TƏSƏRRÜFATI VƏ TURİZM 46. AK Hazırlıq İndeksi üçün istifadə olunan məlumatların və analitik vasitələrin klaster səviyyəsində tətbiq olunma yollarının təsviri məqsədi ilə daha ətraflı təhlil üçün iki “Gücləndirmə” klasteri seçilib: Şəmkir-Tovuz və Quba-Qusar-Xaçmaz klasterləri. Bu klasterlər artıq yüksək hazırlıq səviyyəsinə malik olsa belə, bu sahələrdə sonrakı inkişafa təkan vermək üçün tətbiq edilə biləcək strateji vasitələr və aradan qaldırılacaq çatışmazlıqlar mövcuddur. AK Hazırlıq İndeksi əsasən kənd təsərrüfatı və turizm olmaqla iki iqtisadi sektorda cəmləşdiyindən, bu sektorlar daha ətraflı sektor analizi üçün prioritet təşkil edib. 47. AK Hazırlıq İndeksi üçün istifadə edilən məlumatlara əlavə olaraq, klaster təhlili zamanı rəsmi Azərbaycan Hökumətinin mənbələri, Dünya Bankı və Avropa Kosmik Agentliyinin ictimaiyyətə açıq məlumatları, eləcə də TripAdvisor və Flickr kimi mənbələrdən alınan onlayn məlumatlara istinad edilib. Bu məlumat təhlili zamanı aşağıda 5.8 saylı Bölmədə ümumiləşdirilən keyfiyyət göstəricilərinin sahə tədqiqatı nəticəsində toplanmış məlumatlardan da istifadə olunub. 46 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Shamkir–Tovuz 48. Şəmkir-Tovuz klasteri əhalisi 800-35.000 nəfər arasında dəyişən təxminən 12 şəhər/kənddən ibarətdir. Bölgə mədəni və tarixi yerləri və kənd təsərrüfatı məhsullarının yüksək istehsalı ilə tanınır. Bu klaster Azərbaycanda nəqliyyatın “onurğa sütununda” əlverişli yerləşməsi ilə yanaşı, Gəncə şəhərinə yaxınlığından da gəlir əldə etmə potensialına malikdir. Klaster regional yol şəbəkəsinə bağlıdır, M2 yolu klasterdən keçir və kənd təsərrüfatı məhsullarının satışı üçün Gəncə, Bakı şəhəri kimi daha böyük bazarlara və hətta beynəlxalq bazarlara genişlənmə imkanları təklif edir. Gəncə Beynəlxalq Hava Limanının yaxınlığı iki bölgəni birləşdirən daha yaxşı infrastruktur olduğu təqdirdə beynəlxalq turizmin inkişafına təkan verə bilər. Şəmkir ətrafında tarixi və mədəni yerlərin çoxluğu müvafiq turistik görməli yerlər vasitəsilə yerli mədəniyyəti və sosial quruluşu qorumaq və dəstəkləmək imkanlarına yol ola bilər. Klasterin payına həmçinin AK Hazırlıq İndeksində yerli inkişaf üçün ən yüksək iqtisadi mənbələrin konsentrasiyası düşür və bu da kənd təsərrüfatı və turizm sektorunun yerli səviyyədə inkişafı üçün potensialın olduğunu göstərir. 49. Aşağıda təqdim olunan Şəmkir-Tovuz klasterinin xəritəsi (Şəkil 9) kənd təsərrüfatı məhsullarının istehsalı və eyni zamanda yüksək turizm fəaliyyətinin konsentrasiyalarını müəyyənləşdirir. Şəmkir-Tovuz klasterində kənd təsərrüfatı məhsullarının istehsalı və yüksək turizm konsentrasiyasının üst-üstə düşdüyü ərazilər Şəmkir şəhərində və Tovuzun cənub-şərqindəki kənd bölgəsindədir. Şəmkir və Tovuz şəhərləri ətrafında tarixi və mədəni yerləri ehtiva edən bu ərazilər və yaxınlıqdakı kənd yerlərində şərab zavodları və üzüm istehsalı da daxil olmaqla kənd təsərrüfatı fəaliyyəti aqrar turizmin genişləndirlməsi üçün imkanlar təmin edir. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 47 ŞƏKİL 9: Şəmkir-Tovuz klasterinin xəritəsi: kənd təsərrüfatı məhsullarının istehsalı və turizm konsentrasiyası Kənd təsərrüfatı məhsullarının istehsalı Yüksək turizm konsentrasiyası 50. Şəmkir-Tovuz klasteri ölkənin kənd təsərrüfatı istehsalının ən çox inkişaf etdiyi regionlarından birində yerləşir. Bu ərazidə kələm, soğan, albalı, xurma, pomidor, üzüm və kartof kimi məhsulların hamısı yetişdirildiyi halda, bu araşdırma üçün bölgədə kənd təsərrüfatının ərazi strukturunu təsvir etmək üçün pomidor və üzüm seçilib. 10 saylı Şəkildə göstərildiyi kimi, Şəmkir-Tovuz klasterindəki istehsal klasterin şərq hissəsində, emal və satış isə qərb bölgəsində cəmlənib. ŞƏKİL 10: Şəmkir-Tovuz klasteri: pomidor və üzüm üçün istehsal və satış imkanları Mənbə: GeoAdaptive 2020 48 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 51. 11 saylı Şəkildə klasterdə aqrar istehsal-satış zənciri təsvir olunur. Klaster daxilində iqtisadi aqrar konsentrasiya Tovuz, Şəmkir və Əyyublu-Duğyanlını əhatə edən ərazilərdə müşahidə edilir. Üzüm və pomidor klasterin müxtəlif yerlərində istehsal edilir, lakin hər bir istehsal rayonunun emal və satış imkanları mövcuddur. İqtisadi təhlilin nəticələrinə əsasən müəyyən olunub ki, klaster daxilində istehsal, emal və satış sahələri arasında yaxşı əlaqə mövcuddur. ŞƏKİL 11: Şəmkir-Tovuz klasterində iqtisadi aqrar konsentrasiya sahələri (üzüm və pomidora fokuslanmaqla) 52. Şəmkir-Tovuz klasteri tarixən alman mədəni irsi sayəsində göstərişli bir sıra tarixi yerlərə malikdir. Klasterdə təxminən 20 turistik və 19 qonaqlama yerləri var. Qonaqlama yerləri Tovuz və Şəmkir ətrafında şəhər yerlərində cəmləşib, turistik görməli yerlər isə klaster boyu yayılıb. Məlumatların təhlili Şəmkirdə və Tovuz ətrafındakı ərazidə turizm tələbatının yüksək konsentrasiyasını göstərib. Tələb və təklif konsentrasiyaları üst-üstə düşdükdə, optimal turizm zonaları Tovuz və Şəmkir şəhərlərinin ətrafında yerləşir. Şəmkir ətrafında tarixi və mədəni yerlərin çoxluğu müvafiq turistik görməli yerlər vasitəsilə yerli mədəniyyəti və sosial quruluşu qorumaq və dəstəkləmək üçün imkanlar aça bilər. Klasterdə beynəlxalq turizmə yol aça biləcək Gəncə Beynəlxalq Hava Limanına yaxınlığı səbəbindən hava yolu ilə səyahətə də çıxış imkanı var. Bununla bərabər, Covid-19 pandemiyasının beynəlxalq səyahətlərə təsiri səbəbindən yaxın bir neçə ildə turizmə olan tələbin azalması mümkündür. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 49 ŞƏKİL 12: Şəmkir-Toviz klasteri: Turizm konsentrasiyasının icmalı Mənbə: GeoAdaptive 2020 53. Turizm infrastrukturu və klasterin əlçatanlığı aqrar turizmin inkişafı üçün əsas məhdudiyyətlərdəndir. Şəmkir- Tovuz klasterinin Quba-Qusar-Xaçmaz klasterinə nisbətən daha az turistik görməli yerləri və qonaqlama yerləri var. Turizm tələbinin artması qonaq evləri və mehmanxanalarda yerləşmə kimi turizm xidmətlərinin artmasını şərtləndirəcəkdir. Bundan əlavə, klasterdə bir-birindən təqribən 30 km məsafədə yerləşən iki optimal turizm zonası vardır ki, bu da iki zona arasında şəhərlərarası nəqliyyat xidməti və ya dəmir yolu vasitəsi ilə nəqliyyat hərəkətini yaxşılaşdırmaqla qeyri-bərabər inkişafa səbəb ola bilər, belə ki, Bakıdan və regiondakı digər böyük şəhərlərdən nəqliyyat və giriş imkanları daha vahid iqtisadi sektorlar vasitəsilə hər bir zonanın inkişafını gücləndirmək potensialına malikdir. 50 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Quba-Qusar-Xaçmaz 54. Quba-Qusar-Xaçmaz klasteri əhalisi 400-33.000 nəfər arasında dəyişən təxminən 13 şəhər/kənddən ibarətdir. Bu klaster qərbdə dağlıq coğrafi quruluşa malikdir və şimal-şərqdə Xəzər dənizinin sahili ilə həmsərhəddir. Klaster regional yol şəbəkəsinə və Rusiyaya bağlayan E119 yol dəhlizinə bağlıdır və bu da klasterə yerli və beynəlxalq turistlərin axınını artıra və daha geniş beynəlxalq bazarlara aqrar ticarəti genişləndirə bilər. Qafqaz dağlarında təbii və macəra yönümlü görməli yerlərin bolluğu klasterdə ekoturizmin təşviqinə və iqtisadi fəaliyyətin artmasına təkan verə bilər. Klaster idarəetmənin ən yüksək kateqoriyasına daxildir və iqtisadiyyatın turizm və kənd təsərrüfatı sektorunu inkişaf etdirə biləcək müxtəlif layihələrdə yerli iştirakın yüksək olduğunu göstərir. Kənd təsərrüfatı məhsullarının istehsalı və optimal turizm zonası Quba-Qusar-Xaçmaz klasterində üst-üstə düşmür, bu da kənd təsərrüfatı və turizm sektorlarını birləşdirmək məqsədi ilə iki sahəni əlaqələndirmək üçün daha geniş infrastruktura ehtiyac olduğunu göstərir. 55. Aşağıda təqdim olunan klaster xəritəsi (Şəkil 13) pomidor və alma, eləcə də yüksək turizm fəaliyyətinə fokuslanmaqla, kənd təsərrüfatı məhsullarının istehsalının konsentrasiyalarını müəyyənləşdirir. Şəmkir-Tovuz klasteri ilə müqayisədə, Quba-Qusar-Xaçmaz klasteri tamamilə fərqli iqlimə malikdir. Pomidor, xiyar, albalı, alma, fındıq və gavalı istehsalı ilə yanaşı, kənd təsərrüfatı yüksək göstəriciyə malikdir. Bölgədəki altı ən çox istehsal olunan məhsul arasında, bu araşdırma üçün ixracat dəyəri yüksək istehsal və gəlir nisbətləri ilə artırılmış pomidor və alma seçilib. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 51 ŞƏKİL 13: Quba-Qusar-Xaçmaz klasteri: kənd təsərrüfatı məhsullarının istehsalı və turizm konsentrasiyası 56. Aşağıdakı 14 saylı Şəkildə göstərildiyi kimi, Quba-Qusar-Xaçmaz klasterində həm istehsal, həm də emal şimal bölgəsində, ticarət isə cənubda cəmləşib. Hər iki qrupda da konsentrasiya sahələri arasındakı məsafə böyük deyil və istehsal sahələrini məhsula görə qiymətləndirməklə daha çox fikir əldə etmək olar. ŞƏKİL 14: Quba-Qusar-Xaçmaz klasteri: pomidor və alma üçün istehsal və satış imkanları Mənbə: GeoAdaptive 2020 52 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 57. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı 15 saylı Şəkildə göstərildiyi kimi Quba-Qusar-Xaçmaz klasterinin şimal hissəsində cəmlənib. Klasterdə həm alma, həm pomidor istehsal olunur, lakin pomidorun gəlir nisbəti alma istehsalından təxminən iki dəfə çoxdur. Klasterin cənubunda həm emal, həm ticarət konsentrasiyasına sahib olan bölgə var ki, bu da klaster xaricində, lakin ona yaxınlıqda digər kənd təsərrüfatı fəaliyyətlərinin olduğunu göstərir. Klaster daxilində istehsal ilə digər emal və satış sahələri arasında daha yaxşı əlaqə yaratmaq üçün klasterdə qarşılıqlı əlaqəni inkişaf etdirmək imkanı var. Klasterdə istehsalın konsentrasiyası və layihələrdə yerli hökumətin yüksək iştirak payı birləşərək, klasterin şimal hissəsində yerli inkişaf üçün imkanlar yaradır. Bununla belə, klasterin insan kapitalı üzrə ən aşağı reytinqi olan hissəsi kənd təsərrüfatı sektorunun konsentrasiyası ilə eyni bölgədədir, yəni insan kapitalı imkanlarına (məsələn, təhsil) çıxış imkanlarının yaxşılaşdırılması regionda kənd təsərrüfatı istehsalının artırlması və iqtisadi inkişaf üçün həlledici olacaqdır. Bundan əlavə, klaster infrastruktur və xidmətlər üzrə ən aşağı kateqoriyalardadır və bölgənin infrastruktur layihələri üçün hal-hazırda prioritet olmadığını göstərir. ŞƏKİL 15: Quba-Qusar-Xaçmaz klasterində iqtisadi aqrar konsentrasiya sahələri (alma və pomidora fokuslanmaqla) Mənbə: GeoAdaptive 2020 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 53 58. Quba-Qusar-Xaçmaz klasteri ölkədə daxili turizm mərkəzidir. Bölgə Xəzər dənizi və Qafqaz dağlarının yaxınlığı səbəbindən ekoturizmi və açıq hava fəaliyyətləri ilə tanınır. Klasterdə Şəmkir-Tovuz klasterindən daha çox, təxminən 98 qonaqlama yeri və 86 görməli yeri var. Qonaqlama yerləri xüsusən Qusar, Quba və Xaçmazda şəhər yerlərində cəmləşib. Xəzər dənizi boyunca klasterin şimal hissəsindəki kiçik kəndlərdə də qonaqlama yerlərinin böyük konsentrasyası müşahidə olunur. Görməli yerlərdə də bənzər ərazi xüsusiyyətləri müşahidə olunur, lakin Xəzər dənizi sahilinin şimal hissəsi boyunca bir neçə görməli yer var. Turizmə tələbat Quba və Qusar şəhər mərkəzləri ətrafında mərkəzləşib, burada da potensial olaraq çoxsaylı təbiət və macəra yönümlü görməli yerlər və dağlarda gecələmə yerləri səbəbindən optimal turizm zonası mövcuddur. Aşağıda 16 saylı Şəkildə turizm konsentrasiyası sahələri ümumiləşdirilir. ŞƏKİL 16: Quba-Qusar-Xaçmaz klasteri: turizm konsentrasiyası sahələri 59. Quba-Qusar-Xaçmaz klasterinin şimal-qərbdən və cənub-şərqdən yol şəbəkəsi ilə yaxşı əlaqəsi olduğu halda, Qafqaz Dağları klasterin cənubuna hərəkəti məhdudlaşdıraraq ölkənin cənubundan daxili turist axınını məhdudlaşdırır. Klaster ağıllı kənd hazırlığı indeksində infrastruktur və xidmətlər üzrə ən aşağı kateqoriyalardan birinə daxildir və regionun infrastruktur layihələri üçün hal-hazırda prioritet olmadığını göstərir. Kənd təsərrüfatı məhsullarının istehsalı və optimallaşdırılmış turizm sahələri arasındakı boşluq kənd təsərrüfatı və turizm sektorlarını daha yaxşı əlaqələndirmək məqsədilə iki sahəni birləşdirmək üçün infrastrukturun daha çox prioritetləşdirilməsinə ehtiyac olduğunu göstərir və klaster üçün maneə yarada bilər. Optimal turizm zonası daxilində yüksək turizm konsentrasiyalı ərazilər olan Quba ilə Qusarı birləşdirən daha üstün nəqliyyat variantları hər iki şəhərə gələn ziyarətçi sayını artıra və beləliklə klasterdə daha artıq iqtisadi inkişafa yol aça bilər. 60. Məlumatların istifadəsi və coğrafi məkan planının hazırlanması iqtisadi artımı stimullaşdırmaq imkanlarını müəyyənləşdirmə vasitəsi ola bilər, bununla birlikdə yerli konteksti tam olaraq anlamaq üçün yerlərdə ətraflı keyfiyyət təhlili ilə tamamlanmalıdır. Beləliklə, aşağıdakı bölmədə məlumatların təhlilindən əldə olunan əsas nəticələr nəzərdən keçirilir, ağıllı kənd üçün inkişaf strategiyaları və texniki dəstək və investisiya planlarına daxil etmək üçün keçmiş təcrübələrin təhlilinə əsaslanan yerli hökumət, özəl sektor və vətəndaş cəmiyyəti fəalları ilə müsahibələr və müzakirələr, davam edən təşəbbüslər, gələcək hədəflər və operativ tədbirlərdən istifadə olunur. 54 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 5.8 AĞILLI KƏND YANAŞMASININ SIFIRDAN İŞLƏNİB HAZIRLANMASI: QUBA-QUSAR-XAÇMAZ VƏ ŞƏMKİR-TOVUZ KLASTERLƏRİNDƏ MÜZAKİRƏLƏR ZAMANI ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR 61. Kənd ərazilərinin inkişafına uğurlu “ağıllı kənd” yanaşmaları kənd əhalisi ilə birlikdə işlənib hazırlanır və onların prioritetləri və reallıqlarına əsaslanır. Bu hesabatda Azərbaycanda “ağıllı kəndlər” yanaşmasını tətbiq etməyə hazırlığın təhlili də 2020-ci ilin iyun ayında kənd sakinlərindən toplanan fikir və rəylərlə əsaslanıb. AK (ağıllı kənd) məlumatlarının və analitik çərçivələrin daha dərindən tətbiqi yolu ilə araşdırılan iki klaster daha sonra sürətli kənd qiymətləndirməsi üçün iki hədəfə çevrilib. Qiymətləndirmə hər klasterdə müvafiq rayonların və kəndlərin qısa sosial-iqtisadi profilini, habelə əhali, yerli hökumət və xidmət təminatçıları ilə müzakirələr və müsahibələri əhatə edib. Altı kəndi əhatə edən altı fokus qrup müzakirələri (hər klasterdə üç olmaqla) və iyirmi doqquz əsas məlumat daşıyıcıları ilə müsahibələr aparılıb.37 Fokus qrup müzakirələri gənclər və qadınlar, fermerlər və kənd təsərrüfatı müəssisələrinin sahibləri və işçiləri daxil olan ailələr ilə aparılıb. Əsas məlumat daşıyıcıları ilə müsahibələr rayon icra komitələri, bələdiyyə nümayəndələri, ictimai maarifləndirmə, səhiyyə, suvarma və nəqliyyat xidmətləri təminatçıları, QHT-lər və digərləri ilə aparılıb. 62. Təhlilin nəticələrinə əsasən, kənd sakinləri arasında sosial media və dövlət elektron xidmətləri kimi rəqəmsal platformalar barədə məlumatlılıq yüksək olsa belə, onlardan istifadə imkanları məhduddur. Rəqəmsal xidmətlərin və platformaların istifadəsinə məhdudiyyətlər aşağıdakılardır: (i) zəif internet bağlantısı; (ii) internetə giriş, internet cihazları və/və ya onlayn öyrənmə platformalarından istifadə üçün yüksək qiymət; (iii) mövcud elektron xidmətlər və platformalardan istifadə etmək üçün məlumat və ya bacarıq çatışmazlığı; və (iv) kənd səviyyəsinə çatan sabit rəqəmsal şəbəkələr və maddi-texniki dəstək çatışmazlığı (məs. xərci bölünməklə eyni nəqliyyat vasitəsində səfər xidmətləri, çatdırılma xidmətləri, elektron ticarət və yükgöndərmə). 63. Məhdud rəqəmsal bağlantı və məlumata baxmayaraq, bir sıra sektorlarda texnologiyanın istifadəsini genişləndirmək üçün aşkarlıq və potensial mövcuddur. Bunu təhsil sektorundan, sahibkarlardan və fermerlərdən çoxsaylı fərdi nümunələr təsdiq edir. COVID-19 karantini virtual və distant xidmət təminatına uyğunlaşmaq üçün daha çox texnologiyanın, bağlantının, məlumatlılığın və bacarıqların təmin edilməsinin vacibliyini bir daha nəzərə çarpdırıb. Yerli sakinlər tərəfindən verilən nümunələr məhdudluğa baxmayaraq onlayn ticarət, məsləhət xidmətləri, öyrənmə, səhiyyə və digər sahələrdə mövcud imkanlardan aktiv şəkildə istifadə etdiklərini və ya sınadıqlarını göstərir. İnternet xidmət təminatçıları da daxil olmaqla, yerli hökuməti təmsil edən respondentlər və xidmət təminatçıları rəqəmsal vasitələrin köməyi ilə kəndlərdə bağlantını genişləndirmək və yerli iqtisadi fəaliyyətə təkan verməyin mümkün olduğunu düşünürlər. Rəqəmsal vasitələr iqtisadi şaxələnməyə və iş yerlərinə töhfə verməklə yanaşı, kənd sakinləri üçün əsas xidmətlərin qiymətinin aşağı salınmasında və həyat keyfiyyətlərinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. 37 Tədqiqat Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) və Intellecap tərəfindən birgə aparılıb. Hindistan və Keniyada fəaliyyət göstərən konsaltinq şirkəti olan Intellecap anket suallarını və müzakirə təlimatlarını hazırlayıb, tədqiqata nəzarət edib və bu hesabatda istifadə olunan təhlili hazırlayıb. İlkin tədqiqat üçün iki klaster Kənd Təsərrüfatı Nazirliyi ilə məsləhətləşmə yolu ilə seçilib. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 55 64. Aşağıda iki klasterdəki kənd sakinlərinin rəyləri təqdim olunur və doqquz mövzunu əhatə edir: rəqəmsal bağlantı, yerli idarəetmə və dövlət elektron xidmətləri, kənd təsərrüfatı və aqrar biznes, turizm və sənətkarlıq, nəqliyyat və hərəkətlilik, maliyyə vəsaitlərinə əlyetərlik, kommunal xidmətlər, təhsil və səhiyyə. Rəqəmsal əlaqə 65. Hər iki klasterdəki respondentlər texnologiyanın istifadəsində eyni çətinlikləri qeyd edirlər: yavaş və ya mövcud olmayan genişzolaqlı internet bağlantısı, cihazların (smart telefonlar, kompüterlər) qiymət baxımından aşağı münasibliyi, mobil məlumatların yüksək qiyməti və rəqəmsal vasitələrdən daha səmərəli istifadə ilə bağlı məlumatların və bacarıqların olmaması. Məsələn, fokus qrup müzakirələrinin aparıldığı Tovuz-Şəmkir klasterindəki üç kənddə ailələrin 50%-dən çox hissəsinin genişzolaqlı internet çıxışı yox idi; fokus qrup müzakirələrinin bir çox iştirakçısı isə smart telefonlara sahib olmadıqlarını və bu səbəbdən daha geniş mobil internet xidmətindən faydalana bilmədiklərini qeyd ediblər. Bu isə internet bağlantısı və ya smart telefon olmayan evlərdə yaşayan məktəblilərə öz mənfi təsirini göstərir. Respondentlərin fikrincə, Quba-Qusar-Xaçmaz klasterində seçilmiş kəndlərdəki tələbələrin yarıdan çox hissəsi COVID-19 pandemiyası zamanı onlayn dərslərdə iştirak edə bilməyib və bu vəziyyət yüksək dağ yerlərində daha acınacaqlı olub. COVID-19 karantini dövründə yüksək internet trafiki ilə bərabər, internet sürəti daha da pisləşib.38 66. Əlaqə məhdud olsa belə, kənd yerlərində olan respondentlər arasında onlayn platformalardan istifadə tələbatı aşkar görünür. Yerli əhalinin istifadə etdiyi ümumi sosial media proqramlara Facebook, WhatsApp, Instagram, YouTube, Telegram və Google Hangouts daxildir. Kiçik obyekt sahibləri (gözəllik salonları, kafe, restoran) xidmətlərini reklam etmək üçün Instagram və Facebook-dan istifadə edirlər. Bəzi sakinlər əsasən türk saytlarından onlayn alış-veriş edirlər, lakin bağlamalarını almaq üçün rayon mərkəzinə getməli olduqlarını bildirirlər. Fermerlər aqronomlarla məsləhətləşmək üçün WhatsApp-dan istifadə edir, bəziləri isə şitilləri onlayn sifariş edir. Bir sıra daha böyük iş yerləri məhsullarının satışı üçün export.az kimi platformalardan istifadə edirlər. Bu nümunələr ayrı-ayrı şəxslərin fərdi təşəbbüsləri olsa belə, bütün sahələrdə - xidmətlər və gəlir gətirən fəaliyyətlərdə texnologiyadan istifadənin genişləndirilməsi üçün istifadə olunmamış potensiala işarə edir. Yerli idarəetmə və elektron xidmətlər 67. ASAN xidmət mərkəzlərinin yaradılması vətəndaşlara göstərilən dövlət xidmətlərinin sadələşdirilməsi yolunda əhəmiyyətli nailiyyət idi, lakin kənd sakinləri bu xidmətlərdən istifadədə maneələrlə qarşılaşırlar. Azərbaycan həm dünya miqyasında, həm də Avropa və Mərkəzi Asiya regionunda şəhər yerlərində geniş istifadə olunan belə mərkəzlərin yaradılması ilə geniş şəkildə təqdir qazanıb. Bununla belə, kənd sakinləri hətta daha yaxşı əlaqəli qruplarda belə, məsələn, araşdırmada iştirak edən sakinlər bu platformadan tam istifadə edə bilmirlər. Həm fokus qrup müzakirələri, həm də əsas məlumat daşıyıcıları ilə müsahibələr zamanı vətəndaşların ya şəxsən hər hansı xidmət üçün ASAN mərkəzlərinə getməyi və ya ASAN səyyar avtobuslarının kəndlərinə gəlməsini gözləməyi üstünlük verdikləri müəyyən olunub. Kiçik kəndlərə (məsələn, Şəmkirin 3465 nəfər əhalisi olan Bayramlı kəndi) ASAN səyyar xidmətləri göstərilmir. Nəticədə, çox az sayda kənd sakini məsələn vergi və ya kommunal ödənişlər üçün dövlət elektron xidmətlərindən necə istifadə edəcəyini bilmir və ya heç istifadə etməyib. Vətəndaşların bu xidmətləri onlayn olaraq öz evlərindən və ya kəndlərindəki icma mərkəzlərindən onlayn şəkildə əldə etmələrinə imkan yaradılması sakinlər üçün həm vaxt, həm də xərc baxımından sərfəli ola bilər. Bundan əlavə, yaşadıqları yerlərdə mövcud elektron xidmətlərdən daha çox faydalanma ehtimalı olan yaşlılar, əlillər, tək valideynlər, xəstə baxıcıları və ya hərəkət qabiliyyəti məhdud olan digər qruplar olduğu üçün, bu imkan əhalinin inteqrasiyasına kömək edə bilər. 38 AzerTelekom-un Şəmkir üzrə rəhbəri ucqar bölgələrdə internet sürətini yaxşılaşdırmaq üçün Şəmkirdə ATS-lərin sayının artırılmasını tövsiyə edib. ATS-dən uzaqda yerləşən evlərdə internet siqnalını artıran sistemlərin quraşdırılmasının da faydalı ola biləcəyini qeyd edib. Şəmkirdə belə bir sistem quraşdırılıb. İnternetə rahat çıxış üçün kəndlərdə ictimai yerlərdə Wi-Fi zonalarını qurma imkanı da mövcuddur. 56 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 68. Fokus qrup müzakirələrinin iştirakçıları kəndlərində keyfiyyətli internet bağlantısı olması şərti ilə ASAN xidmətlərdən onlayn istifadə etmək üçün təlim almağa razı olduqlarını bildiblər. Vətəndaşların əsas rəqəmsal bacarıqlar və elektron idarəetmə platformalarından istifadə (xüsusilə yaşlılara) üzrə təlim keçirilməsi elektron xidmətlərin mənimsənilməsini asanlaşdıra bilər. Yaşlılar internet və mobil proqramlara daxil olmaq üçün bir qayda olaraq kənddəki gənclərdən dəstək alırlar. Kənd sakinləri üçün məqsədyönlü potensialı artırma proqramı sakinlərin təlim aldığı icma mərkəzlərində sürətli mobil rabitə yaratmaqla, elektron xidmətlərin qavranılmasını artırmaqla yanaşı, kənd yerlərində gənclər üçün əlavə iş yerləri təmin edə bilər. 69. Bir çox dövlət xidmətləri hələ də lisenziyalar və icazələrin verilməsi üçün vətəndaşlardan və sahibkarlardan yazılı ərizə tələb edir; xidmətlərin daha sürətli şəkildə təmin edilməsi üçün bu tələb rəqəmsallaşdırıla bilər. Məsələn, Şəmkirdə sürücülük vəsiqəsi ərizəsinin təqdim edilməsi və ya avtobus biletlərinin sifarişi yerli nəqliyyat şöbəsi ilə yazılı və ya şəxsən əlaqə qurmağı tələb edir. Onlayn platform bütün bu xidmətləri bir yerdə təmin edə bilər. Maraqlı tərəflər qəbul edir ki, onlayn xidmətlər ilkin bronlaşdırmaları asanlaşdıracaq və müştərilərin və sahibkarların vaxtına və resurslarına qənaət edə biləcəkdir. Onlar belə bir platformaya sahib olmaq fikrinə razılıqlarını bildiriblər. 70. Bələdiyyə işçilərinin yerli idarəetmə fəaliyyətləri üçün rəqəmsal texnologiyaların istifadəsi, xüsusilə vergi yığımı və kəndlərdə xidmət təminatının yaxşılaşdırılması üzrə potensialının artırılması da xüsusilə Tovuz-Şəmkir klasterindəki respondentlər tərəfindən zərurət olaraq təsbit edilib. Şəmkirdəki QHT təmsilçisinə görə, vergi yığımı üzrə daha şəffaf sistemə ehtiyac var. Bu respondent sistemdə hesabatlılığın və şəffaflığın artırılması məqsədi ilə bələdiyyələri vergi yığımı üçün rəqəmsal vasitələrdən istifadə etməyə təşviq edəcəyini qeyd edib. Kənd təsərrüfatı və aqrar biznes 71. Hər iki klasterdə də fermerlərin bölüşdükləri əsas ehtiyaclar su çatışmazlığı, maliyyə vasitələrinə çıxış, anbarlar və soyuducu yük maşınlarının əlyetərliyi və məhsulların bazara çıxarılmasının ümumi logistikası, fermerlərin birliyinin olmaması və ya çox məhdud olması, eləcə də öz ərazilərində daha çox aqrar emalı sənayesini inkişaf etdirmək arzusu ilə əlaqədardır. Bu ehtiyacların bir qismini yalnız texnologiyadan istifadə yolu ilə həll etmək mümkün olmasa belə, rəqəmsal vasitələr və informasiya şəbəkələri bu sahələrin hər birində rol oynayır. Xüsusilə Quba-Qusar-Xaçmaz klasterindən olan əksər fermerlər hökumətin elektron aqrar platforması olan EKTIS-də qeydiyyatdan keçdiklərini bildiriblər. Bu platforma artıq geniş abunəçi bazasına sahib olduğu üçün, bazar məlumatlarını birləşdirmək, logistikanı asanlaşdırmaq, subsidiyalara və özəl maliyyə vasitələrinə əlyetərliyin daha çox şəffaflığını təmin etmək və məsləhət xidmətləri ilə əlaqələndirmək üçün daha intensiv istifadə edilə bilər. İştirakçılar bu bölgələrin məhsullarının daha yaxşı brendləşdirilməsi yolu ilə istehsal və satışların artırılması imkanını qeyd ediblər ki, bu da daha geniş fermer əməkdaşlığı üçün imkanlar yarada bilər (məsələn, “Tovuz kartofu”, “Quba alması” və s. satışı). Fermerlərin bir çoxu ixtisaslı aqronomlarla əlaqə qurmaq və lazımi tövsiyələri almaqda çətinlik çəkdikləri üçün, onlar əlaqənin imkan verdiyi rəqəmsal platformalar vasitəsilə də daxil olmaqla, maarifləndirici-məsləhət xidmətlərinin genişləndirilməsinin zəruriliyinə toxunublar. Fermerlərin suvarma üçün su əldə etməkdə qarşılaşdıqları ciddi problemi nəzərə alaraq, damcı suvarma sistemindən geniş şəkildə istifadə və ya digər sudan səmərli istifadə üsulları kimi texnologiyaların tətbiqinə davam edilməlidir. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 57 72. Hər iki klasterdəki respondentlər alıcılar ilə əlaqə yaratmaq və təəcrübəli aqronomlardan məsləhət almaq üçün sosial mediadan istifadə etdiklərini bildirirlər, lakin bu, bir qayda olaraq fərdidir və geniş yayılmayıb. Əksər fermerlər məhsullarının şəkillərini potensial alıcılarla bölüşmək, məhsullarını izləmək və digər ölkələrdəki aqronomlardan məsləhət almaq üçün WhatsApp proqramından istifadə edir. Şəmkirin Duyarlı kəndində və Qubada olan fermerlər məhsullarının şəkillərini Rusiyadakı alıcılarına WhatsApp vasitəsi ilə göndərdiklərini və alıcıların aldıqları malların şəklini paylaşaraq malların alındığını təsdiqlədiklərini qeyd ediblər. Alıcı həmçinin WhatsApp vasitəsi ilə fermerlərə gecikmələr barədə məlumat verir. Bir neçə fermer ölkə daxilində mütəxəssis məsləhəti ala bilmədikləri üçün sosial media vasitəsi ilə Türkiyədəki aqronomlarla əlaqə qurduqlarını qeyd ediblər. Bəziləri bazar qiymətləri barədə məlumat almaq üçün internetdən istifadə edir. Etibarlı məlumat mənbələrinə əlyetərlik və bu mənbələrdən istifadə etmə bacarıqları daha çox fermerin daha sərfəli bazarlara çıxmasına kömək edə bilər. 73. Subsidiyaların istifadəsində daha çox şəffaflıq əldə etmək üçün rəqəmsal platformalardan da istifadə edilə bilər. Bəzi fermerlər subsidiyaların verilməsində yaşanan gecikmələrdən şikayətləniblər. Bir çox iştirakçı da subsidiyaların bir qayda olaraq ferma sahiblərinin hesablarına köçürüldüyünü, lakin torpaqları icarəyə götürən və əkib-becərən fermerlərə çatmadığını bildiblər. Turizm və sənətkarlıq 74. Hər iki klasterdə fokus qrup müzakirələri və əsas məlumat daşıyıcıları ilə müsahibələrin iştirakçıları icma əsaslı turizmin populyarlaşdığını, lakin infrastruktur, əlaqə, məlumat və bacarıqların inkişaf etdirilməsini tələb etdiyini qeyd edibilər. Quba-Qusar-Xaçmazda dağ turizmi, xizək sürmə, mədəni irs, azlıq nümayəndəsi olan ləzgilərn etnik mətbəxi, sənətkarlıq və suvenir alqı-satqısı potensialı vurğulanıb. Tovuz-Şəmkirdə şərabçılıq müəssisələri və etnik alman irsi və memarlığı vurğulanıb. Bu ərazilərdə az sayda mehmanxana mövcuddur. Klasterlərdə Turistik İstiqamətləri İdarəetmə Təşkilatlarının nümayəndələri müəyyən şərtlərlə ailələrlə yaşama daxil olmaqla, turizm üçün infrastrukturun daha da gücləndirilməsini tövsiyə ediblər. Sektorun müəyyən turistik zonada rayonlar arasında daha geniş əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən və turizm sektoru ilə bağlı daha səhih məlumatlardan faydalana biləcəyini vurğulanıb. Turizmin inkişafı bölgədəki gənclərin məşğulluğunun təmin edilməsi üsulu kimi xüsusi təqdir olunub. 75. Ənənəvi sənətkarlar aşağı bazar qiymətlərinin onların fəaliyyətlərini inkişaf etdirməsinə mane olan amil olduğunu qeyd ediblər. Məsələn, Qubada ənənəvi xalça istehsalçıları xərclərin yüksək, satmaq üçün bazar qiymətlərinin isə aşağı olduğunu, bununla yanaşı birbaşa bölgələrində turistlərdən gələn tələbatın aşağı olduğunu qeyd ediblər. Nəticədə, onlar daha böyük xalça fabrikləri ilə rəqabət edə bilmirlər. Onların fikrincə, hökumət yerli sahibkarları işlərin miqyasını artırmaq və daha böyük bazar iştirakçıları ilə rəqabət etmələrinə kömək etmək üçün təşviq etməlidir. Yerli sənətkarların əl işlərinin yarmarkaları və ya sərgilərinin təşkili və/və ya onlayn marketinq üçün platformaların hazırlanması da yerli istehsalçılara kömək edə bilər. 58 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Maliyyə vəsaitlərinə çıxış imkanı 76. Kənd sakinlərinin maliyyə vəsaitlərinə çıxışında qarşılaşdıqları əsas problemlər arasında banklar tərəfindən alınan yüksək faiz dərəcələri, banklar tərəfindən tələb olunan təminatın yüksək dəyəri39 və ümumiyyətlə bank sisteminə inamsızlıqdır. Alternativ olaraq, ailələr dostlarından, qohumlarından borc alma və ya icma daxilində əmanətlər kimi qeyri-rəsmi sistemlərindən istifadə etməyi üstün tuturlar. Məsələn, Tovuzdakı Aşağı Quşçu kəndinin qadınlarının əksəriyyəti lotereya oyununda iştirak edir ki, bu da hər qadına qrupdakı bütün qadınların hesabına yaradılan fonddan ayda bir dəfə pul götürmə imkanı verir. Bu növ borcalma kommersiya banklarına nisbətən daha əlçatandır. Respondentlər bunun yalnız kiçik həcmli kreditlər üçün əlverişli olduğunu etiraf edirlər, lakin bəzən bu məbləğ belə ailələrin zəruri ehtiyaclarını və ya mikro və kiçik müəssisələrin xərclərini ödəməyə kifayət edir. Kənd yerlərində kooperativlər və gəlir gətirmə qruplarının yaradılması ilə yanaşı, icma əsaslı maliyyələşdirmə və özünəyardım qruplarının daha geniş istifadəsi nəzərdən keçirilə bilər. 77. Bundan əlavə, kənd sakinləri bank sisteminə etibar etmədiklərini bildiriblər. Bu yaxınlarda klasterlərin birində banklardan birinin bağlanması və müştərilərinin əmanətlərini itirməsi səbəbindən bir çoxları əmanətlərini bankda saxlamamağa üstünlük verirlər. Kənd yerlərində işləyən bankomatların olmaması səbəbindən pulu nağdlaşırmaq da çətinlik yaradır. Yerli şöbələr vasitəsilə potensial borcalanlarla daha sıx əlaqə yaratmaqla, yerli əhalinin bank sisteminə inamını bərpa etməyə ehtiyac var. Mobil bankçılıq yolu ilə asanlıqla kredit əldə etmə və portativ bankomat cihazları kimi rəqəmsal cihazların köməyi ilə daha sürətli nağd pul çıxarma imkanı mövcuddur. Bir sıra respondentlər kənd yerlərində bütün maliyyə məhsulları (sığorta, qənaət, kredit və s.) dəsti ilə mobil bankçılıq texnologiyalarının inkişaf etdirilməsini təklif ediblər. 78. Etimadsızlığın digər bir səbəbi kənd təsərrüfatı kreditlərinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün geniş istifadə olunmasıdır. Fermerlərin kənd təsərrüfatı fəaliyyəti üçün aşağı faizli kredit alaraq, bu kreditdən toylar, ev tikintisi və ya qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadə etmələri ilə bağlı nümunələr göstərilib. Bu sahədə şəffaflıq və nəzarət, eləcə də ümumiyyətlə kənd sakinləri üçün maliyyə vəsaitlərinin əlçatanlığının təmin edilməsi üçün əlavə səy göstərilməlidir. Kənd Təsərrüfatı Nazirliyinə fermerlərin heç bir maliyyə vasitəçisi olmadan birbaşa kredit əldə etmələrinə yardım etmək və/və fermerlər və yerli sahibkarlar üçün girovsuz kreditlərin verilməsini asanlaşdırmaq üçün təkliflər irəli sürülüb. Nəqliyyat və hərəkətlilik 79. Bir neçə kənddə nəqliyyat xidmətinin yüksək qiyməti narahatlıq doğuran digər məsələdir. Nəqliyyatdan ortaq istifadə bu sahələrdə ənənəvi hərəkət seçimlərinə alternativ olaraq, potensial olaraq bu qiyməti azalda bilər. Kənd yerlərində ictimai nəqliyyat vasitələri ya azdır, ya da yoxdur. Mövcud olduqları yerlərdə isə şəhər mərkəzlərindəki seçimlərdən daha yüksək qiymətədir (məsələn, Tovuz-Şəmkir klasterindəki respondentlər bildirir ki, Bakıda eyni məsafəyə gediş 0.30 AZN təşkil etsə belə, kəndlərindən rayon mərkəzinə gediş 0.90 AZN məbləğindədir). Rayon mərkəzinə getmək üçün taksi haqqı da orta hesabla 10-15 AZN təşkil edir və sürücülər ilə sərnişinləri birləşdirən vahid məlumat platforması və ya şəbəkəsinin olmaması səbəbindən eyni nəqliyyat vasitəsi ilə səfər etməklə xərcin bölüşdürülməsini təşkil etmək çətindir. Hər iki klasterdə respondentlər nəqliyyat şirkətləri ilə sərnişinlər arasında daha yaxşı koordinasiya olacağı və xidmətlərin qiymət baxımından daha sərfəli olacağı təqdirdə, özəl nəqliyyat xidmətlərinə maraq və onların tətbiqi olacağını bildiriblər. 80. Əlavə olaraq, sərnişin və ya yükdaşıma nəqliyyatı ilə əlaqəli yerli iş yerləri və kiçik müəssisələrə təkan vermək üçün geniş imkan var. Avtobuslar, taksilər və ya yük maşınları üçün dayanacaqlar yaradıla və yerli pərakəndə mağazalar, kafelər və ya digər xidmətlər üçün yerlər təmin edilə bilər. Bu, həm nəqliyyat daşımaları üzrə sahibkarlar üçün, həm də yerli iş yerləri üçün imkanlar təmin edər, eyni zamanda icmalar üçün ümumi xidmətlər və hərəkətlilik seçimlərini yaxşılaşdırar. 39 Məsələn, çox sayda iştirakçı qeyd edib ki, kredit götürmək üçün ev və ya mənzil (Bakıda mənzil daxil olmaqla) tələb olunur və fermerlər gəlirlərinin qeyri-sabit olması səbəbindən kredit götürmək istəmirlər. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 59 Kommunal xidmətlər (su, kanalizasiya, elektrik enerjisi) 81. Hökumət sudan səmərəli istifadə üçün ağıllı su sayğacları kimi qabaqcıl texnologiyalar tətbiq edib. İstehlakçılar ödəniş köşkləri, ödəniş üçün mobil tətbiqetmələr və kommunal xərclərin ödənişi üçün smart kartlar kimi rəqəmsal ödəmə texnologiyalarından istifadədən məmnundur. Qubada Azərişıq idarəsi vahid smart kartla əvvəlcədən ödəməli elektrik sayğaclarının quraşdırılmasını nəzərdə tutan pilot layihə həyata keçirir. Müştərilər onlara verilən smart kartlar vasitəsi ilə müəyyən olunmuş mağazalarda elektrik enerjisi haqlarını əvvəlcədən ödəyə bilərlər. Ağıllı sayğac ödəniş alındıqdan sonra aktivləşdirilir. Müştəri kartına köçürülmüş məbləğə görə elektrik enerjisi alır. Bu, həm də elektrik enerjisi üçün kağız ödəniş qəbzlərinə tələbatı aradan qaldırır. Smart kart müştəriləri kartlarını tələblərinə uyğun olaraq poçtdan və ya yaxınlıqdakı marketlərdəki xüsusi aparatlardan təkrar doldura bilərlər. Şəmkir və Tovuzda bir çox kənd sakini kommunal xərclərini, cərimələrini və s. “eManat” köşklərindən ödəyirlər. Köşklərdən kommunal xidmətlər, telefon, internet və kabel televiziyası qəbzlərini ödəmək, mobil telefonun balansını artırmaq və s. üçün istifadə oluna bilər. Xidmət MODENIS MMC tərəfindən təmin edilir. MilliÖn bölgədəki yerli əhalinin kommunal xərclərini ödəməsi üçün digər rəqəmsal ödəniş platformasıdır. 82. Bununla belə, bir çox kənd sakini üçün xidmətlərə əlaqənin olmaması hələ də öz həllini tapmamış prioritet olaraq qalır. Məsələn, Quba-Qusar-Xaçmaz klasterində bəzi kəndlərdə hələ də yaşayış evlərində su təchizatı yoxdur və ümumi su mənbələrindən istifadə olunur. Bir çox ailələr elektrik enerjisi təminatının müntəzəm olmadığını və bunun nəticəsində elektron ödənişlərin istifadəsinin də problem yaratdığını qeyd edirlər. Tovuzda içməli suyun keyfiyyəti və bu problemi həll etmək üçün kənddə sutəmizləmə sisteminə ehtiyac duyulması ilə bağlı narahatlıqlar ifadə olunub. Hal-hazırda yerli sakinlər suyun tərkibindəki qatışıqları təmizləmək üçün suyu istifadə etməzdən əvvəl 3 gün müddətində duruldurlar. Kənddəki ailələr su təmizləmə xərclərini azaltmaq və içməli suyun keyfiyyətini yaxşılaşdırmaq üçün mərkəzləşdirilmiş su təmizləyici sistemə maraq göstəriblər. Təhsil 83. Təhsil sahəsində texnologiyanın istifadəsi kənd sakinləri üçün müntəzəm məktəb tədris proqramının (pandemiya zamanı tələb olunduğu kimi) onlayn təmin edilməsi, texniki və peşə təlimi və müəllimlər üçün ixtisasartırma kurslarını təmin etmək baxımından xüsusilə faydalı ola bilər. COVID-19 karantini zamanı tədqiq olunan bir sıra kəndlərdəki tələbələrin yarısı zəif bağlantı səbəbindən dərslərdə iştirak edə bilməyiblər. Məktəbə gedən uşaqların valideynləri arasında zəif rəqəmsal savadlılıq da təhsil göstəricilərinə mənfi təsir göstərə bilər. Cəmiyyətdəki daha yaşlılara mühüm İKT tətbiqetmələrini öyrədə biləcək yerli gənclərə təlim keçmək imkanı var. Respondentlər yaşlılar və məktəbə gedən şagirdlərinin valideynləri arasında rəqəmsal savadlılığın artırılması üçün kəndlərdə gənclərin təlimi fikrinə təqdir ediblər. Xaçmazda onlayn təhsil eyni zamanda qızların erkən nikahdan sonra orta təhsilini davam etdirməsi üçün fürsət olaraq göstərilib. 84. Hökumət təhsil sahəsində daha yaxşı nəticələrə nail olmaq məqsədilə maliyyə mənbələrini birləşdirmək üçün özəl sektor təşkilatları ilə əməkdaşlığı nəzərdən keçirir. Təhsil Nazirliyi (TN) şagirdlərə distant təhsil imkanları yaratmaq və ölkə üzrə yayımlanan televiziya dərslərinin interaktivliyini təmin etmək üçün 2020-ci ilin aprel ayında Microsoft ilə ortaq şəkildə “Virtual Məktəblər” proqramına start verib.40 Nazirlik müəllimləri kompüterlərlə təmin edib və müəyyən müddət ərzində Azərbaycanda 40000 müəllimi yüksək sürətli mobil rabitə ilə təmin etmək üçün Azercell kimi telekommunikasiya operatorları ilə əməkdaşlıq edib. TN eyni zamanda informasiya texnologiyaları və avtomatlaşdırma/simulyasiya kursları üçün onlayn peşə dərsləri təqdim edib. Bundan əlavə, TN internetə çıxışı olmayan və ya smart telefonları olmayan şagirdlərin təhsilinə töhfə olaraq “ARB Günəş” və “Mədəniyyət” kanallarında televiziya dərsləri yayımlamağa başlayıb. Şagirdlər bu televiziya dərslərinə və təhsil ilə bağlı digər videolara TN-nin www.video.edu.az portalından daxil ola bilərlər. Bura həmçinin müəllimlər üçün ixtisasartırma kursları təşkil edən yerli təşkilat olan Mədəd Azərbaycan kimi bir sıra özəl sektor iştirakçıları da daxildir. 40 www.edu.gov.az/en/page/9/18178 60 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 85. Gənclər üçün əsasən bacarıqların olmaması və məhdud məşğulluq imkanları səbəbindən, gənclər arasında işsizlik klasterdə ciddi problem olaraq ortaya çıxıb. Xüsusilə İKT və turizm sektorlarında gənclərin elektron bacarıqlarının inkişaf etdirilməsi bölgədəki ən zəruri ehtiyaclardan biri olaraq göstərilib. Xaçmazdakı Yeni Həyat qəsəbəsində ailə üzvləri kənddəki orta məktəb məzunlarının əksəriyyətinin iş tapmaqda çətinlik çəkdiklərini bildiriblər. Onlar ya kənddə günəmuzd çalışır, ya da cüzi gəlir üçün Türkiyəyə köç edirlər. Qubadakı icma mərkəzinin rəhbəri də turizm sektorunda ixtisaslı mütəxəssis çatışmazlığının olduğunu qeyd edib. Quba Xalçaçılar Assosiasiyasının sədri bacarığa əsaslanan kursların (tikiş, kulinariya və s.) məktəb səviyyəsində tətbiq olunmasını tövsiyə edib. Təhsil Nazirliyinin nümayəndələri onlayn kvalifikasiya artırılması imkanlarının gənclər üçün faydalı olacağını qəbul ediblər. Nümayəndələrdən biri gənclər üçün İKT üzrə bacarıqların artırılmasına və İKT sektorunda iş imkanları barədə məlumatlılığın təmin edilməsinə fokuslanmağı təklif edib. Səhiyyə 86. Kənd səviyyəsində göstərilən tibbi xidmətlər ilkin tibbi yardım və peyvəndləmə ilə məhdudlaşır. Hər hansı ciddi zədələnmə, əməliyyat və tibbi müayinələr üçün yerli sakinlər rayon mərkəzindəki və ya Bakıdakı xəstəxanaları ziyarət etmək məcburiyyətində qalırlar. Kənd ərazilərinə yaxın məsafədə təcili yardım maşınlarının olmadığı nəzərə alındıqda, bu hal xüsusilə təcili hallarda çətinlik təşkil edir. Hər iki klasterdə səhiyyə xidməti təminatçıları bölgədə zəruri səhiyyə xidmətlərini göstərmək üçün rəqəmsal texnologiyalardan tam istifadə edilmədiyini qəbul edirlər. Şəmkir səhiyyə işçiləri həmkarlar ittifaqının sədri və Quba mərkəzi xəstəxanasının direktoru bu bölgələrdə təlim keçmiş tibb işçiləri və mütəxəssislərin çatışmazlığını kompensasiya etmək üçün mərkəzi rayon xəstəxanalarındakı həkimlər tərəfindən ucqar kənd yerlərindəki xəstələrə distant tibbi vasitələr ilə onlayn məsləhətlər verilməsinin aktuallığını qeyd ediblər. Onlayn təlim terapevtlərə və birbaşa xəstələr ilə çalışan tibb işçilərinə də faydalı ola bilər. 87. Fokus qrup müzakirələrinin bir neçə iştirakçısı Covid-19 pandemiyası zamanı tətbiq olunan səyahət məhdudiyyətləri səbəbindən artıq Bakıdakı həkimlərinə WhatsApp vasitəsilə müraciət etdiklərini bildiriblər. İcma üzvləri mövcud xidmətlərdən daha sərfəli olduqları təqdirdə, onlayn səhiyyə xidmətlərini tətbiq qəbul etməyə hazırlıqlarını da ifadə ediblər. Bununla birlikdə, kəndlərdə distant məsləhət xidmətləri və rəqəmsal təlimlərin miqyasını genişləndirmək üçün yerli tibbi səhiyyə ocaqları internet ilə təmin edilməlidir. 88. Təsbit edilən digər bir məhdudiyyət kiçik kəndlərdə, xüsusilə dağlıq ərazilərdə apteklərin çatışmazlığıdır. Respondentlər bu ərazilərdəki apteklərin sayının az olması səbəbindən dərman almaqda çətinlik çəkdiklərini və daha çox rayon mərkəzinə getdiklərini qeyd ediblər. Hər iki klasterdə həkimlərin elektron reseptlərini ərazidəki bütün apteklərə rəqəmsal şəkildə köçürə bilən elektron resept sisteminə ehtiyac olduğu vurğulanıb. İştirakçıların bəziləri kəndə dərmanların çatdırılması üçün onlayn xidmətlərdən istifadə etmək və ödəmək istəklərini ifadə ediblər. 89. Onlayn təlim və materiallar profilaktik tibbi yardım və bəslənmə sahələrində xüsusilə faydalı ola bilər. Respondentlərin çoxu anaların sağlamlığı və qidalanması mövzusunda gənc analar və qadınlar üçün daha çox məlumatlandırma materialları təmin etmə fikrini xoş qarşılayıb. Şəmkirdə respondentlər çox sayda onkoloji və kranioloji xəstəlik hallarının olduğunu qeyd ediblər, lakin uzunmüddətli perspektivdə və ya profilaktik olaraq xəstəliklərin idarə edilməsi ilə bağlı xəstələr və xəstə baxıcıları üçün peşəkar hazırlıq təlimləri yoxdur. Respondentlər xüsusilə xroniki xəstəliklərlə əlaqəli cəmiyyətlərə profilaktik tibbi yardım və həyat tərzi üzrə təlim keçmək üçün mobil tətbiqetmələrdən istifadə etməyə hazırdırlar. 5 | AĞILLI KƏNDLƏRİN TƏTBİQİ ÜÇÜN HAZIRLIQ İNDEKSİNİN YAR ADILMASI VƏ TƏTBİQİ 61 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏKLİF OLUNAN YOL XƏRİTƏSİ 62 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 90. Beləliklə, növbəti addım nədən ibarət olacaq? Yuxarıda təqdim olunan analitik çərçivə və nəticələr Azərbaycan hökumətinə siyasət və investisiyaları ölkə daxilindəki kənd yerlərinin özünəməxsus xüsusiyyətlərinə yönəltmək üçün etibarlı və asan uyğunlaşa bilən vasitə təqdim edir. Bu analitik yanaşmanın uyğunlaşdırılması, qəbulu və tətbiqi məqsədi ilə geniş mənbələrdən əldə olunan məlumatların emalı, təhlili və istifadəsi üçün müvafiq dövlət qurumlarının potensialın artırılmasına dair öhdəlikləri; hədəflənmiş regional inkişafı irəlilətməkdən ötrü əməkdaşlıq üçün nazirliklərarası platformaları; və bu proqram çərçivəsində zamanla pilot layihələr keçiriləcək, təcrübələr mənimsəniləcək və tətbiq ediləcək dəstək proqramını şərtləndirəcəkdir. Ölkə daxilində kənd ailələrini yoxsulluqdan qurtarmaq, şəhər və kənd arasındakı bölgünü aradan qaldırmaq və daha ədalətli sosial-iqtisadi inkişafı təmin etmək üçün Azərbaycanda ağıllı kənd yerlərinin inkişafına dair konsepsiyanı aydınlaşdırmaq və həyata keçirmək üçün aşağıda bir sıra tövsiyə olunan prioritet tədbirlər və sadə yol xəritəsi təqdim edilir. Yol xəritəsi aşağıda 17 saylı Şəkildə də ümumiləşdirilir. ŞƏKİL 17: Ağıllı kəndlər proqramının hazırlanması üçün yol xəritəsi 91. Ağıllı Kənd Proqramı hökumətin əsas prioritetlərinə uyğunlaşdırılmalı və fəaliyyəti bu hədəflərə uyğun olaraq ölçülməlidir. Ağıllı Kənd Proqramının mümkün müəyyən nəticələri aşağıdakı 8 saylı Cədvəldə təqdim olunur və Azərbaycan Respublikasının sosial iqtisadi inkişafı Dövlət Proqramına (2019-2023) uyğunlaşdırılır. 6 | AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR PROQR AMININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏKLİF OLUNAN YOL XƏRİTƏSİ 63 CƏDVƏL 8: Ağıllı kənd proqramının mümkün əsas nəticələri Hədəf 1: Hərtərəfli inkişafın əldə olunması • Kənd yerlərində investisiyaların artırılması • Qabaqcıl və innovativ texnologiyaların tətbiqi yolu ilə iqtisadi inkişafın artması • Xüsusilə qeyri-neft sektorlarında və qeyri-aqrar sahələrdə məşğulluq imkanlarının artırılması Sahibkarlığın inkişafına təkan verilməsi • Kiçik və orta sahibkarlığın (KOS) maliyyə davamlılığının gücləndirilməsi • • Kənd yerlərində turizmin inkişaf etdirilməsi (kənd yerlərində “yaşıl” turizm, etno turizm, eko turizm, qış turizmi, xarici turizm daxil olmaqla) • Aqrar məhsuldarlığın artırılması Kənd təsərrüfatında fermer kooperativlərinin və ortaqlıqların təşviqi • Bazar rəqabət qabiliyyətinin artırılması • • Fermerlər və sahibkarlar üçün maliyyə mənbələrinə çıxışın yaxşılaşdırılması Daxili və ixracat bazarı əlaqələrinin gücləndirilməsi (xüsusilə qeyri-neft sektorlarında) • Hədəf 2: Sosial rifahın artırılması • İnfrastrukturun və xidmət keyfiyyətinin yaxşılaşdırılması (səhiyyə, təhsil, nəqliyyat, su və enerji təchizatı və s.) • Sosial xidmətlərin çeşidinin artırılması Həssas əhaliyə xidmətlərin əlçatanlığının artırılması • Dövlət məmurları və işçiləri üçün potensialın artırılması təşəbbüslərinin həyata keçirilməsi • • Sığorta sisteminin tətbiq edilməsi • Yüksək sürətli fiber optik genişzolaqlı internet və müasir rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi Hədəf 3: Təbii mənbələrdən səmərəli istifadə • Yenilənə bilən enerji mənbələrindən istifadənin genişləndirilməsi Ekoloji cəhətdən təhlükəsiz məhsulların istehsalının artırılması • Təbii ehtiyatların (su, meşə, torpaq, hava və s.) davamlılığının artırılması • 92. Görüləcək tədbirlər və qiymətləndirmə tərəqqisinə hədəflənən AKTH hazırlığını qiymətləndirmə çərçivəsinin uyğunlaşdırılması və tətbiqi. AKTH İndeksi geniş spektrdə dəyişənlərə sahib olan əsaslı çərçivədir, lakin ən uyğun gələn və tam təchizatlı dövlət məmurları tərəfindən hələ tam olaraq sınaqdan keçirilməyib və Azərbaycan kontekstinə uyğunlaşdırılmayıb. Məlumat bazası mürəkkəb olduğundan və qərar qəbul etmə prosesinin idarə edilməsi üçün tətbiq olunacaq yüksək səviyyəli texniki bacarıq tələb olunduğundan, məlumatlar sistemi və sistemin saxlanılması və inkişaf etdirilməsi üçün biliklərin təkmilləşdirilməsi üçün müvafiq dövlət qurumu müəyyənləşdirilməlidir. Bu prosesin nəticəsində hökumət tərəfindən məlumat çərçivəsi və inkişafın planlaşdırılması, investisiya qoyuluşu, nəticələrin monitorinqi və qiymətləndirilməsində istifadəsi qəbul olunmalıdır. 93. Erkən investisiya və öyrənmə üçün qismən və ya tam hazır olan kənd klasterlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi. AKTH indeksi müxtəlif dərəcələrdə ağıllı kənd inkişafı üçün dəstək almağa hazır olan coğrafi ərazilərin prioritetləşdirilməsi üçün istifadə olunmalıdır. Pilot üçün hazırlıq dərəcəsinə görə yüksəkdən aşağıya doğru kənd klasterlərinin seçilməsi tövsiyə olunur. Pilot investisiyalar ən çox və ən az hazır olanı seçərək, daha sürətli nəticələr alma ehtimalı yüksək olan sahələrə investisiya qoyuluşunun daha sürətli nəticələrini, habelə əlverişsiz şərait səbəbindən potensial olaraq daha dərin təsirlərə sahib olan sahələrə investisiya qoyuluşu ilə bağlı problemləri aşkara çıxaracaqdır. 64 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 94. İnternet xidmətlərini qiymət baxımından daha sərfəli, davamlı və etibarlı etmək üçün regional və milli rəqəmsal bağlantıya investisiya qoyulması. Bu tövsiyənin daha geniş milli inkişaf təsiri nəticələrinə baxmayaraq, ağıllı kənd yanaşmasının vacib elementidir. Ən azı başlanğıcda hədəf yerlərdə rəqəmsal kənd-şəhər bölgüsü aradan qaldırılmazsa, kənd yerlərinin inkişaf problemlərinə “ağıllı” həll yolu ilə bağlı vəd reallaşmayacaqdır. Vacib olan genişzolaqlı bağlantıdan əlavə, yüksək sürətli internetin gücündən istifadə edə bilən qiymətcə sərfəli smart mobil cihazların əlçatanlığı da zəruri olacaqdır. Bunun üçün mobil və internet xidməti provayderləri, həmçinin belə texnologiyanın istifadəçiləri, xüsusən sahibkarlar, KOS-lar və əsas xidmət təminatçıları, dövlət xidmətləri, qeyri- rəsmi fermer mərkəzləri, məktəblər, xəstəxanalar və digərlərinə hədəflənmək tələb olunur. 95. Ümumi əhali, xüsusilə yaşlı və aztəminatlı şəxslər arasında əhalinin rəqəmsal bazara çıxışı üçün rəqəmsal savadlılığın qiymətləndirilməsi, hədəflənməsi və artırılması. Qlobal və milli məlumat mənbələrinə əsaslanaraq, maarifləndirmə və marketinq kampaniyaları üçün qrupların hədəfə alınması, xidmət təminatçılarının potensial müştərilərə/istifadəçilərə təlim/təhsil proqramı üçün hədəflənməyə təşviq edilməsi, biliklərini artırmaq, eləcə də elektron və mobil ASAN xidmətlərin istifadəsi daxil olmaqla, mobil tətbiqetmələr və rəqəmsal vasitələrdən daha geniş şəkildə istifadə etmək üçün aztəminatlı və həssas qruplara dəstək proqramlarının hazırlanması üçün vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edilməsi. İki kənd klasterində sahə araşdırmaları biznes əməliyyatları və onlayn ticarət, onlayn təhsil və təlim, iş axtarışı, elektron idarəetmə, onlayn bankçılıq, bizneslə əlaqəli məlumatlara giriş və s. kimi internetdən səmərəli istifadə yollarına təşviq etmək məqsədilə rəqəmsal bacarıqların inkişaf etdirilməsi üçün yüksək potensialı müəyyənləşdirib. Ölkə səviyyəsində və ya regional rəqəmsal gücləndirmə kampaniyasına rəhbərlik etmək üçün kənd səviyyəsində rəqəmsal texnologiyaların genişləndirilməsi prosesinə dəstək olan insanlarlar müəyyən edilə bilər. Bələdiyyələr və rayon icra hakimiyyətlərinin kənd nümayəndələri yerli QHT-lər və ya özəl sektor müəssisələri tərəfindən təlim alaraq öz kəndləri və yaxın kəndlərə rəqəmsal təhsil verə biləcək işsiz gəncləri və qadınları müəyyənləşdirə bilərlər. Hökumət tədris proqramını hazırlamaq və təlimdə istifadə olunacaq ucuz qiymətli planşetlər və məlumat paketləri təmin etmək üçün ortaqlıqlar yarada bilər. 96. Yerli hökumət orqanları və icma qruparının yerli səviyyədə qərar qəbuletmə və iqtisadi fəaliyyətə dəstək verən rəqəmsal texnologiyaya keçməyə, innovasiyaları tətbiq etməyə və yanaşmaları qəbul etməyə təşviq edilməsi. Bir sıra elektron alətlər yerli olaraq istifadə olunmasına baxmayaraq, bununla yanaşı fermerlərə və digər özünüməşğul müəssisələrə texniki dəstək vermək, yerli mənbələrdən istifadə ilə bağlı qərarlar qəbul etmək, dövlət xidmət təminatını gücləndirməkdən ötrü dövlət xidmətlərinin kəmiyyət və keyfiyyəti barədə məlumatları bölüşmək üçün böyük imkanlar mövcuddur. Kiçik fermerlər də kənd təsərrüfatı məhsulları və resurslarının istehsalı, emalı, ixracı, saxlanması və marketinqinə; aqro əsaslı sənayelərə; balıqçılıq, südçülük və heyvandarlıq, bağçılıq kimi aqro müttəfiq sektorlara; əl dəzgahları və ev işi (xalçaçılıq kimi), ictimai turizm və s. yönəldilməklə fermerlər arasında malların toplanması üçün kooperativlərə qoşulması da dəstəklənə bilər. Sosial yeniliklər əsasən icma və sahibkarların rəhbərliyi altında həyata keçirildiyindən, yerli icmalarla mütəmadi qarşılıqlı əlaqədə olan və onlar tərəfindən seçilən yerli hökumət nümayəndələrinin potensialının artırılması vacibdir. Bu nümayəndələr texnologiyanın istifadəsini yaxşı bilməli və proqramın icrası zamanı yerli vətəndaşların hər hansı sual və ya şikayətlərini həll etmək üçün lazım olan bütün imkanlara malik olmalıdır. 6 | AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR PROQR AMININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏKLİF OLUNAN YOL XƏRİTƏSİ 65 97. Sosial yenilikləri müəyyənləşdirmək, dəstəkləmək və işə başlamaq və ya onu genişləndirmək üçün maliyyələşdirmə mənbələri cəlb etmək məqsədilə kraudsorsinq (insanların cəlb edilməsi) kimi özəl sektor yanaşmalarının tətbiq edilməsi. Özəl sektorun yaradıcılıq və problemi həll etmə imkanından istifadə etmək məqsədilə hökumət hədəf kənd klasteri ərazilərində iqtisadi fəaliyyətlərin şaxələndirilməsinə ağıllı kənd yanaşmalarını tətbiq etmək, şəhər və ölkə arasında əvvəlləcədən müəyyən edilmiş bölünməni aradan qaldırmaq və sektordan asılı olmayaraq kənd yerlərinin inkişafı problemlərinə daha geniş şəkildə rəqəmsal və rəqəmsal olmayan həllər təklif etmək üçün rəqabəti, mümkün “innovasiya fondu” vasitəsilə təşkil etməli və dəstəkləməlidir. Bu cür sahibkarlığa hədəfli innovativ təşəbbüsləri maliyyələşdirməkdən ötrü özəl sektorun maliyyə mənbələrindən istifadə etmək üçün səylər göstərilə bilər, lakin bu təşəbbüslərin effektivliyini gücləndirmək üçün hökumət vətəndaş cəmiyyəti və özəl sektor ilə ortaq şəkildə davamlı dəstək göstərməlidir. Yerli sahibkarları, ticarətçiləri və texnologiya təminatçılarını yerli və xarici investorlar və təchizatçılarla əlaqələndirən Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) kimi qurumlar və portallar (www. EnterpriseAzerbaijan.com, www. export.az və s.) ağıllı kənd proqramını tanıtmaq və onunla bağlı məlumatı təmin etmək və innovativ texnoloji və iş modellərinin miqyasını genişləndirmək üçün dəstək əldə etmək üçün istifadə edilə bilər. 98. Ağıllı Kənd Proqramının prioritetlərini və sərmayelərini müəyyənləşdirmək və razılaşdırmaq, eləcə də nəticələrə görə cavabdehlik üçün nazirliklərarası Ağıllı Kənd İşçi Qrupunun yaradılması. Ağıllı kənd yanaşmasının milli, sektorlararası xüsusiyyətini nəzərə alaraq, heç bir nazirlik və ya hökumət səviyyəsi onun icrası üçün cavabdeh ola bilməz. Bir nazirlik və ya dövlət qurumu rəhbərlik edə bilər, lakin çoxu real nəticələr əldə etmək üçün dəstək göstərməli və strategiyaları və mənbələrindən istifadə etməlidir. Azərbaycan hökuməti bu fəaliyyətləri hansı qurumların daxil, rəhbərlik və icra etməsinə qərar verməlidir, lakin bu, inkişaf tərəfdaşları və özəl sektor üçün əməkdaşlıq və nüfuzetmə yeri, dəstək və tərəfdaşlıq təmin edəcəkdir. 99. Proqramın uzlaşdırılmış və və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün milli, klaster, rayon və kənd səviyyəsində dörd pilləli struktur tələb olunacaqdır. İdarəetmə quruluşu və müxtəlif dövlət qurumlarının rolları aşağıda ətraflı şərh olunur. • Milli səviyyədə ağıllı kənd mərkəzi qrupunun vəzifələri aşağıdakılardan ibarət olacaqdır: prioritet coğrafi ərazilərin müəyyənləşdirilməsi; büdcə bölgüsü; ortaqlıqlar və ittifaqlar; ümumi proqram monitorinqi. • Klaster və rayon səviyyəsində klaster inkişaf və idarəetmə qrupu Klaster İnkişaf Planlarının və Müfəssəl Layihə Hesabatlarının müəyyənləşdirilməsi və işlənib hazırlanması üzrə məsul olacaqdır. • Rayon səviyyəsində proqram idarəetmə qrupu rayonun bütün kəndlərində proqramın həyata keçirilməsinə və monitorinqinə nəzarət etmək üçün rayon icra hakimiyyəti və müvafiq nazirliklərin nümayəndələrindən ibarət olmaqla yaradılacaqdır. Bu qrup eyni zamanda nəzərdə tutulan proqram nəticələrinin əldə olunması üçün layihə icra qrupunun texniki potensialını artıracaqdır. ənd səviyyəsində ağıllı kənd komitəsi hər kənddə proqramın icrasına nəzarət etmək və hesabatlılığı • K təmin etmək üçün yaradılacaqdır. Bu komitəyə kənd icra hakimiyyətinin nümayəndəsi və kənddəki bələdiyyə nümayəndəsi rəhbərlik edəcəkdir və hər kənddən yerli sahibkarlar, gənclər, qadınlar, fermerlər və nüfuzlu şəxslər daxil olmaqla 10-15 üzvdən ibarət olacaqdır. Komitə layihənin əvvəlində ehtiyacların qiymətləndirilməsinə yardım etmək, potensialın artırılmasına dəstək vermək və gündəlik fəaliyyətləri əlaqələndirmək üçün icmaları səfərbər etmək üzrə məsul olacaqdır. 66 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR 100. Bu sənəddə Ağıllı Kəndlərin İnkişafı Proqramının icrası üzrə müfəssəl plan təqdim edilməsə belə, yuxarıda göstərilən fəaliyyətlərin yerinə yetirilməsi zamanı nəzərə alınmalı ümumi mərhələləri ehtiva edir. İlkin olaraq, proqramın milli səviyyələrdə, kəndlərə qədər konseptuallaşdırılması və həyata keçirilməsinə dair institusional tənzimləmələrin işlənib hazırlanmasına ehtiyac var. Prioritet sahələrin müəyyənləşdirilməsi və hər bir sahə üzrə ətraflı məlumat təhlilinin aparılması üçün texniki çərçivənin hazırlanması və aşağıdan yuxarıya planlaşdırma prosesləri ilə birləşdirilməsi zəruridir. Planlaşdırma və icra üçün potensial yaradıldıqdan dərhal sonra ağıllı kənd yanaşmalarının uğurlu tətbiqi məqsədi ilə əlverişli mühitin yaxşılaşdırılması üçün böyük investisiyalar edilə bilər. Bu, gələcək investisiyalarda müvəffəq olma ehtimalını artırmaq bütün hədəf qrupların eyni AK hazırlıq səviyyələrinə gətirilməsinə yönəldilməlidir. Son olaraq, bir sıra siyasət, texniki yardım, təhlil, investisiya və tərəfdaşlıq mexanizmlərindən istifadə edərək yerli səviyyədə inkişafa innovativ yanaşmaların işlənib hazırlanması və təşviqi üçün sistem yaradılmalıdır. Digər tərəfdən, bu çox geniş çərçivədir, bu səbəbdən, daha da ətraflı araşdırmağa maraq olduğu təqdirdə, bu məlumatların hamısının necə işləyəcəyini və yuxarıdakı 6 saylı Cədvəldə göstərilən nəticələrə gətirib çıxaracağını göstərən təfsilatlı proqram işlənib hazırlanmalıdır. 6 | AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR PROQR AMININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏKLİF OLUNAN YOL XƏRİTƏSİ 67 ƏLAVƏ I: AĞILLI KƏNDLƏRİN HAZIRLIQ İNDEKSİ – MƏLUMATLAR KATALOQU Fəaliyyət Kateqoriya Meyar Məlumat Təsvir istiqaməti Mövcud Rayon üzrə mövcud müəssisələrin 1 müəssisələrin ARDSK (2018) sayı konsentrasiyası Məşğulluğun Ümumi 2 ARDSK (2018) Rayon üzrə işçilərin sayı konsentrasiyası ARDSK Kommersiya Məşğulluq mərkəzlərinə səfər 3 (2018), OSM imkanlarına çıxış müddəti (2020) 4 ESQ (2015) Əkinə yararlı torpaqlar Əkin sahələrinin mövcudluğu Rayon üzrə əkinçilik üçün faydalı 5 ARDSK (2018) torpaq sahəsi (ha) Anbarlara 6 ARDSK (2018) Rayon üzrə anbarların sayı əlçatanlıq Suvarma Rayon üzrə ümumi əraziyə görə 7 xidmətinə ƏKTT (2018) aqrar suvarma üçün uyğun ərazilər Kənd əlçatanlıq təsərrüfatı Məhsula görə kənd təsərrüfatı Yüksək istehsal 8 ARDSK (2018) istehsalının intensivlik xəritəsi (ton sahələri ilə) Yerli inkişaf Daxili / beynəlxalq 1 üçün iqtisadi 9 bazarlara OSM (2020) Limana və bazara səfər müddəti mənbələr əlçatanlıq Kənd Kənd təsərrüfatı ilə məşğul olan 10 təsərrüfatında işçi ARDSK (2018) işçilərin orta illik sayının intensivlik qüvvəsinin bölgüsü xəritəsi Rayon üzrə ümumi əraziyə görə turistik yerlərin sayı (turistik 11 OSM (2020) görməli yerlər, baxış meydançaları, muzeylər, sənət qalereyaları) Turistik görməli 1) Quba-Qusar, 2) Lənkəran, 3) yerlərin Azərbaycan Gəncə, 4) Şimal dəhlizi, 5) Şimal- cəmləşməsi Turistik qərb dəhlizi, 6) Balakən, 7) Oğuz, İstiqamətlərin 12 8) Qax, 9) Şəki, 10) Zaqatala, 11) Marketinqi Turizm Cənub dəhlizi və 12) Qərb dəhlizi Təşkilatı daxil olmaqla, turistik yerlərin (2020) intensivlik xəritəsi Qonaqlama Mehmanxanalarda və bənzər 13 xidmətlərinin ARDSK (2018) yerlərdə yataq sayı mövcüdluğu Qonaqlama Rayon üzrə mehmanxanalarda və 14 xidmətlərinin ARDSK (2018) bənzər yerlərdə gecələmə sayı bölgüsü 68 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Fəaliyyət Kateqoriya Meyar Məlumat Təsvir istiqaməti Stasionar Telefon xəttlərinin intensivlik 15 şəbəkəyə çıxış OSM (2020) xəritəsi (telefon) Genişzolaqlı Rayon üzrə hər 100 nəfərə düşən 16 ARDSK (2018) əlayəqə çıxış internet istifadəçilərinin sayı Ümumi internet İctimai Wi-Fi nöqtəsinə səfər 17 OSM (2020) xidmətinə çıxış müddəti Rəqəmsal bağlantı 18 2G əhatə dairəsi (poliqon) ITU (2020) 2G və 3G 19 3G əhatə dairəsi (poliqon) şəbəkəsinə çıxış 20 GSMA (2020) LTE əhatə dairəsi (poliqon) Mobil şəbəkəyə Rayon üzrə əhaliyə görə mobil 21 OSM (2020) çıxış qüllələrin sayı Rayon üzrə magistral yolların 22 Əsas yola çıxış OSM (2020) km-i İctimai nəqliyyatdan 23 OSM (2020) Rayon üzrə dəmir yollarının km-i istifadənin əlyetərliyi Nəqliyyat Şəxsi nəqliyyat Rayon üzrə hər 100 ailəyə düşən 24 vasitəsinin ARDSK (2018) şəxsi nəqliyyat vasitələrinin sayı əlyetərliyi Tranzit mərkəzlərə çıxış İnfrastruktur 25 OSM (2020) Hava limanlarına səfər müddəti 2 (məs. hava və xidmət limanı) Rayon üzrə elektrik enerjisi 26 ARDSK (2018) istehlakı (milyon kVt saat) DB - Elektrik Rayon üzrə elektrik xətlərinin 27 ötürüçü şəbəkə km-i (n.d.) Elektrikləşdirmə xidmətinin DB – Elektrik Rayon üzrə elektrik 28 əlyetərliyi stansiyalarının stansiyalarının sayı yerləşməsi (n.d.) Ailə DB - Elektrik infrastrukturu ötürücü Rayon üzrə yarımstansiyaların 29 yarımstansiyanın sayı yerləşməsi (n.d.) Rayon üzrə su istehlakı (milyon 30 ARDSK (2018) kub m) Su/kanalizasiya 31 xidmətinin OSM (2020) Rayon üzrə ictimai tualetlərin sayı əlyetərliyi Rayon üzrə tullantıların atılması 32 OSM (2020) sahələrinin sayı Bərpa olunan DB Qlobal günəş Birbaşa normal şüalanmanın 33 Günəş enerjisi enerji atlası (n.d) intensivlik xəritəsi UN Global Built Məskunlaşma Rayon üzrə inşa edilmiş 34 Settlement Şəhər konsentrasiyası qəsəbələrin km-i Growth (2016) aqlomerasiyası 35 Kənd əhalisi MixMarket (2018) Rayon üzrə kənd əhalisinin faizi ƏL AVƏ I: AĞILLI KƏNDLƏRİN HAZIRLIQ İNDEKSİ – MƏLUMATL AR K ATALOQU 69 Fəaliyyət Kateqoriya Meyar Məlumat Təsvir istiqaməti Əhalinin 36 Əhali dəyişikliyi ARDSK (2018) Rayon üzrə əhalinin artım faizi hərəkətliliyi Rayon üzrə hər 100 sakinə düşən 37 ARDSK (2018) kompüter istifadəçilərinin sayı Elektron Rayon üzrə internet istifadə edən 38 Rəqəmsal bacarıq ARDSK (2018) bacarıqlar işəgötürənlərin sayı Rayon üzrə kompüter istifadə edən 39 ARDSK (2018) işçilərin sayı Əmək resurslarının Ümumi əhaliyə görə hər 100 kvm-ə Əmək 40 paylanması/ Wpop (2020) düşən 15 - 65 yaş arası şəxslərin resursları konsentrasiyası sayı Ölkənin şəhər və rayonları üzrə Potensialın tədris ilinin əvvəlində gündüz artırılması 41 ARDSK (2018) 3 ümumi təhsil müəssisələrində üçün insan Rəsmi təhsilin şagird sayı Təhsil/təlim kapitalı əlyetərliyi Təhsil müəssisələrinə səfər 42 OSM (2020) müddəti (məktəblər / kolleclər / universitetlər, uşaq bağçaları) Səhiyyə müəssisələrinə səfər müddəti (klinikalar, həkimlər, 43 OSM (2020) Səhiyyə apteklər, xəstəxanalar, Səhiyyə stomatoloqlar) xidmətlərinin xidmətləri əlyetərliyi Rayon üzrə ümumi əhaliyə görə 44 ARDSK (2018) hər 10 000 əhaliyə (nəfər) düşən həkimlərin sayı Təhlükəsizliyi olan Rayon üzrə ölkənin şəhər və Təhlükəsizlik 45 ərazilər (məsələn, ARDSK (2018) bölgələrinə düşən qeydə alınmış cinayət az olan) cinayətlərin sayı İqtisadi klasterlərə/ Rayon üzrə qeydiyyatdan keçmiş 46 ARDSK (2018) əlaqələrə yaxınlıq KOS-ların sayı Banklara və bankomatlara səfər İqtisadi 47 OSM (2020) Maliyyə müddəti klasterlər vəsaitlərinın Rayon üzrə maliyyə qurumlarının əlyetərliyi MixMarket İqtisadi 48 sayı (banklar, BOKT, kredit 4 (2018) potensial ittifaqları və poçt şöbələri) 49 Banklar vasitəsilə İqtisadi region üzrə əmanətlər Azərbaycanın əmanət və Maliyyə Mərkəzi Bankı kreditlərin xidmətlərinin 50 (2020) İqtisadi region üzrə kreditlər əlyetərliyi inteqrasiyası 51 Bazarlara çıxış OSM (2020) Daxili bazara səfər müddəti Yerli idarəetmə orqanlarının DB Kənd və vətəndaş İnvestisiyaları Sıxlıq xəritəsi, Azərbaycan Kənd 52 cəmiyyəti Layihəsi İnvestisiya Layihələri Yerli təşkilatlarının (2020) 5 İdarəetmə fəallığı idarəetmə DB Sudan Hökümətin inkişaf İstifadəedənlər 53 prioritetləri və SİA yerlərinin sıxlıq xəritəsi Assosiasiyası siyasətləri [SİA] (2020) 70 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR Qeydlər 71 72 AZƏRBAYCANDA AĞILLI KƏNDLƏR